SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Günay Sığorta ASC zərərçəkənləri süründürür - ŞİKAYƏT

Günay Sığorta ASC zərərçəkənləri süründürür - ŞİKAYƏT

Tarix:

7-11-2018, 14:50

/ 2 451 dəfə oxundu.
Günay Sığorta ASC zərərçəkənləri süründürür - ŞİKAYƏT

25 mart 2018-ci il tarixdə saat 10:30 radələrində Bakı-Qazax yolunun 79-cu km-liyində İsmayılov Cabir Sabir oğlu etibarnamə ilə idarə etdiyi "Günay Sığorta" ASC tərəfindən PGU1706991261 icbari sığorta müqaviləsi ilə sağortalanmış "Mercedes Benz" markalı 99 HS 946 dövlət nömrə nişanlı avtomabili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan Hüseynzadə Anar Eldar oğlunun etibarnamə ilə idarə etdiyi "Mercedes Benz markalı" 90 OT 145 dövlət nömrə nişanlı avtomabilin arxa hissəsi ilə toqquşmuş, nəticədə həmin avtomabilin sürücüsü Hüseynzadə Anar Eldar oğlu yüngül və avtomabildə olan sərnişinlər Hüseynova Arzu İbiş qızı yüngül, Səlimova Fəridə Eldar qızı yüngül, və Hüseynov Eldar Niyaz oğlu yüngül xəsarətlər almışlar.
Toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və İsmayılov Cabir Sabir oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati cəza tədbiri görülmüşdür.
31 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının, ləğv olunması barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilmişdir, lakin 05 sentyabr 2018-ci il tarixdə Bİ Tİ YNHDİ üzrə istintaq və təhqiqat şöbəsinin icraatında olan materialı nəzərdən keçirib qərarı qüvvədə saxlamışdır.
Azərbaycan Respublikası İcbari Sığortalar Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.
18.2. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
"Günay Sığorta" ASC göstərilən qanuna əməl etmir, zərərçəkmişlərə sığorta ödənişi etmək əvəzinə hadisə materialların məhkəməyə yollayır ki, ödəniş etməsin.
Bununlada belə fikirləşirik ki, əhalinin sığorta maraqları azalmağa doğru gedir.

xalqxeber.az
Günay Sığorta ASC zərərçəkənləri süründürür - ŞİKAYƏT
Günay Sığorta ASC zərərçəkənləri süründürür - ŞİKAYƏT
Günay Sığorta ASC zərərçəkənləri süründürür - ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