SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Kimsəsiz qız Ramil Usubova yazdı: “Müstəntiq işə soyuq yanaşır...”

Kimsəsiz qız Ramil Usubova yazdı: “Müstəntiq işə soyuq yanaşır...”

Tarix:

6-11-2018, 19:23

/ 1 458 dəfə oxundu.
Kimsəsiz qız Ramil Usubova yazdı: “Müstəntiq işə soyuq yanaşır...”

ağırlı Vəfa Həsən qızı Tərtər sakinidir. Abşeronun Gorədil kəndində yaşayır. O, bu rayonun Fatmeyi kəndindəki istixanaların “parnik) birində işləyir. Cəmi 9 gün işlədiyi yerdə V.Bağırlıya məxsus “Samsung Galaxy J7 Core” markalı mobil telefonu yoxa çıxıb. Bu barədə məlumat verən V.Bağırlının sözlərinə görə, bir otaqda 6 nəfər işçinin arasından telefon itib. Faktla bağlı işi araşdıran Mehdiabad polis bölməsinin müstəntiqi Aslan müəllim bəzilərindən izahat alıb. Amma bir-iki nəfər izahat vermir. O, min bir əziyyətlə aldığı telefonun necə yoxa çıxdığının araşdırılmasını, oğurluq edənin məsuliyyətə cəlb olunmasını tələb edir. Amma müstəntiqin işə laqeyd yanaşmasından şikayətlənən vətəndaş bildirib ki, Aslan müəllim hadisəni araşdırmaqda maraqlı görünmür: “Deyir ki, sənə telefon alıb bağışlamalıyam? Mən başa düşmürəm, 6 nəfərin içindən telefon necə yoxa çıxa bilər, bunu təsbit eləsinlər”. “Parnik”də işləyən və zülmlə dolanan V.Bağırlı kimsəsizdir. Onun özünə yeni mobil telefon almaq imkanı yoxdur. Odur ki, gözünü hadisənin araşdırılmasına dikib. V.Bağırlı Daxili İşlər naziri Ramil Usubova müraciət edərək ona inandığını vurğulayıb: “Mən istəməzdim ki, kiçik bir hadisəyə görə nazirliyə üz tutum. Çünki müstəntiq üçün bu işi araşdırmaq asan məsələdir. Ancaq soyuq yanaşır. Mən də arxa-dayaqsız bir insanam, güvənim cənab nazirədir. Cənab nazir, sizdən tək xahişim Mehdiabad polis bölməsində işin araşdırılması üçün qəti tapşırıq verməyinizdir. Mənim o pulum, gücüm yoxdur ki, özümə təzə telefon alım. Əgər imkanım olsaydı, “parnik”də işləməzdim. İndi mənim vəziyyətimi təsəvvür edin. Kimi üçün hər ay telefon dəyişmək adi bir şeydir. Bizsə çətinliklə yaşayarıq. Xahiş edirəm ki, cənab nazir işi araşdırmağa tapşırıq versin, Aslan müəllim də məsələyə həssas yanaşsın. Mən ondan şikayətçi deyiləm, sadəcə kömək göstərsin, işi bağlamasın. Telefonun bütün kodların çıxarıb vermişəm. Orada kamera var, müdir istəsəydi 6 işçini həmin gün buraxmazdı, iş araşdırılardı. Mən günü 10 manata orda işləyirəm. Budur axırı?”. Cahan.info

Şərhlər

XƏBƏR LENTİ