SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakı Dövlət Sosial İqtisad Kollecində baş verən ciddi qanun pozuntuların arxasında kim dayanır? - Araşdırma- FAKT

Bakı Dövlət Sosial İqtisad Kollecində baş verən ciddi qanun pozuntuların arxasında kim dayanır? - Araşdırma- FAKT

Tarix:

29-10-2018, 09:30

/ 2 299 dəfə oxundu.
Bakı Dövlət Sosial İqtisad Kollecində baş verən ciddi qanun pozuntuların arxasında kim dayanır? - Araşdırma- FAKT

Son günlər Bakı Dövlət Sosial İqtisad Kollecində baş verən ciddi qanun pozuntuları barədə mətbuatda mütamadi məlumat yayılır . Bu Kollecin direktorunun qanunsuz əməlləri barədə isə indi sizə məlumat verəcəyik.
Bakı Dövlət Sosial İqtisad Kollecində baş verən ciddi qanun pozuntularına dair daxil olan bilgilər əsasında tənqidi material "Bakı Dövlət Sosial İqtisad Kollecində müəllim Tələbəyə əxlaqsızlıq təklif etdi... VİDEO - BİABIRÇILIQ" adlı xəbər dərc olunub. Məlumatlarda xüsusi olaraq vurğulanır ki, Vidadi Orucov rəhbərlik etdiyi təhsil müəssisəsində görəsən bu baş verənlərə göz yuman kollecin direktoru kimə arxalanır?
Bu Kollec dərs zamanı səhər saatlarından sonuncu dərs saatına qədər fəaliyyət göstərdiyindən tələbə qızların həyatını gələcəyini təhlükəyə atmış olur.
Əldə etdiyimiz məlumatlara görə, Vidadi Orucov uzun illər Bakı Sənaye-Pedaqoji Kollecinə rəhbərlik edib. Redaksiyamıza daxil olan məlumatlarda xüsusi olaraq vurğulanır ki, Vidadi Orucov rəhbərlik etdiyi təhsil müəssisəsində "Bakı Sənaye-Pedaqoji Kollecində" dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsini şəxsi maraqlarının təmin olunmasına sərf edib. Bütün bunlar Vidadi Orucov tərəfindən dövlət vəsaitinin mənimsənilməsi hallarına yol verildiyinə dəlalət etdiyini vurğulayan məlumatları dəfələrlə mətbuatda dərc olunsada bu günə qədər aidiyyatı qurumlar və ali hakimiyət orqanları heç bir ciddi tədbir görməyiblər. Verilən məlumatlarda qeyd olub ki, hər vasitə ilə əlavə qazanc əldə etməyə çalışan Vidadi Orucov bu məqsədlə hətta aşkar qanunsuzluqlara əl atmaqdan belə çəkinmir:
«Bakı Dövlət Sosial İqtisad Kollecində baş alıb gedən qanunsuzluqlar fonunda Vidadi Orucovun uzun illərdir yerindən tərpənməməsi bəzi maraqlı sualların ortaya çıxmasına səbəb olur».
Etibarlı mənbələrdən daxil olan məlumatlarda qeyd olunur ki, «Vidadi Orucovun qızının həyat yoldaşı «Kia motors»un Azərbaycan nümayəndəliyinin rəhbəridir. Elə buna görə də o, əldə etdiyi vəsaitlərin böyük bir hissəsini «Kia motors»a yönəltməklə, bir növ kürəkəninə maddi dəstək göstərir. Niyə təhsil naziri Vidadi Orucovun bucür qanunsuz əməllərinə hələ də susaraq sakit sanki heçnə olmamış kimi üstündən keçir. Mən Azərbaycan respublikasının vətəndaşı kimi ali hakimiyyət orqanlarından tələb edirəm Vidadi Orucovun bütün fəaliyyəti dövrləri araşdırılaraq ortalıqa çıxarılsın. Vidadi Orucov və onu mudafiə edən şəxslər qanun qarşısında cavab versinlər. Yoxlamaların aparılmasında məqsəd Vidadi Orucovun qanunsuzluqlarının üzə çıxarılmasıdır.
