yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Nərimanov Rayon icra başçısı hesabat verdi

Nərimanov Rayon icra başçısı hesabat verdi
17-10-2018, 22:17 278 dəfə baxılıb

“Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2018-ci ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclası keçirilib.

Xalqxeber.Az xəbər verir ki, Prezident Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları Hikmət Məmmədov və Rasim Musabəyov, Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbirdə icra başçısı Abdin Fərzəliyev çıxış edib.

O, bildirib ki, ölkə rəhbərinin Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair təsdiq etdiyi müvafiq proqramlar, imzaladığı sərəncamlar, verdiyi tapşırıqların paytaxtımızın aparıcı rayonlarından olan Nərimanov rayonunun da sürətli inkişafına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, sosial-mədəni obyektlərin yaradılmasına səbəb olub.

A.Fərzəliyev hesabat məruzəsində rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin mühüm iqtisadi göstəriciləri barədə məlumat verib. Bildirib ki, bu müddət ərzində xidmətlər də daxil olmaqla 2 milyard 722 milyon manatlıq məhsul istehsal olunaraq, ötən ilin müvafiq dövrünə nisbətən 26,7 faiz artım sürət əldə edilib, istehlakçılara 2 milyard 604,3 milyon manatlıq sənaye məhsulunun göndərilib, eləcə də doqquz ay ərzində çox hissəsi istehsal və tikinti sahəsinin inkişafına sərf edilmiş 110,7 milyon manatlıq investisiyanın yatırılıb, ilin əvvəlindən 4181 daimi iş yerlərinin açılıb.

Tədbirdə millət vəkilləri Hikmət Məmmədov və Rasim Musabəyov, S.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının direktoru Xuraman Osmanova və 7 saylı Uşaq Yoluxucu Xəstəlikləri Xəstəxanasının baş həkimi Mehriban İsayeva çıxış edib.
Nərimanov Rayon icra başçısı hesabat verdi
Nərimanov Rayon icra başçısı hesabat verdi


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