SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ağacları yandırıblar, istilik borusunun üzərində tikinti aparırlar-VİDEO

Ağacları yandırıblar, istilik borusunun üzərində tikinti aparırlar-VİDEO

Tarix:

19-10-2018, 11:31

/ 1 369 dəfə oxundu.
Ağacları yandırıblar, istilik borusunun üzərində tikinti aparırlar-VİDEO

Son dövrlərdə Bakıda yaşıllıqların məhv edilməsiylə bağlı bir çox görüntü yayılıb. Bundan öncə də qeyd etmişdik ki, paytaxtımızda son illərdə dözülməz istilər həm də ağacların kəsilməsi, yaşıllıqların məhv edilməsi, ekoloji vəziyyətin ağırlaşması ilə əlaqədardır.
Görün, Bakıda son 10-15 il ərzində nə qədər yaşıllıq məhv edilib?! Hektarlarla yaşıllıq doğranıb. Hamısı da oliqarxların, onlara bağlı olan biznesmenlərin yeni obyektlər, binalar tikməsi, əlavə gəlir əldə etməsi üçün. Bunların kökündə də korrupsiya dayanır.
Əvəzində biz nə itiririk? Təmiz hava, övladlarımız üçün oyun meydançaları və ümumən sağlamlığımızı.
Ölkəmizdə yaşıllıqların salınması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, qanunsuz ağac kəsilmələrinə qarşı müxtəlif tədbirlər aparılması, ağacəkmə aksiyalarının keçirilməsinə baxmayaraq, mövcud yaşıllıqların məhv edilməsi, ağacların qanunsuz kəsilməsi təbii ki yolverilməzdir.
Prezident İlham Əliyev ağacların qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməli olduğunu, belə hallara yol verən şəxslərin məsuliyyətə cəlb edilməli olduğunu bildirib:
Prezident İlham Əliyevin ağackəsimi ilə bağlı çıxışından sitat (13 aprel 2014, Nazirlər Kabinetinin iclası, yekun nitqi)
"Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.
Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.

Həmçinin prezident bu il iyul ayında ümumiyyətlə qanunsuz tikinti aparanlara sərt xəbərdarlıq etdi:

"Bir çox hallarda aparılan tikintilər heç bir meyara sığmır, nə şəhərsalma meyarlarına, nə tikinti meyarlarına. Bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır. Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar.Bakıda və digər şəhərlərdə bütün qanunsuz tikililərə son qoyulmalıdır. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi, icazəsi olmadan ölkəmizdə bir dənə də bina tikilməməlidir. Kim bunu edəcəksə, dərhal mənə məlumat verilsin. Həmin o adamları ən ciddi cəzalar gözləyir. Çünki biz bu qədər səy göstəririk."

İnşaat mafiyası isə yenə öz işindədir

Tikinti mafiyası ilə əlaqəli olan rəhbər şəxslər ETSN-də həm sabiq nazirin, həm də indiki nazirin vaxtında da var. Ayda bir-iki dəfə mətbuata hansısa sahibkarın ,yaxud vətəndaşın ağac kəsimi ilə bağlı cərimələndiyi, hətta həbs edildiyi xəbərləri ötürülür. Bunlar hamısı gözdən pərdə asmaqdır. Nəsimi. Yasamal, Xətai, Nizami rayonlarında tikinti adı altında hektarlarla yaşıllıq məhv eilir. Hər gecə ağaclar kəsilir.

Mozalan.az xəbər verir ki, Xətai rayonu, Cavanşir küçəsində ticarət obyekti tikiləcək deyə böyük yaşıllıq məhv edilib, ağaclar yandırılıb.
Bu cinayət azmış kimi tikinti işləri buradan keçən istilik borusunun üzərində aparılacaq. Yaxınlıqdan isə qaz borusu keçir.Bu artıq heç bir çərçivəyə sığmır. Əndazəni aşmaqdır. Binəqədi rayonunda YAŞAYIŞ BİNASINDA BAŞ VERƏN FACİƏNİ TƏKRARLAMAQ İSTƏYİRLƏR ?

Hadisə yerindən olan videonu təqdim edirik. ETSN, FHN, BŞİH və Xətai İcra Hakimiyyətinin səlahiyyətlilərindən cavab istəyirik.

Mövzunu davam etdirəcəyik.

Şərhlər

XƏBƏR LENTİ