Bir sual yaranır... Vidadi Orucov niyə məsuliyyətdən yayınmaq, özünə qarşı olan təhlükələri dəf etmək üçün hansısa prokurorun adını tez-tez hallandırır».
Bundan əlavə, onu da qeyd edim ki, hazırda Bakı Sənaye - Pedaqoji Kollecində məsul vəzifələrdə çalışmış şəxslərin çoxu Vidadi Orucovun qohumları olub. Məsələn, Bakı Sənaye - Pedaqoji kollecinin keçmiş tədris hissə müdiri Azər Mustafayev Vidadi Orucovun qaynı olubmuş.
Bu həmin Azər Mustafayevdir ki, "Vidadi Orucov Bakı Sənaye - Pedaqoji kollecinin direktoru olarkən" yoxlama gələn kimi işlərin qaydasında getmədiyini görərək kollecdən uzaqlaşıb.
Vidadi Orucovun digər qohumu isə 1 saylı şöbənin müdiri Nofəl Nəbiyev adında şəxs olub. O, Vidadi Orucovun qaynı oğludur.
Məlumata görə, Vidadi Orucov Bakı Sənaye - Pedaqoji kollecinin rəhbəri olduqu dövrlərdə öz həyat yoldaşının, həmçinin qaynının həyat yoldaşının da adı kollecdə işçi kimi gedibmiş».
Söz yox ki, Vidadi Orucovun qohumlarını yanında çalışdırması, onlara münbit şərait yaratması müvafiq qanunlara ziddir. Məlumat üçün bildirək ki, hələ sovet dövründə dövlət qurumlarında rəhbərlikdə çalışan şəxslərin yaxın qohumlarının onun tabeçiliyində işləməsinə məhdudiyyətlər vardı. Əslində indi də belədir. Odur ki, yüksək rütbəli məmurun yaxın qohumunun onun tabeçiliyində işləməsi qanunsuzdur. Biz bunu özümüzdən demirik. Qanunlar bunu diqtə edir. Məsələn, «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun 7-ci maddəsində göstərilib ki, qanunvericilikdə nəzərdə tutulan hallardan başqa rəhbər vəzifəli şəxslərin yaxın qohumları onların tabeliyində işləyə bilməzlər.
Odur ki, Vidadi Orucov Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru işlədiyi müddətdə Azərbaycan Respublikasının qanunlarını açığ-aşkar kobudcasına pozubmuş. Çünki bu, qanun pozuntusu «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun müddəalarının pozulmasına gətirib çıxarır. Yüksək vəzifəli şəxsin yaxın qohumunun onun tabeçiliyində işləməsi həmin yaxın qohuma vəzifəsindən su-istifadə etməsinə imkan yaradır. Bunlar da korrupsiya cinayətlərinin artmasına gətirib çıxarır…
Əldə etdiyimiz araşdırmalara görə Suraxanı rayonu Hövsan qəsəbəsi C.Xanməmmədov küçəsi ev 33, mənzil 6-da yaşayan Bakı Sənaye Pedaqoji kollecinin sabiq müəllimi, fizika-riyaziyyat elmləri namizədi, dosent Əsədov Mübariz Xasay oğlu Vidadi Orucov Bakı Sənaye - Pedaqoji kollecinin rəhbəri olduqu dövrlərdə tutduqu vəzifə səlahiyyətlərindən sui istifadə etmə və özbaşına əməlləri ilə bağlı olaraq sabiq təhsil naziri Mikayıl Cabbarova müraciət unvanlamışdır. O müraciətin bir nüsxəsini ölkə rəhbəri Prezident İlham Əlliyev cənablarına və ali hakimiyət oprqanlarına Real newsinfo/com saytına istinadən təqdim edirik.«Meydaninfo.com» saytına göndərilib.

Müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

«Cənab Cabbarov! 15 sentyabr 2014-cü il tarixdə Sizə ərizə ilə müraciət etmişəm. Ərizəmdə Bakı Sənaye Pedaqoji Kollecinin direktoru Vidadi Orucovun mənimlə qərəzli olması ilə əlaqədar məni işdən azad etməsi və kollecdə mövcud qanun pozuntuları haqqında məsələlərə toxunmuşdum. Müraciətin ilk cümləsi belə idi: “Cənab nazir! Bakı Sənaye Pedaqoji Kollecində dövlət qanunlarının aliliyinin bərpa olunmasına köməklik göstərməyinizi və məni kollecin direktoru cənab Vidadi Orucovla birlikdə qəbul etməyinizi xahiş edirəm. Qəbuldan əvvəl kollecin arxivində olan bəzi sənədlərin (X,Y, Z və.s) gətirilməsinin təmin olunmasını da Sizdən xahiş edirəm”. Ərizəmə cavab almaq üçün Təhsil Nazirliyinin müvafiq şöbəsinə dəfələrlə telefonla əlaqə saxlamaq istəmişəm. Bu isə mümkün olmayıb. Necə deyərlər daşdan səs çıxdı, amma Təhsil Nazirliyinin telefonlarından səs çıxmadı. Bir ay tamam olduqdan sonra 4 dəfə Təhsil Nazirliyinin məsul şəxslərinin (Kərim Mikayılovun, Zinyət xanımın, Ənvər İmanovun, xanım Gülnarə Qaralovanın) qəbullarında olmuşam. Çox get-gəldən sonra, nəhayət 14 noyabr 2014-cü ildə mənim ərizəmə ilk peşə və orta ixtisas təhsili şöbəsinin müdir müavini, orta ixtisas təhsili sektorunun müdiri cənab Kərim Mikayılovun imzası ilə cavab verildi. Cavab məktubunda qeyd etdiyim faktların heç biri araşdırılmayıb və sadəcə kollecdə dərs yükünün olmadığı bildirilib. Cənab Nazir! Azərbaycan Respublikasının qanunvericiliyində vətəndaşların ərizə və şikayətlərinə baxılması qaydası mövcuddur və bunun təmin edilməsi hər bir şəxsə aiddir. Rəhbərlik etdiyiniz nazirlikdə kifayət qədər hüquqşünasların olmasına baxmayaraq, adi hüquq qaydalarına belə əməl olunmur. Azərbaycan tarixində təhsil naziri vəzifəsinə təyinat alan ən gənc nazirsiniz. Təhsil dövlətin ən məsuliyyətli və ən şərəfli sahələrindən biridir. Cənab prezidentimizin bu təyinatı yalnız Sizə yox, Azərbaycan gəncliyinə inamın və etibarın göstəricisidir. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin bir kəlamını da nəzərinizə çatdırmaq istəyirəm: “Bəzi şəxslərə vəzifə etimad edəndə onlar bu etimadı doğrultmaq əvəzinə daha yüksək iddialara düşürlər”. Necə olur ki, hər hansı şifahi məlumat əsasında və ya telefon zəngi vasitəsi ilə Təhsil Nazirliyinə daxil olan məlumatlar əsasında təhsil müəssisələrində araşdırmalar aparılır, hətta müəllimlərdən belə izahat alınır, amma Bakı Sənaye Pedaqoji Kollecinin müəllimi tərəfindən faktlara əsaslanan ərizəyə baxılmır? Buna nə ad vermək olar? Hər hansı bayramda və ya ad günündə orta məktəblərdə müəllimə cüzi hədiyyə verilməsindən xəbəri olan cənab nazirin Bakı Sənaye Pedaqoji Kollecində tüğyan edən açıq bazardan xəbəri olmaya bilərmi? Mətbuatda və elektron informasiya vasitələrində direktor V.Orucovun əməlləri haqqında yazılanlara nə deyə bilərsiniz? Bunları mən yazmamışam, amma yazılanların hamısı həqiqətdir və mövcud özbaşınalıqların cüzi bir hissəsidir. Cənab Mikayıl Cabbarov! Mən ərizəmdə Sizdən vəzifə yox, 15 ilə yaxın müddətdə müəllim işlədiyim təhsil müəssisəsində müəllimlik fəaliyyətimin təmin olunmasını və kollecdə mövcud