SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Aidiyyatı orqanlar bunu yoxlamalıdır” - Deputatdan Bakıdakı “Partizan” restoranının təbliğatına ETİRAZ

“Aidiyyatı orqanlar bunu yoxlamalıdır” - Deputatdan Bakıdakı “Partizan” restoranının təbliğatına ETİRAZ

Tarix:

16-10-2018, 18:49

/ 1 309 dəfə oxundu.
“Aidiyyatı orqanlar bunu yoxlamalıdır” - Deputatdan Bakıdakı “Partizan” restoranının təbliğatına ETİRAZ

Bakıda, Bəşir Səfəroğlu 170 ünvanında açılan “Partizan” adlı restoranın fəaliyyəti ictimaiyyətdə birmənalı qarşılanmayıb. Özündə sovet dövrünün ab-havasını təcəssüm etdirən, SSRİ simvolları ilə bəzədilən restoranın sahibləri sosial şəbəkələrdə ciddi qınaq obyekti olub.
Restorana gələn müştəriləri qapıda xüsusi parol tələb edən əli avtomatlı sovet əsgəri qarşılayır, içəri bu “ofisiant"ın əlindəki “Kalaşnikov” süngüsünün altında keçmək lazımdır. Qapıda müştərilərə Lenin, Stalin andı içirdirlər.

Restoranı həm də faşizm simvolları ilə bəzəyiblər. Bütün bunlarla bağlı fikirlər isə birmənalı deyil. Əksəriyyət sovet nostaljisi ilə yaşayan kəslərin bununla Azərbaycanın müstəqilliyinə kölgə salmaq niyyətində olduqları qənaətindədir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Tahir Kərimli Modern.az-a deyib ki, SSRİ-nin bərpası mümkün olmadığından ciddi narahatlığa əsas yoxdur, amma "Partizan"dakı təbliğatın bəzi məqamları diqqətdən qaçmamalıdır.

“O insanlar ki, SSRİ-ni müstəmləkə sistemi, müstəqilliyimizin əleyhinə olan bir təbliğat vasitəsi kimi görüblər, onlar etiraz edirlər. Bu, psixoloji həssaslıqdır. Amma bu cür məsələlərin təbliğ vasitəsilə reallaşması, yəni SSRİ-nin bərpası mümkün deyil. Məncə SSRİ-nin bərpa olunacağı təhlükəsi olmadığından bundan qorxmaq lazım deyil. Həm də ədalətli olmaq lazımdır. Bizim müstəqilliyimiz çox qiymətlidir. Amma bu o demək deyil ki, Azərbaycan SSRİ dövründə geridə qalıb, inkişaf etməyib və s. İkinci respublika dövründə ilk Konstitusiya qəbul olunub, sovetləşmə gedib, təhsil, səhiyyə sistemində nəaliyyətlər əldə olunub. 19-20-ci əsrlərdə Azərbaycanda güclü ədəbiyyat nümayəndələri, dahilər yetişib. SSRİ keçmişdə qalıb, yəni bu quruluşa düşmən mövqe sərgiləmək də düzgün deyil”.

Restorana daxil olarkən parol tələb edilməsi, Stalin, Lenin andı içdirilməsi, o dövrün simvollarının təbliğ olunmasına gəlincə, deputat, bunun yolverilməz olduğunu deyib:

“Əgər belə şeylər varsa, bu artıq siyasi məsələdir. Və açıq-aşkar sosializmin təbliğidir. Hazırda Konstitusiyaya görə, idelogiyaların təbliği azaddır. Ancaq müstəqilliyimizə kölgə salacaq ən kiçik element varsa, bunun qarşısı alınmalıdır. Sovet İttifaqına, onun liderlərinə and içmək o deməkdir ki, bizim müstəqilliymizin əleyhdarlarına and içdirirlər. Bu çox ciddi siyasi məsələdir və aidiyyatı orqanlar bunu yoxlamalıdır. İstənilən şəkildə belə hal varsa, vəziyyət dəyişir və yoxlanmalıdır. Mən “Tarqovı”da qızıl ulduz, SSRİ döş nişanları, köynəklər satanlara rast gəlmişəm, bu, normaldır. Amma digər qeyd olunan məsələlərə göz yummaq olmaz. Çünki çox ciddi siyasi məsələdir və qətiyyən yol vermək olmaz”.

Şərhlər

XƏBƏR LENTİ