SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » XƏTAİDƏ NÖVBƏTİ "YAŞIL SOYQIRIM" - VİDEO

XƏTAİDƏ NÖVBƏTİ "YAŞIL SOYQIRIM" - VİDEO

Tarix:

23-10-2018, 09:37

/ 1 876 dəfə oxundu.
XƏTAİDƏ NÖVBƏTİ "YAŞIL SOYQIRIM" - VİDEO

Sakinlər icra başçısı Razim Məmmədovun qanunsuz əməllərinə etiraz edir

“Hürriyyət”in redaksiyasına şikayət məktubu ilə müraciət edən Bakı şəhəri Xətai rayon sakini olan bir qrup vətəndaş ağacların kəsilməsi ilə bağlı növbəti özbaşınalığa etirazlarını bildiriblər.

Məktubda deyilir:

“Biz Xətai rayonu Xudu Məmmədov 25, 27, 25c, 29 küçələrinin sakinləriyik. Bizim dörd binadan ibarət məhəlləmizin mərkəzində yarım əsr yaşı olan ağacları kəsib, bina tikmək istəyirlər. Bu özbaşınalıq yaşıllıqların mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanununa ziddir. Ötən ay ölkə prezidenti də öz çıxışında ağacların qanunsuz kəsilməsininin cinayət olduğunu xüsusi vurğulamışdı. Bizi hiddətləndirən məqamlardan biri də ”Evinizin yanındakı ağacı da icazə ilə kəsməlisiniz” bildirən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ağacların kütləvi şəkildə məhvinə, soyqırımına göz yummasıdır.

Biz, Xətai rayonunda yerləşən 4 binanın 700 sakini bu soyqırıma qəti etiraz edirik və müvafiq qurumlardan, özəlliklə də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bu qətliamın qarşısını almağı tələb edirik!

Məhəlləmizdə aparılan ağacların soyqırımı aktının video görüntülərini də məktubumuza əlavə edirik və “Hürriyyət” qəzetinin redaksiya heyətindən bu məsələni araşdırmağı xahiş edirik”.
P.S. Mövzunu davam etdirəcəyik. Vətəndaşların haqlı narazılığını nəzərə alaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu yollamışıq. Ümid edirik ki, ən tez zamanda nazirlik adıçəkilən məsələ ilə bağlı öz mövqeyini bildirəcək.

Şərhlər

XƏBƏR LENTİ