SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Respublikanski"də qəddar, yekəxana, kobud, "bazarkom" həkim kimdir? - Dosye

"Respublikanski"də qəddar, yekəxana, kobud, "bazarkom" həkim kimdir? - Dosye

Tarix:

6-11-2018, 19:20

/ 1 427 dəfə oxundu.
"Respublikanski"də qəddar, yekəxana, kobud, "bazarkom" həkim kimdir? - Dosye

M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının poliklinika şöbəsində işləyən həkim Xanlar Həsənov Allah üzümüzə baxıb ki, böyük vəzifə sahibi deyil. Onun qəddarlığı, saymazlığı, yekəxanalığı, pasientlərə qarşı kobudluğu daha yüksək vəzifədə olsaydı ağır fəsadlar verə bilərdi.

Cahan.info-ya başına gələnləri danışan xəstə yaxınlarından birinin sözlərinə görə, Xanlar Həsənov həkim yox, cəllad kimi davranır. Onun qabalığı dillərdə əzbərdir.

Xəstə yaxınlarından biri danışır ki, həyat yoldaşını onun qəbuluna aparıb. Bu müddətdə növbəsini gözləyib. Növbədə dayanarkən 1 saat ərzində ağılasığmaz mənzərənin şahidi olub.

İlk növbədə həkim xəstələrlə mülayim, mehriban danışıb onları psixoloji sağaltmaq əvəzinə kobudluq edir, xəstələrə yuxarıdan aşağı, küçədən keçən biri kimi baxır.

Baxır deyəndə ki, 20 manatdan aşağı pul verən olsa, heç gözünün ucu ilə də xəstənin dərdinə baxmır. Anlamaq olmur ki, belə bazar təfəkkürlü həkim baş həkimə niyə lazımdır.

Əlqərəz, növbə baş verənləri danışana gəlib çatanda, başqası xahiş edir ki, həkimlə ik dəqiqəlik söhbəti var, imkan varsa içəri keçsin.

Etika naminə növbəsi olan həmin adam razılaşır. Amma həkim içəri girən həmin şəxsi müayinə edir, ardınca onun yanındakını da müayinə etməyə başlayanda hövsələdən çıxan növbəsi olan adam etirazını bildirir.

Bu hörmətsizliyə görə üzr istəmək, xəstə qadını gözlətdiyi üçün utanmaq əvəzinə həkim növbəsi olan bu şəxsin üstünə çığırır, aşağılayır, "əcəb edirəm" deyir.

Xəstə yaxını təmkinlə Səhiyyə Nazirliyinin "qaynar xətti"nə zəng edərək X.Həsənov barəsində şikayət edir.

Uzun çək-çevirdən sonra axır ki, "qaynar xətt"ə düşür və şikayət poliklinikanın baş həkimi Kamalə Orucovaya yönəldilir. Onları qəbul edən baş həkim nə olub-keçənlərə görə üzrxahlıq edir, nə X.Həsənovu danlayır.

Nəzərə almır ki, xəstə qadın saatlarla gözləyib, növbəsini iki dəqiqəlik hörmət xatirinə birinə verib, amma həkim X.Həsənov kobudluğundan qalmayıb.

Şikayətçi danışır ki, X.Həsənovun otağına kamera qoyulsa, onun xəstələrlə davranışı, nə qədər pul aldığı asanlıqla görüntülənəcək.

Bir müddət əvvəl musavat.com-da bu həkimlə bağlı yazı getmişdi. Şikayətçi atanın sözlərinə görə, günlərdi müayinələrin cavabını tələb etsə də həkimlər cavabların itdiyini deyiblər: “Başa düşmürəm, bura necə xəstəxanadı.

Qızımın həkimləri Ülkər xanımla Xanlar həkimdi. Biz 10 gündü deyirik ki, qızımın analiz cavablarını verin baxaq. Həkimlər bizi bu gün sabaha sala-sala, axırı bu gün boyunlarına aldılar ki, müayinələrin cavabını itiriblər.

Biz burda hay-küy salandan sonra dedilər gedin laboratoriyada özünüz axtarın. Axırı gedib özümüz tapmışıq. Bu da dövlətin xəstəxanası.
Gedib baxıram ki, qızımı elə harada müayinə ediblərsə, cavabı elə aparatın yanında da qalıb. İndi burada bir sual çıxır ortaya, bu həkimlər nəyə əsasən mənim qızıma müalicə yazıblar.

Axı bunlar heç müayinələrin cavabını görməyiblər. 10 gün bundan qabaq bu kağız bura təhvil verilməli idi ki, həkim ona baxıb müalicə yazsın. Həkimə sual verirəm ki, qızıma nə iynəsi vurmusan, adını de, bilim. Üzümə baxır”.

Şərhlər

XƏBƏR LENTİ