özbaşınalıqlara son qoyulmasını xahiş etmişdim. Siz isə vəzifənizə uyğun qanunların aliliyini təmin etmirsiniz. Siz bilmirsinizmi bu gün müəllimin, alimin aldığı məvacib nə qədərdir? Onların minimum yaşaması üçün neçə yerdə işləməsi vacibdir.Təhsil Nazirliyinin 4 əməkdaşının qəbulunda olmuşam. Onları dinlədikdə və onlara verilən suallara aldığım cavabdan sonra belə bir nəticəyə gəlirəm ki, Azərbaycan təhsilinin vəziyyəti çox acınacaqlı haldadır. Təhsil işçisi olmayan, lakin Təhsil Nazirliyində iki yüksək vəzifə tutan cənab Kərim Mikayılov qəbulunda mənə bildirir ki, «Kollecdə qanun pozuntuları varsa sən nə üçün orda işləmək istəyirsən” sualına qəbul şöbəsində lazımi cavabı vermişəm. Mən isə cənab nazir Sizdən soruşmaq istəyirəm: -Tədris və tədris prosesi haqqında məlumatı olmayan, lakin Təhsil Nazirliyində iki mühüm və aparıcı vəzifə icra edən qoşa vəzifəli -ilk peşə və orta ixtisas təhsili şöbəsinin müdir müavini, orta ixtisas təhsili sektorunun müdiri cənab Kərim Mikayılov Bakı Sənaye Pedaqoji Kollecində 2 ay müddətində nəyi araşdırıb? – 17 il Bakı Sənaye Pedaqoji Kollecinin fəaliyyətinə nəzarət edənlər (kuratorlar) və hal-hazırda Təhsil Nazirliyində işləyən təcrübəli bələdçilər “şəffaf sudan da şəffaf olan” kollecdə indi nöqsan görə bilərlərmi? Vidadi Orucov kimdir və nə üçün dövlət qanunları ona aid edilmir?1956-cı ildə Gürcüstan respublikasının Başkeçid (Dmanisi) rayonunda anadan olub. 1973-cü ildə Qızılkilsə kənd orta məktəbini, 9 il sonra, yəni 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini (axşam şöbəsini) çox çətinliklə bitirmişdir. Müəllimlik fəaliyyəti ilə heç vaxt məşğul olmayıb və olmaq iqtidarında da deyil. Saz çalmaq, şeir demək bacarığı olduğu üçün toylarda tamada kimi müəyyən müddət fəaliyyət göstərərək çörək pulu qazanırdı. 1992-ci ildə ara qarışanda Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili idarəsinin sabiq rəisi cənab İlham Mustafayevin köməkliyi ilə həmin idarəyə mütəxəssis vəzifəsinə təyin edilib. Qohumu İlham Mustafayevin köməkliyi ilə 1997-ci ildən Bakı Sənaye Pedaqoji Texnikumuna direktor təyin edilib. Kollecin direktoru V.Orucov, onu yoxlayan isə cənab İlham Mustafayev olub. V.Orucov elmi və pedaqoji fəaliyyətlə məşğul olmadığı halda 1998-ci ildə ona fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi verilmişdir. Elmdən xəbəri olmayan, yalnız kollecddə haqq-hesab işi ilə məşğul olan V.Orucova onun havadarları bu gün isə elmlər doktoru alimlik dərəcəsi verilməsinə çalışırlar. Vidadi Ömər oğlu Orucov mövzunu təsdiq olunmuş plan ardıcıllığı ilə tədqiq etmiş və doktorluq dissertasiyası səviyyəsində müvəffəqiyyətlə başa çatdırmışdır. Eyni qayda ilə tərifə layiq bir rəyi də cənab professor Abdulla Mehrabov yazıb.(Rəy V. Orucovun adına yazılmış “Fizikanın öyrədilməsi ilə bağlı elmi fikirlərin inkişafı” Bakı-2006, monoqrafiyadan) Sual olunur: Vidadi Orucov nə vaxt və harada müəllim işləyib? Müəllim işləməyən müəllimlik təcrübəsini nə cür əldə edə bilər? Kollecdə onun adına olan fizika dərslərini kim keçir və jurnalı kim yazır? Elm adamı, müəllim işləyən şəxs tələbənin sayına görə ticarət (bazarlıq) edərmi?

