SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Təhsil Nazirliyinin bahalı layihəsi “iflas etdi” - GƏLİŞMƏ

Təhsil Nazirliyinin bahalı layihəsi “iflas etdi” - GƏLİŞMƏ

Tarix:

25-10-2018, 10:07

/ 1 369 dəfə oxundu.
Təhsil Nazirliyinin bahalı layihəsi “iflas etdi” - GƏLİŞMƏ

Azərbaycan təhsilinin bugünkü durumunu repetitorsuz təsəvvür etmək çətindir. Əvvəllər əlavə hazırlıq məşğələlərinə ancaq yuxarı sinif şagirdləri üz tuturdusa, indi artıq valideynlər birinci sinifdən uşaqlarını repetitor yanına göndərirlər. Orta ümümtəhsil məktəblərində təhsilin səviyyəsi aşağı, dərs yükü isə ağırdır. Buna görə də ibtidai sinif şagirdləri belə ev tapşırıqlarını sərbəst hazırlaya bilmirlər.

Qeyd edək ki, bəzən repetitorluğun qadağan edilməsi ilə bağlı fikirlər səslənir.Hesab edilir ki, orta ümumtəhsil məktəblərinin 12 illik sistemə keçilməsi ilə də problemin həlli mümkündür. Qeyd olunurdu ki, məktəblər 10 il icbari, 2 il isə ali məktəbə hazırlıq istiqamətli olmalıdır. Bunun nəticəsində şagirdlərin tədris proqramını tam mənimsəyəcəyi ehtimal olunsa da, digər bir qrup bununla repetitor probleminin həllinin mümkünsüz olduğunu bildirirdilər.Çıxış yolu olaraq, təmayyülləşmənin tətbiq olunması təcrübəsi həyata keçirildi.Təmayülləşmənin tətbiqində əsas məqsədin səmərəli təhsil şəraitinin yaradılması olduğu bildirildi. Bu əvvəlki illərdə pilot layihə olaraq, azsaylı məktəblərdə tətbiq olunsa da, ötən ildən əhatəsi genişləndi. Təhsil Nazirliyinin məlumatına görə, ötən il respublikanın 5 şəhər və 36 rayonunu əhatə edən 182 məktəbdə təmayül sinifləri fəaliyyət göstərib. Ötən tədris ilində təmayül siniflərində təhsil alanların sayı da artırıldı.Amma təmayülləşmənin tətbiqinin də təhsil səviyyəsinə, bununla da repetitorluğun azalmasına təsiri olmadı.Belə olan təqdirdə, bu proqrama gərəksiz yerə vəsaitin xərcləndiyi ortaya çıxır.

Qeyd edək ki, Təhsil Nazirliyində hər bir təmayül istiqaməti üzrə ayrıca tədris planı və proqramları hazırlanıb təsdiq edilib.Bunun üçün məktəblərin infrasturukturu, maddi-tədris bazası və kadr potensialı nəzərdən keçirilib.Bir sözlə, təmayülləşmənin tətbiqi üçün müəyyən vəsait ayrılıb.Bundan əlavə qeyd etmək yerinə düşərdi ki, bu istiqamətlərdə tədris verən təhsil işçilərinin 25 faiz daha artıq məvacib aldığı bildirilir.

Amma bu cəhdlərə baxmayaraq, repetitorluğun qarşısını almaq mümkün olmur.Şagirdlər bu tipli məktəblərdə texniki, riyaziyyat iqtisadiyyat, humanitar və təbiət və digər təmayüllü siniflərdə təhsil alsalar da, həmin fənnlər üzrə “müəllim yanına” getməli olurlar.Orta ümümtəhsil məktəblərinin əksəriyyətində xarici dilin tədrisi isə xüsusilə, yarıtmaz vəziyyətdədir.Əksər valideynlər övladlarını hələ ibtidai siniflərdən etibarən xarici dil üzrə repetitor məşğələlərinə göndərirlər.Çünki, əks təqdirdə, şagirdlər dərsi mənimsəyə bilmirlər.Qrammatika zəif tədris olunduğuna görə, şagirdlər xarici dil dərslərində çətinlik çəkirlər.
Orta təhsilin keyfiyyət probleminin və repetitorluğun geniş yayılmasının kökündə dayanan məsələlərdən biri də müəllimlərin məvacibinin aşağı olmasıdır.Doğrudur, son illər müəllimlərin əmək haqlarının artırılması haqqında bir neçə dəfə fərman verilib.Amma tədris işçilərinin aylıq məvacibi onların dolanışına yetmir.Bu üzdən də müəllimlər repetitorluq fəaliyyətinə üz tutmaq məcburiyyətində qalırlar.Amma təhsil işçilərinin məvacibi qaldırılsa, bu problem həllini tapacaqmı?

Belə ki, təmayyülləşmənin tətbiq olunduğu məktəblərdə tədris işçilərinə nisbətən yüksək əmək haqqı ödənilsə də, bu orta məktəb təhsilinin məktəblərdə qavranılmasına şərait yaratmadı.Belə olan təqdirdə ortaya çıxan nəticə bundan ibarət olur ki, təmayülləşmə proqramına ayrılan vəsaitlər büdcəyə əlavə yükə çevrilməkdən başqa mahiyyət daşımır.Valideynlərin repititor məşğələlərinə “ətək-ətək” pul xərcləməsi ilə yanaşı, dövlət də təmayülləşmənin tətbiqinə vəsait ayırır.Nəticə isə göz qabağındadır.

Şərhlər

XƏBƏR LENTİ