SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Şəhid ailələrinin 4-cü etirazı: ''Cənab prezident, cavab ver bizə!''

Şəhid ailələrinin 4-cü etirazı: ''Cənab prezident, cavab ver bizə!''

Tarix:

7-11-2018, 09:42

/ 1 414 dəfə oxundu.
Şəhid ailələrinin 4-cü etirazı: ''Cənab prezident, cavab ver bizə!''

11 min manat birdəfəlik müavinəti ala bilməyən şəhid ailələri Sahil metrosunun qarşısından Prezident Administrasiyasına qədər yürüş ediblər. Polis etirazçıların qarşısını kəsib və plakatları yığışdırmalarını istəyib. Daha sonra onların kiçik qruplara ayrılaraq Administrasiyaya getmələrinə icazə verib.

Şikayətçiləri Prezident Administrasiyasının rəhbərinin müavini Əli Əsədovun köməkçisi qəbul edib. O, bildirib ki, vətəndaşların şikayətlərinə 2-3 gün sonra cavab veriləcək.

Şəhid ailələri müavinətləri verilənə qədər hər həftə Prezident Administrasiyasına şikayətə gələcəklərini bildiriblər.

Şərhlər

XƏBƏR LENTİ