SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prezident Bakıdakı Humanitar Forumda iştirak edir

Prezident Bakıdakı Humanitar Forumda iştirak edir

Tarix:

25-10-2018, 10:56

/ 1 374 dəfə oxundu.
Prezident Bakıdakı Humanitar Forumda iştirak edir

Bu gün Bakıda VI Beynəlxalq Humanitar Forum öz işinə başlayıb.

VI Forum “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusuna həsr olunub.

Forumun əsas mövzusu Azərbaycan dövlətinin insan kapitalının inkişaf etdirilməsi siyasətinə dəstək kimi qəbul olunmalıdır. Forumun mövzusu məhz ölkəmizin iqtisadi inkişafının insan kapitalına çevirmə modelini və strategiyasını həm milli, həm də beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı verəcək.

İki gün davam edəcək builki Forumda 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nəfər (416 xarici qonaq olmaqla) nümayəndə iştirak edir.

Azərbaycan Prezidenti İlham Əliyev də Forumda iştirak edir.

Şərhlər

XƏBƏR LENTİ