SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Kuryeri vuran sürücü hadisə yerindən qaçdı: 23 yaşlı gənc ölüm ayağındadır

Kuryeri vuran sürücü hadisə yerindən qaçdı: 23 yaşlı gənc ölüm ayağındadır

Tarix:

27-10-2018, 14:58

/ 1 829 dəfə oxundu.
Kuryeri vuran sürücü hadisə yerindən qaçdı: 23 yaşlı gənc ölüm ayağındadır

Ötən gün gecə Yasamal rayonu, Əsəd Əhmədov küçəsində avtoqəza hadisəsi baş verib. Belə ki, 99-NP-202 nömrəli avtomobilin sürücüsü olan Elçin adlı şəxs yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, 1995-ci təvəllüdlü Mürüdov Ülvi Cavid oğlunun idarə etdiyi motosikletə çırpılıb. Qəza nəticəsində motosikletin sürücüsü ağır kəllə-beyin travması alıb. O. ətrafdakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılıb. Qəzanı törədən 99-NP-202 nömrəli avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.
Zərbə o qədər güclü olub ki, Ülvi Mürüdovun kəllə sümüyü yarıya qədər çatlayıb. Baş vermiş qəza ilə bağlı yaralının xalası oğlu, gənc blogger Elvin Hüseynov musavat.com-a danışıb: "Hadisə gecə saat 24:00 radələrində baş verib. Ülvi, "Leziz House" restoranında motosikletlə kuryer işləyirdi. Bu hadisə isə 77 nömrəli avtobusun son dayanacagında baş verib. BMW markalı maşının sürücüsü qoşa xətti tapdalayaraq yolun əks istiqamətinə çıxıb, xalam oğlu isə öz yolu ilə gəlirmiş. Qaydanı kobudcasına pozan sürücü motosikletə o qədər güclü çırpılıb ki, xalamoğlu metrlərlə kənara düşüb. Hazırda o, ağır durumdadır. Ailənin də imkanı yoxdur ki, onun əməliyyatını həyata keçirsin. Çarəsiz qalıblar. Qəzanı törədən şəxs isə hadisə yerindən qaçıb, onun yaxınları isə xəstəxanaya gəlsələr də, ölüm ayağında olan xalam oğluna heç bir köməklik etməyiblər.
Hazırda "Semaşko" xəstəxanasındadır. Həkimlər yaşama ehtimalının az olduğunu deyirlər. Həkim ilkin əməliyyat üçün 3000 manat pul istəyir. Bizim imkanımız isə yoxdur. Xalam oğlunun bu qədər ağır yaralanmasında "Leziz House" restoranının da rolu var. Onların kuryerlərə verdiyi "kaska" nazik və keyfiyyətsiz olub. Zərbə dəyən kimi iki yerə bölünüb".
E.Hüseynov onu da bildirdi ki, qəza törədən şəxs əvvəllər də narkotik maddə istifadə etdiyinə görə həbsdə olub. Hadisə ilə bağlı cinayət işi açılıb. İşi aparan müstəntiq Elnur Hacıyev musavat.com-a açıqlamasında qəza hadisəsinin baş verdiyini təsdiqləyib. Qəzanı törədib, hadisə yerindən qaçan 99-NP-202 dövlət nömrə nişanlı avtomobilin sürücüsünün isə hələ də tapılmadığını bildirib
Kuryeri vuran sürücü hadisə yerindən qaçdı: 23 yaşlı gənc ölüm ayağındadır
Kuryeri vuran sürücü hadisə yerindən qaçdı: 23 yaşlı gənc ölüm ayağındadır
Kuryeri vuran sürücü hadisə yerindən qaçdı: 23 yaşlı gənc ölüm ayağındadır

Şərhlər

XƏBƏR LENTİ