yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

“Qaranti –İnşaat-2012” MMC şirkəti iki vətəndaşın evini dağıtdı - ETİRAZ

“Qaranti –İnşaat-2012” MMC şirkəti iki vətəndaşın evini dağıtdı - ETİRAZ
17-10-2018, 23:58 542 dəfə baxılıb

“Qaranti –İnşaat-2012” MMC adlı tikinti şirkəti Bakının Nərimanov rayonu Möhsün Sənani küçəsi 163 ünvanında yerləşən iki evi bu gün günorta saatlarında heç bir qanuni sənəd olmadan uçurub. Evdə yaşayan sakinlər şirkətin mülki geyimli əməkdaşları tərəfindən döyülüb, əşyaları çölə atılıb. Ev sahibi Cəlal Cəlili-Azəri adlı şəxs isə elektrik dirəyinə çıxaraq televiziyaların gəlib bu vəziyyətini çəkməsini tələb edir.

Bunu evi sökülən digər sakin Kənan Fərəcli bildirib. Onun sözlərinə görə, özünü atmaq istəyən şəxs onun dayısıdır. Həmin ünvanda digər həyət evləri olsa da, sökülən yalnız bu iki ailəyə məxsus evlərdir.

“İki saat olar ki, “Qaranti-İnşaat-2012” MMC tikinti şirkətinə məxsus traktorlar hücum edərək evimizi dağıtdılar. Özümüzü də şirkətin mülki geyimli şəxsləri döydülər, əşyalarımızı yığıb küçəyə tökdülər. Evimiz böyükdür, 10-a yaxın insan yaşayır. Hamımız qalmışıq küçədə”, - deyə K. Fərəcli bildirib.

Sakin həmçinin qeyd edib ki, əgər çəkiliş olmasa, dayısı elektrik dirəyindən özünü atacağını deyir.

“Qaranti-İnşaat-2012” MMC şirkəti Nərimanov rayonunda, M.Sənani küçəsində “Azadlıq Bağçalı evlər “ adlı yaşayış kompleksi inşa edir.

“Garanti İnşaat” şirkəti ilə əlaqə saxlayaraq evlərin qanunsuz uçurulması və sakinlərin döyülməsi ilə bağlı şikayətə aydınlıq gətirilməsini istədik. Şirkətin özünü təqdim etmək istəməyən əməkdaşı həmin ərazidə heç bir qanunsuz söküntü aparılmadığını dedi: “Ünvanı bilirsiniz, inanmırsnızsa, gəlin özünüz baxın. Biz heç kimi döyməmişik, heç kimin evini qanunsuz sökməmişik, deyilənlər hamısı şayiədir”.

Telefon zənginə cavab verən həmçinin bildirib ki, həmin ərazidə yalnız sakinlərlə razılaşdırılmış halda evlər sökülür və müasir binalar tikilir. Sakinlərə verilən kompensasiyaya gəlincə isə, şirkət rəsmisi bunun müqavilə ilə tənzimləndiyini və gizli saxlanıldığını dedi. Daha sonra telefonu söndürdü...

virtualaz


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