SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Xətai rayonunda yaşıl soyqırım davam edir - Razim Məmmədovun adı hallanır

Xətai rayonunda yaşıl soyqırım davam edir - Razim Məmmədovun adı hallanır

Tarix:

17-10-2018, 21:20

/ 1 332 dəfə oxundu.
Xətai rayonunda yaşıl soyqırım davam edir - Razim Məmmədovun adı hallanır

Xətai rayonu S.Mehmandarov küçəsində olan yaşıllıq oktyabrın 14-də gecə saatlarında yandırılıb.

Hadisə ilə bağlı mediaya məlumat və görüntülər verən mənbə bildirib ki, dayanacaq ətrafında olan zeytun ağacları yandılaraq məhv edilir. Qeyd edilir ki, Xətainin icra başçısı Razim Məmmədovun göstərişi ilə reallaşan bu əməllər son günlər xüsusilə vüsət alıb.

Xatırladaq ki, R.Məmmədovun adı Xətai rayonununun müxtəlif ərazilərində ağacları süni üsulla məhv edərək əraziləri satmaqda tez-tez hallanır. Növbəti belə əməl isə görüntülərdən də aydın olduğu kimi, Mehmandarov küçəsində reallaşıb. Görünür, həmin ərazidə də bir müddətdən sonra tikinti işləri başlanacaq.

Qeyd edək ki, mövzu ilə bağlı məlumatı xalq.az saytı yayıb.

Şərhlər

XƏBƏR LENTİ