Hörmətli professorların V.Orucovun adına yazdıqları dissertasiya işinin içində elmdən başqa hər şey var. Bu məsələlərə Allah qoysa ayrıca toxunacam. Amma mən hesab edirəm ki, V.Orucova elmlər doktoru yox, birbaşa akademik adı alınsa daha yaxşı olar. Çünki onun Bakı Sənaye Pedaqoji Kollecində ticarət fəaliyyəti buna “layiqdir”.

Şah qarışqanı fil adlandırmağı əmr edib icra etdirə bilər, lakin qarışqanı fil etdirə bilməz».

Bəlkə də mən bu yazını heç vaxt yazmazdım. Amma yazdım. Yazmağıma səbəb də Bakı Dövlət Sosial İqtisad Kollecinin rəhbəri Vidadi Orucovun özbaşınalıqları və istədiyi kimi öz əl altıları ilə kollecdə qolçomaqlıq etməyi sanki bir mafiya dəstəsi yaradaraq öz xeyri üçün şəxsi məqsədləri və siyasi maraqları oldu. Vidadi Orucovun bu məkirli, saxta özünü mudafiə planından belə çıxır ki, jurnalist yalan yazır, yada ki, mənə şər atır.
Təbii ki, hər yazdığım cümləyə görə mən məsuliyyət daşıyıram. Vidadi Orucov isə öz qanunsuz əməllərinin ifşa olunmaqından qorxaraq nə vaxtsa bunlara görə cinayyət məsuliyyətə cəlb olunacaqından bəlkə də qorxur. Nəinki kollecdə heç ölkəmizin daxilində belə insanların huquqları qorunmur, insanlara dəyər verilmir.
Vidadi Orucov siz nəinki rəhbərlik etdiyiniz kollecdə tələbənin ev telefonuna zəng etdirməklə onu ələ alaraq yalan, saxta yalanlar uydurmalarınızla kollecə çağırmaqla aldadırsınız bununla yanaşı cənab prezidentimizi də aldadmaqa cəhd göstərirsiniz. Hörmətli Vidadi bəy, bir vətəndaş kimi sizdən soruşuram, heç məhkəməyə düşmüsünüzmü? Bəlkə də Allah eləməsin deyirsiniz?
Vidadi bəy yadıma düşümüşkən qoy deyim biləsiniz... Koroğludan soruşurlar ki, səni başa düşmək olmur., belindəki qılınc nədir, döşündəki saz nə? Koroğlu deyir ki, qananı sazla başa salıram, qanmayanı qılıncla. Sizin rəhbərlik etdiyiniz kollecdə baş verən bu özbaşınalıqlara, baş verən bütün bu rüsvayçılıqlara siz və sizin bu gün müdafiə etdiyiniz tabeçiliyinizdə olan muəllim heyyətinin bəzilərini və eyni zamanda sizi sazla başa salmağa çox çalışdım, amma heç nə alınmadı, indi növbə qılıncındır, özü də Misri qılıncın.
Vidadi Orucov artıq bu gündən hər şey əksinə oldu mənim səbir kasam doldu. Səbir kasası daşanda bu cür olaylar baş verir. Vidadi Orucov Bakı Dövlət Sosial İqtisad Kollecinin direktoru olmağ bu sizə bəraət qazandırmır. Sizin rüşvətxor olmağınız şübhəsizdir. Mənə gül kimi aydındır ki, Vidadi Orucov yazdıqlarımı bəlkə də nəzərə almayacaq, hətta yağlı bir söyüş də söyüb, işlərinə davam edəcəklər. Vidadi bəy unutmayın ki, dəyirman bildiyini edir, çaxcaq baş ağrıdır məsəli mənə şamil olunacaq.

Bakı Dövlət Sosial İqtisad Kollecinin direktoru Vidadi Orucov və əlbir olmuş bir qrup şəxs barəsində ilginc məlumatların ortalıqa çıxarılması üçün ciddi şəkildə JURNALİST TƏHQİQATI aparılır. Nəticələri irəliləyən araşdırmalarımızda təqdim edəcəyik.

