SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Gömrük şefinin qeyri-rəsmi əmri- QANUN NECƏ POZULUR

Gömrük şefinin qeyri-rəsmi əmri- QANUN NECƏ POZULUR

Tarix:

17-10-2018, 21:39

/ 1 473 dəfə oxundu.
Gömrük şefinin qeyri-rəsmi əmri- QANUN NECƏ POZULUR

Qaydalara görə, adambaşına 10.000 dollar (və ya bu məbləğə uyğun digər valyuta) sənəd təqdim edilmədən, gömrük orqanlarında bəyan edilməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxarıla bilər.
“Gömrük tarifi haqqında” qanunun 20-ci maddəsinə görə, gömrük ərazisindən çıxarılan və bu əraziyə gətirilən xarici valyuta gömrük rüsumundan azaddır.

Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxarılması” Qaydaları ilə tənzimlənir. Qaydalara görə, ölkəmizə valyuta gətirilməsinə limit, məhdudiyyət qoyulmur. Sadəcə, gömrükdə bəyan etmək yetərlidir. Azərbaycan vətəndaşları tərəfindən Azərbaycana gətirilmiş valyutanın məbləği 10.000 dollar (və ya bu məbləğə uyğun digər valyuta) olduqda onların gətirilməsi gömrük orqanları tərəfindən “Sərnişin gömrük bəyannaməsi” ilə, 10.000 dollardan yuxarı məbləğdə olduqda isə “Sərnişin gömrük bəyannaməsi” və “Gömrük vəsiqəsi” ilə rəsmiləşdirilir.

Ancaq Astara Gömrük İdarəsində ölkə qanunlarına əməl edilmir.

Mozalan.az-a verilən məlumata görə bu gecə 00:25 radələrində İran tərəfə keçən Azərbaycan vətəndaşları Sənan Balaşov tərəfindən incidiliblər. Onların üstündə cmi 4000 -7000 min arası dollar olub. Bəyannamədə göstəriblər. Sənan Balaşov isə deyib ki, cənab nazir qeyri -rəsmi əmr verib ki, üstündə 3000 dollardan yuxarı olan şəxs buraxılmasın.

Sonda problem həll olunsa da vətəndaşlar xeyli stres yaşayıblar.

Səfər Mehdiyev az müddət əvvəl korrupsiya ilə sərt mübarizə aparacağını demişdi. Görünən o ki, bu havaya atılmış sözdən başqa bir şey deyil.

Şərhlər

XƏBƏR LENTİ