SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Siyəzən-Broyler”də milyonlar “yoxa çıxıb” – Fabrikə yeni komanda gəldi

“Siyəzən-Broyler”də milyonlar “yoxa çıxıb” – Fabrikə yeni komanda gəldi

Tarix:

6-03-2017, 09:35

/ 5 336 dəfə oxundu.
“Siyəzən-Broyler”də milyonlar “yoxa çıxıb” – Fabrikə yeni komanda gəldi

«Atropatena» QSC “Siyəzən-Broyler”dən qovuldu

“Siyəzən-Broyler” fabrikinin səhmdarlarının martın 4-də keçirilən illik ümumi yığıncağında elan edilib ki, külli miqdarda mal-material çatışmazlıqları səbəbindən idarəetmə müqaviləsi pozulub.

İş bununla yekunlaşmayıb. «Siyəzən Broyler» ASC-nin rəhbərliyi aşkarlanmış pozuntuların araşdırılmasından ötrü hüquq-mühafizə orqanlarına müraciət edib.

İttiham olunanlar arasında işadamı Elşad Rəsulov da var

Adının çəkilməsini istəməyən səhmdarlardan biri Azadlıq Radiosuna deyib ki, barəsində şikayət olunan şəxslər arasında «Atropatena» QSC-nin İdarə Heyətinin (İH) sədri Elşad Rəsulov da var. O, 2016-cı ildə «Siyəzən Broyler» ASC-nin Müşahidə Şurasının (MŞ) sədri seçilmişdi.
Qeyri-iş günü olduğundan Azadlıq Radiosu «Atropatena» QSC-nin məsələylə bağlı mövqeyini öyrənə bilməyib.

Yığıncaqda çıxış edən «Monolit-D ltd» firmasının (fabrikin səhmlərinin 99,17 faizinin sahibi) təmsilçisi Şəfayət Həsənov bildirib ki, «Atropatena» QSC artıq fabrikin yönəldilməsindən kənarlaşdırılıb. Şirkətin fabrikə vurduğu zərər isə hesablanmaqdadır.

Fabrikə yeni komanda gəlib

Əsasən gəmiçilik sahəsində çalışan «Monolit-D ltd» firması fabrikin idarə olunmasını yenidən öz üzərinə götürüb. Bu məqsədlə MŞ-nin (Nadir Qurbanov, Pərviz Qasımbəyov və Yevgeni Babayakov) və İH-nin (Cavid Məmmədov, Kamran Fərəcov, Xalid Abıyev) yeni tərkibi seçilib.
Hazırda fabrikdə Sahibkarlığa Kömək Milli Fondundan götürülən kredit hesabına yenidənqurma işləri aparılır, inkubasiya, yem və kəsim sexlərinin avadanlıqları təzələnir.

Rekord həcmdə istehsal, amma yenə də zərər

2016-cı ildə Siyəzən broyler fabrikində 15,8 min ton quş əti istehsal olunub. Məhsulun 1 kiloqramının maya dəyəri 2 manat 23 qəpik, orta satış qiyməti isə 2 manat 78 qəpik olub. Satışdan 44 milyon manat vəsait daxil olub. Bununla belə, yüksək idarəetmə və satış xərcləri, eləcə də manatın məzənnəsinin xarici valyutalara nisbətən düşməsi səbəbindən SC 2,9 milyon manata yaxın zərərə uğrayıb.

Fevral ayından məhsulun satış şəbəkəsinə paylanması «Atena» MMC-dən («Atropatena» QSC-nin törəmə şirkəti) alınıb. Bu işlə «Siyəzən Broyler» ASC-nin yeni yaradılmış departamenti məşğul olacaq.

Əldən-ələ keçən fabrik

1999-cu ildə yaradılan (dövlət reyesrt məlumatlarına görə, təsisçisi Sədəddin Mürsəl oğlu Məmmədovdur) «Monolit-D Ltd» firması neft məhsullarının ticarəti, dənizdə servis işləri, dəniz suyunun təmişlənməsi və s. ilə məşğuldur. O, Siyəzən broyler fabrikini 2010-cu ildə investisiya müsabiqəsində satın alıb.

Bunadək isə fabrik eyni yolla 3 dəfə əldən-ələ keçib. Bunadək fabrikin 99,84 faiz səhminə sahib olmuş Livanın «Ruby Rose Grouр S.A.R.L» (2000-2006) şirkətinin mülkiyyətində 0,67 faiz səhm qalır. İndi bu səhmlərin də livanlı investorlardan məhkəmə yolu ilə geri alınması uğrunda mübarizə gedir.

Qalan az sayda səhm fabrikin 70-dən çox əmək kollektivinin üzvlərinə məxsusdur.

Firma 2 yerə bölündü

Bu həftə «Monolit- D ltd» firması yenidən təşkil olunduğunu və iki şirkətə bölündüyünü elan edib. Şirkətin açıqlamasında «Monolit-D» MMC-nin və «Monolit-Eco» MMC-nin yaradıldığı göstərilir. Bölünmənin motivləri haqda bilgi verilmir.

azpolitika

Şərhlər

XƏBƏR LENTİ