SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 13-CÜ KOLONDA «GESTAPO REJİM»

13-CÜ KOLONDA «GESTAPO REJİM»

Tarix:

25-10-2018, 17:00

/ 1 215 dəfə oxundu.
13-CÜ KOLONDA «GESTAPO REJİM»

13 saylı Cəzaçəkmə Müəssisəsində məhkumluq həyatı yaşayan Elçin İsmayıllının Azərbaycan Respublikasının Prezidentinə ünvanlı məktubunun «Deryaz.az» saytında açıq dərc edilməsindən və onu müşayiət edən assosiasiyalardan bəhs edən «13 — cü kolon»dakı dustaq jurnalistlərin həyatı təhlükədə — rəisdən şikayətlənənlər hədələniblər» sərlövhəli məqalə saytın oxucularına təqdim olunandan sonra penitensiar müəssisədə məhkumların xeyrinə heç bir müsbət dəyişiklik baş verməyib. Əksinə, CÇM məmurları onlara «gözün üstə qaşın var» deyən olmadığına görə şikayətçi məhkumlara istehza edirlər. Xatırladaq ki, şikayətlərdə «Məhkumların yemək və maddi-məişət normaları”nda nəzərdə tutulan ərzaq mallarının heç birinin lazımi miqdarda məhkumlara verilməməsi, məhz qida çatışmazlığına görə müəssisədə 300-dən çox vərəmli xəstə və ya şübhəlisi olduğu, müəssisədə fəaliyyət göstərən tibb bölməsində ümumiyyətlə pulsuz dava — dərman tapılmadığı, penitensiar sistemdə həyata keçirildiyi deyilən uğurlu islahatların müsbət təsirinin 13 saylı CÇM-də hiss olunmadığını qeyd edilmişdi. Şikayətlərə əsasən tənqid etdiyimiz məmurlardan biri də «Nona» ləqəbi ilə tanınan Növrəstə xanım idi. CÇM-nin həndəvərində intizarla əzizləri ilə görüşməyi gözləyən şəxslərdən şəhid anası, I qrup Qarabağ əlili Orucova Maya Musa qızı əməkdaşlarımıza bildirmişdi ki, Nona hətta heç imtiyazlı, həssas kateqoriyadan olan məhkum ailələrinə də güzəşt eləmir. Bu azmış kimi, qapının ağzına çıxıb deyirmiş ki, «kimin pulu var, mənə yaxınlaşsın, pulu olmayana qarşı məndə allergiya var». Maya xanımın digər oğlu, peşə fəaliyyəti ilə bağlı həbs olunmuş, məhkumluq həyatı yaşadığı 13 saylı CÇM-də penitensiar xidmət məmurlarının özbaşınalığından, rüşvətxorluqlarından narazı qalan jurnalist Arzu Həsən oğlu Orucov məlum yazılar işıq üzü görəndən sonra məhz həmin Növrəstə adlı məmurun kiunayəsinə, istehzasına hədəf olub. Məhkumun redaksiyamıza verdiyi məlumata görə, Nona ona belə bir sual verib: «Sizdə Gədəbəydə it hürəndə neynirlər?» Arzu cavab verib: «Qabağına yal qoyurlar». Nona: «Vot imenno! Sizin yazdırdığınıza görə bura gələnlərin qiyməti mənimçün 300-500 manatdır. Gələn olanda pullarını verirəm, həm də özüməməxsus tərzdə yola salacam». Özünüz nəticə çıxarın, bu tip bəyanatlar azəri qadınına yaraşarmı?

Deryaz.az

Şərhlər

XƏBƏR LENTİ