SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Bir “şuba”nı gömrükdə 200 dollara keçiririk” – Bakının xəz dəri bazarından reportaj

“Bir “şuba”nı gömrükdə 200 dollara keçiririk” – Bakının xəz dəri bazarından reportaj

Tarix:

28-10-2018, 21:58

/ 2 355 dəfə oxundu.
“Bir “şuba”nı gömrükdə 200 dollara keçiririk” – Bakının xəz dəri bazarından reportaj

“Bazar “nol”du e, yenə ayda 20 min yer pulu verənlərin alıcısı var. Çünki televiziyalarda reklamları gedir. Bizi kimi aylıq 5 min manat icarə pulu verəni işi çətindir”.
Bunu bizimlə söhbətində “Sədərək” bazarında xəz dəri satan iş adamlarından biri söyləyir. Onun tək gileyi alıcı sarıdan korluq çəkməsi deyil, malların gömrükdə keçirilərkən ödədiyi rüsumdan narazıdır.

➤“İki “şuba”, bir norka papaq satsam, arenda, maaş çıxır”
Sahibkar hər “şuba” üçün 200 dollar ödədiklərini bildiririr və bu, birmənalıdır, heç kimə güzəşt olunmur, hər bir iş adamı eyni məbləği ödəyərək malını gömrükdən keçirir:
“Bu iş adamı filan nazirn qohumudur, buraxın getsin söhbəti ola bilməz. Biz hər şubaya 200 dollar veririk”.
Həmsöhbətimiz deyir ki, kimsə Türkiyədən xəz dəri gətirdiyini iddia edirsə, yalan danışır: “Əşi, cəfəngiyyatdır. Bu dəqiqə etiraf eləmək lazımdır ki, hamısı Çindən gəlir. Sadəcə, camaatda qabaqkı pul yoxdur.
İkincisi, müştəri Xaçmazdan yaxud Lənkərandan gəlib, “şuba” almır, orda yağışlı hava çox olur, paltoya üstünlük verir. Biz də çalışırıq ki, palto da gətirək”.

Obyekt sahibi danışır ki, “şuba” bazarında onlara ən böyük zərbəni Dağıstandan mal gətirənlər vurur: “Özləri gedib vururlar, gətirib burda satırlar. Biz də uduzuruq. Amma böyük mağazalar pis qazanmır.
Onlara telekanallara da babat reklam verirlər. Əslində ayda iki “şuba”, bir norka papaq satsam, arendası çıxır, işçinin maaşı düzəlir”.
➤ Kürkə “birə salan”lar və ya ən bahalısı hansıdır?

Qiymətlərən gəlincə, 1500 manatdan 20 000 manata qədər xəz dəri tapmaq olar. Sözsüz ki, bu biznesdə satıcılar mahir yalançı olurlar və azca başı çıxmayan müştəriyə 800 manatlıq malı 2500 manata sırıya bilirlər. Bir neçə ay sonra həmin “şuba”nın tükləri parıltısını itirir, cırılır, su keçirir və s.
“Əziyyət çəkib başqa mağazalarda da axtarmayın, onsuz da bazarda İtaliya, Yunanıstan kürkləri yoxdur, olduğunu iddia edənlər yalan söyləyirlər. Heç burdakı firmalarda satılanların adında dünyada brend mövcud deyil.
Yarmarkada əsasən Çin mallarıdır. Dəri Amerika və Kanadadan alınır, tikilişi isə Pekinə aiddir. Çünki orada işçi qüvvəsi ucuzdur”,-deyə sahibkarlardan biri açıq danışır.
Bir müddət əvvəl “Femina”da “kitayski fırıldaq” başlıqlı məqalə dərc edilmişdi. Oxucunun dilindən yazılırdı ki, malların üstündəki qiymətlər fantastik dərəcədə şişirdilmişdi. Ən ucuz xəz, 4500 manat idi.
Həmin xəzin iç hissəsində “Made in China” yazılsa da, bizə onu gah Yunanıstan, gah İtaliya, gah da Kanada malı kimi təqdim ediblər.
Həmçinin, İtaliya və İspaniyanın özündə xəz-dəri fabrikləri xammalı başqa ölkələrdən idxal edirlər. Bu halda “Karolina Valiant”ın xammalı adıçəkilən ölkələrdən alması mümkünsüzdür.

AzEuroNews.com

Şərhlər

XƏBƏR LENTİ