SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yasamalın icra başçısı sakinlərdən niyə “qaçaq düşür?”

Yasamalın icra başçısı sakinlərdən niyə “qaçaq düşür?”

Tarix:

5-11-2018, 10:56

/ 1 111 dəfə oxundu.
Yasamalın icra başçısı sakinlərdən niyə “qaçaq düşür?”

İH-nə üz tutan vətəndaşlara polis əməkdaşları “İcra başçısı hələ işə gəlməyib, yaxud da hansısa tədbirdədir, hətta icra başçısı və köməkçi rayonun hansısa ərazisinə gediblər” deyə cavablar verirlər

2006-cı ilə kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, 8 avqust 2006-cı il tarixdən 2 fevral 2018-ci il tarixə kimi isə Cəlilabad rayon İcra Hakimiyyətinə rəhbərlik etmiş Əziz Əzizov, bu gün Yasamal rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşımaqdadır. Adı çəkilən bu vəzifə sahibi hansı quruma rəhbərlik edibsə, hər zaman onunla bağlı dedi-qodular, dolaşan söz-söhbətlər, sakinlərin haqlı nazrazılıqları, ölkə rəhbəri cənab İlham Əliyevin yürütdüyü siyasətə kölgə salması və s. kimi faktlar, medianın gündəmini zəbt edən mövzulardan biri olub. Sözsüz ki, bu cür problemlərin əmələ gəlməsi, Əziz Əzizovun adının belə bir olaylarda hallanması, məhz onun həyata keçirdiyi yarıtmaz idarəçiliklə bağlı olub. Adicə bir faktı qeyd edək ki, ötən illər ərzində Prezidentin ehtiyat fondundan daha çox vəsait ayrılan şəhər və rayonlardan biri Cəllilabad rayonu olsa da, nədənsə ayrılan vəsaitlər heç zaman təyinatı üzrə xərclənməmiş və belə bir səbəblər üzündən də, nəinki ucqar kənd və qəsəbələrin, hətta mərkəzi ərazilərin də problemləri aşıb-daşmışdır. Məsələn, Əziz Əzizov Cəlilabada rəhbərlik edən zaman rayonun mərkəzi yollarında, daha dəqiq desək RİH-ə gedən yolda o qədər toz-torpaq qatı var idi ki, bu da birbaşa ərazinin çirklənməsinə səbəb olurdu. Yəni, həmin yolların təmizlənməsi heç zaman maraqlandırmadığından, yerli sakinlər belə bir dözülməz vəziyyətdən zinhara gəldilər və rəhbərliyə qarşı haqlı narazılıqlarını da ifadə edirdilər. Qeyd etdiyimiz bu fakt, Əziz Əzizovun Cəlilabada rəhbərlik etdiyi illər ərzində əmələ gələn onminlərlə olan problemlərdən biri idi.
Bu şəxsin 2018-ci ildə Bakı şəhərinin olduqca strateji əhəmiyyət kəsb edən rayonlarından biri olan Yasamal rayonuna icra başçısı təyin olunması, bəlkə də tam əksəriyyəti daha çox şoka salan məsələlərdən biri oldu. Gəzən söz-söhbətlərə görə, belə bir təyinatın verilməsində Kərəm Həsənovun “izi və gücü” daha keçərli olub. Məsələnin düşündürücü tərəfi odur ki, Əziz Əzizov bu “post”a sahibləndikdən sonra, Yasamalda da oxşar idarəçilik qaydalarını tətbiq etməyə başladı. Belə ki, bu şəxs çox keçmədi ki, rayon ərazisində olub-qalan boş yerlərə, hətta qanuni sənəd-sübutu olan bəzi şəxslərə məxsus ərazilərə də “əl gəzdirdi”. “Gündəm Xəbər” olaraq əldə etdiyimiz ilginc
məlumatlara görə, belə bir niyyətini “çin etmək” istəyən icra başçısının iştahası, bəzən ona “baha başa” gəlir. Yəni, o, belə bir addımlarını atarkən, kimlərinsə “hərbə-zorpası” ilə də üz-üzə qalır. Daha düşündürücü hal isə, Əziz Əzizovun vəzifəsinin icrasını həyata keçirdikdən az sonra yaxın qohum-əqrəbasını rəhbərlik etdiyi icra strukturunda işlə təmin etməsi oldu. Məsələn, redaksiyamıza daxil olan məlumata görə, adı çəkilən vəzifə sahibi doğma bacısı oğlu olan Murad adlı şəxsi özünə köməkçi təyin edib. Baxmayaraq ki, yaxın qohumların eyni qurumda yüksək vəzifə daşımaları qanunla qadağan olunsa da, qarşı tərəf qanunun belə tələbinə əməl etmədən, düşünüb-daşındığı əməllərə qol qoymaqdadır. Yəqin ki, bu da ona müəyyən addımlarını atmağa lazımi imkanlar yaradır. Bundan əlavə, Əziz Əzizovu iş başında tapmağın özü də müşkül məsələyə çevrilib. Belə ki, rayonun hansısa sakini, yaxud da kənar bir şəxs icra başçısının qəbul günlərində onun qəbulunda olmaq istəsə, heç vaxt belə bir arzusuna qovuşa bilmir. Çünki, İH-nə üz tutan həmin şəxsə polis əməkdaşları “İcra başçısı hələ işə gəlməyib, yaxud da hansısa tədbirdədir, hətta icra başçısı və köməkçi rayonun hansısa ərazisinə gediblər” deyə cavablar verirlər. Sözsüz ki, belə bir cavabları verən polis əməkdaşları, heç də həmin cavabları öz adlarından bildirmirlər. Daha böyük ehtimalla ki, bu cür cavabların verilməsi yöndə tapşırıqlar Əziz Əzizovdan gəldiyindən, adı çəkilən vəzifə sahibinin tabeçiliyində çalışan polis əməkdaşları da, məhz belə bir addımlarını atmağa məhkum olurlar. O halda sual oluna bilər ki, görəsən səbəb nədir ki, İcra başçısı sakinlərdən “qaçaq düşür?” Axı, ölkə rəhbəri cənab İlham Əliyev yanvarın 27-də Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda etdiyi çıxışı zamanı, özünü xalqın birinci xidmətçisi adlandırmaqla bərabər, məmurlara bir daha xəbərdarlıq etmişdi ki, “Məmurlar yüksək etimadı doğrultmalı, xalqla bir yerdə olmalı, onların qayğıları ilə yaşamalı, kobudluğa, yekəxanalığa yol verilməməlidirlər” deyə, hər kəsə lazımi tapşırıqlarını vermişdi. Cənab Prezident tərəfindən belə bir tapşırığın verilməsinə baxmayaraq, bu gün Əziz Əzizovun sakinlərdən “qaçaq düşməsi” heç cür başadüşülən hal deyil.
Mövzunu diqqətdə saxlayacağıq.

GundemXeber.Az

Şərhlər

XƏBƏR LENTİ