SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Mikayıl Cabbarovun DAHA BİR HƏDƏFİ... - Klinikalarda TƏFTİŞ BAŞLADI

Mikayıl Cabbarovun DAHA BİR HƏDƏFİ... - Klinikalarda TƏFTİŞ BAŞLADI

Tarix:

5-11-2018, 10:34

/ 1 517 dəfə oxundu.
Mikayıl Cabbarovun DAHA BİR HƏDƏFİ... - Klinikalarda TƏFTİŞ BAŞLADI

Bir neçə gün əvvəl eyni vaxtda onlarla özəl klinikada vergi yoxlamalarının aparılmasına başlanıb.
Faktinfo.az -ın əldə etdiyi məlumata görə, aparılan yoxlamaların gözlənilməz olduğunu görən əksər özəl klinika rəhbərləri qeydiyyatsız çalışan həkimlərə müəyyən müddətə işə çıxmamaları üçün xəbərdarlıq da edib.

Qeyd edək ki,bir az əvvəl Vergilər Nazirliyinin özəl klinikalarda yoxlama aparacağına dair xəbər vermişdik.Səbəb kimi özəl klinikaların müxtəlif bəhanələrlə vergidən yayınmalarını vurğulamışdıq. Sağlamlıq məqsədi ilə evini, maşınını satan şəxslərin minlərlə olduğunu, buna baxmayaraq özəl klinikaların vergi tutumunun hələ də qənaətbəxş hesab edilmədiyini yazmışdıq.

Özəl klinikaların yüngül bir tibbi əməliyyata görə xəstədən 3000-5000 manat aldığını,amma pasiyentə ödədiyi vəsaitə görə 1200-1500 manatlıq qəbz verdiklərini qeyd etmişdik.

Bunun isə, konkret olaraq dövriyyəni gizlətmək, klinikanı gəlir vergisindən yayındırmaq məqsədilə edildiyini, nəticədə ölkədə fəaliyyətdə olan 90 % özəl klinikanın bu “üsulu”n tətbiqində maraqlı olduğuna dair xəbər vermişdik.

Şərhlər

XƏBƏR LENTİ