Qeyd etmək istəyirəm ki əslində qanunla nəzərdə tutulmuş qaydada jurnalist oz sorgusu əsasında hər cür müraciət və cavab formalarından istifadə ertmək hüququna malikdir. Jurnalist öz suallarını həm şifahi həm də yazılı formada göndərmək huquna malikdir. Jurnalistlər də həmçinin istənilən formada qanunla nəzərdə tutulmuş qaydada cavab verə bilərlər. Yazılı formada sorğu tələbləri qanunidir. Çünki bu formada olanda jurnalistin əlində tam maddi subut yazı olur və sonradan hansısa qurumun mən belə deməmişdim fikirlərim təhrif olunub bu kimi muxtəlif cür bəhanələr gətirməsi qeyri mümkün olur. Məmurlar bəzən müəyyən səbəblər bəhanə gətirərək jurnalistin sorğularına cavab vermirsə bu sadəcə olaraq mətbuata media sahəsində çalışan hər hansı bir jurnalistə qarşı sayğısızlıqdan irəli gəlir. Bu kimi hallarla üzləşən jurnalistlər saatlarla günlərlə illərlə vaxt itirmiş olur. Bu zaman jurnalistin əsəbləri enerjiləri boş yerə sərf olunur. Amma biz media sahəsində çalışan jurnalistlər unutmamalıyıq ki qanunvericiliklə nəzərdə tutulmuş qaydada jurnalist sorğularını vaxtında cavablandırmamağa görə cəza tətbiqini mümkün edən qanunlar mövcuddur.
İnzibati Xətalar Məcəlləsinin 382-ci maddəsinə dəyişikliklərdən sonra qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə 200 manatdan 300 manata qədər cərimə tətbiq edildi həmin maddənin ikinci hissəsində qeyd edilir ki jurnalistə informasiyanın verilməsinə məhdudiyyətlər qoymağa və ya informasiya verməkdən imtina etməyə görə 300 manatdan 500 manata qədər cərimə nəzərdə tutulub.
Kütləvi İnformasiya Vastasitələri haqqında Qanunun35-ci maddəsinə əsasən jurnalistin informasiya əldə etmək hüququ var. Bu hüquqa hörmət olunmur.
İndi jurnalistlər az qala cəmiyyətdə arzuolunmaz bir zümrəyə çevrilib. Bunu ona görə deyirəm ki, cəmiyyətdə jurnalistlərə münasibət tamamilə mənfi istiqamətdə dəyişib. Təsəvvür edirsinizmi cəmiyyətin aynası, dördüncü hakimiyyət olan jurnalislərə münasibət hansı səviyyədədir.

“Heç kəsin, jurnalistə araşdırma apararkən mane olmaq hüququ yoxdur. Əksinə, məmurlar jurnalistlərə vəzifələrini icra etməyə kömək etməlidirlər”. “Mən hesab edirəm ki, heç bir insana qarşı güc tətbiq etmək olmaz. “Polis Haqqında” qanun var və orada dəqiq göstərilib, hansı hallarda güc tətbiq etmək olar. Qalan bütün hallarda zorakılığın tətbiqi yolverilməzdir”
Kütləvi İnformasiya Vasitələri Haqqında Azərbaycan Respublikasının Qanunu (ÇIXARIŞ) Qəbul edilmişdir:
7 dekabr 1999-cu il. № 769 - İQ.
Bu qanun Azərbaycan Respublikasında Kütləvi İnformasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını, habelə mətbuatın, informasiya agentliklərinin, televiziya və radio təşkilatlarının, vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönəldilmiş fəqliyyətinin təşkilatı,hüquq və iqtisadi əsaslarını müəyyən edir.

Siyasi Dövlət Xadimi Ulu Öndər Heydər Əliyev demişdir..."Mənə aşkar olan sirrləri və görmədiyimiz nöqsanları açıqlayan hər bir jurnalistə minnətdaram".

Cənab prezident sizdən xahiş edirəm ki, "Bakı Dövlət Sosial İqtisad Kollecinin direktoru Vidadi Orucov və əlbir olmuş bir qrup şəxs" barəsində tədbir görülməsi barədə aidiyyatı qurumlara ciddi tapşırıqlar verəsiniz.

Tezliklə sizə Bakı Dövlət Sosial İqtisad Kollecində baş verən özbaşınalıqları və digər əldə etdiyimiz faktların video görüntülərini eyni zamanda telefon danışıqlarını "Realnewsinfo.com" xəbər portalı vasitəsilə çatıraram.

Problemin varlığını və eləcədə bütünlüklə bu məsələləri diqqətimizdə saxlayacağıq.

XƏBƏRİN ARDI VAR !!!

Yazıda adı çəkilən kollecin direktorunun və muəllim heyyətinin fikirlərini dinləməyə hazırıq.

Pressdent.az

Şərhlər

XƏBƏR LENTİ