SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Müəllimə 250 manat, mollaya 400 manat maaş və maşın verilməsi aranı qatdı - Skandal

Müəllimə 250 manat, mollaya 400 manat maaş və maşın verilməsi aranı qatdı - Skandal

Tarix:

14-10-2018, 23:27

/ 2 297 dəfə oxundu.
Müəllimə 250 manat, mollaya 400 manat maaş və maşın verilməsi aranı qatdı - Skandal

Azərbaycanda müəllimə 250 manat məvacib verildiyi halda, mollaya 300-400 manat maaş ayrılıb. Bu azmış kimi, oktyabrın 5-i müəllimlər günü Təhsil Nazirliyi tərəfindən bir qrup müəllimin mükafatlandırılması əvəzinə, 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunda 14 dini icmaya “Khazar SD” markalı avtomobillərin açarları təqdim olunub.

Cahan.info xəbər verir ki, noyabr ayında daha 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub. Görünür ki, Azərbaycanda təhsil verən müəllimdən daha ox molla qiymətlidir.

Mollalara maşın verilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Niyə məhz mollalar? Məsələ ictimaiyyət arasında və sosial şəbəkələrdəsəs-küy doğurub.

Komitə sədrinin I müavini Səyyad Arandeyib ki, maşın alan mollalar nüfuzlu din xadimləridir. Bunu Mənəvi Dəyərlərin Təbliği Fondu vasitəsilə həyata keçirdik. Biz hər mollaya maşın vermirik. Biz xalq içində böyük nüfuzu olan din xadiminə maşın veririk”.

Bundan başqa, mollaya maaş verilməsi də birmənalı qarşılanmır. hazırkı dövrdə dövlət və din münasibətləri həddindən artıq yaxşı bir haldadır.

Xüsusi qarşıdurmaların meydanı yoxdur, müxtəlif məzhəblər, təriqətlər hər bir halda dövləti idealları qəbul ediblər. Müstəqil bir xəttin daşıyıcıları olsalar da bütün hallarda bu ölkənin həyatı, durumu onlara da yad deyil.

Bu baxımdan hansısa axundun və ya imamın büdcədən vəsait alması, qətiyyən onların hər hansı bir şəkildə dövlət tərəfindən ələ keçirilməsi, müstəqilliklərinin buxovlanması anlamına gəlməməlidir. Əslində Qafqaz Müsəlmanları İdarəsinin statusu həm də bir qədər qeyri-dövlət təşkilatı kimi təqdim oluna bilər.

Həmçinin Dini İşlər üzrə Komitə və onun rəhbərliyi son illər ərzində çox mühüm işlərin həyata keçirilməsində aktiv iştirak edib. Mübariz Qurbanlı siyasi və dövlət idarəetmə sistemini bilən bir adamdır. Ötən müddət ərzində də irəliyə sürülmüş müxtəlif təşəbbüslər, xüsusilə də bölgələrdə keçirilən tədbirlər işin faydasına olub.

Hər bir halda nəzərə almalıyıq ki, min illərdən keçən cəmiyyətin də özünün mərasim, məclis ənənələri var. Bu işlərdə bir düzən yaranmaqdadır.

Dövlət dindən nə qədər ayrı olsa da qəbul etməliyik ki, dünyada ən sivil, mütərəqqi ölkələrin həyatında kilsələr, sinaqoqlar çox yaxından iştirak edirlər.

Bunun üçün ilk olaraq hökumətin tabeçiliyindən kənar publik hüquqi şəxs yaradılmalıdır. Məsələn, QMİ bu işi öz üzərinə götürə bilər.

Həmin idarəyə vergilərdən sabit pay ayrılmalıdır. Bəzi ölkələrdə, məsələn, qəbiristanlıq vergisi var. Bizdə də vergi obyektində cüzi olmaq şərti ilə bu kimi vergi ayrıla bilər.

Bəli, din xadimləri hökumətdən ayrı olmalıdır. Hökumətlə onlar arasında heç bir halda tabeçilik münasibəti olmamalıdır. Dediyimiz publik hüquqi şəxs din adamlarının maaşını verməlidir.

Gəlir mənbələrini də müstəqil formalaşdırmaq mümkündür. Dövlət verəndə də onsuz da bunu birbaşa hansısa nazirlik etmir. Hər hansı bir formada gəlir mənbələri formalaşdırılır. Belə olarsa maaşı vermək mümkündür. Onların mülkiyyətində olan əmlak da kirayə verilib, gəlir əldə edilə bilər.

Bundan başqa, özləri də pullu xidmətlər də göstərə bilərlər. Məsələn, hər kəs bilir ki, kimsə rəhmətə gedəndə onun nəşi yuyulur və bu da pullu xidmətdir. Bax, belə xidmətləri də rəsmiləşdirmək olar. Ümumilikdə bu sistemi ciddi şəkildə işləmək lazımdır.

Mollalar yas mərasiminə gəlir və onlara vətəndaşlar tərəfindən pul ödənilir. Əgər kimsə imkansızdırsa, şərt qoyulsun ki, həmin idarəyə müraciət etsin və molla da onun yas mərasimində pulsuz iştirak etsin.

Şərhlər

XƏBƏR LENTİ