yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

DTX-nin tutduğu baş redaktor və jurnalist haqqında qərar – İntim məsələ/Video

DTX-nin tutduğu baş redaktor və jurnalist haqqında qərar – İntim məsələ/Video
12-10-2018, 16:44 461 dəfə baxılıb

“El həkimi” qəzeti və onun internet saytı qismində fəaliyyət göstərən “reket nəşr”in təsisçisi və baş redaktoru Zöhrab Ağayev, tabeçiliyində olan Günel Cümşüdovanın barəsində həbs qətimkan tədbirinin uzadılması barədə müstəntiqin vəsatətinə baxılıb.

Səbail rayon Məhkəməsində hakim Nürəddin Bağırovun sədrliyi ilə baş tutan qapalı iclasda müstəntiqin vəsatəti təmin edilib.

Zöhrab Ağayev və Günel Cümşüdovanın həbs müddəti 2 aya qədər artırılıb.

Qeyd edək ki, “El həkimi” qəzeti və onun internet saytı qismində fəaliyyət göstərən “reket nəşr”in təsisçisi və baş redaktoru Zöhrab Ağayev, tabeçiliyində olan Günel Cümşüdovanın ölkə ərazisində müxtəlif hərbi hissələrin zabit və gizirlərini qanunsuz əməllərə təhrik edərək şantaj etmələri, bu barədə videoçəkilişləri mobil telefondan internetlə bir-birilərinə ötürmələri müəyyən edilib, Dövlət Təhlükəsizliyi Xidmətində araşdırma başlanıb.
Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Zöhrab Ağayev belə hədə-qorxu yolu ilə tələb olunan pulu aldıqdan sonra idarə etdiyi “90-PF-742” dövlət qeydiyyat nişanlı avtomobilində cinayət başında saxlanılıb, əvvəlcədən üzəri xüsusi qaydada işarələnən pullar, əllərində isə həmin pulların üzərinə çəkilən xüsusi tozun izləri aşkar edilərək sənədləşdirilib.

Faktla bağlı başlanılan cinayət işi üzrə davam edən araşdırmalarla həmin şəxslər məsuliyyətə cəlb olunubar.

Onlar tərəfindən gizli qaydada informasiya alınması üçün texniki vasitələrdən istifadə etməklə insanların güdülməsi, gizli videoçəkilişlərin aparılması, qanunla əməliyyat tədbiri hesab edilən sair əməllərin qanunsuz həyata keçirilməsi, insanların intim münasibətə cəlb edilməsi və sair yollarla toplanmış materiallar əsasında ayrı-ayrı şəxslərin şantaj edilməsi, müxtəlif məbləğlərdə pul tələb edilib alınması, bu üsulla müxtəlif təşkilatlardan dövri haqq toplanılması, hərbi qulluqçuların hər birindən əlavə digər hərbçilərin təsir altına salınmasına şərait yaratmalarının tələb edilməsinə dair çoxsaylı sübutlar, saxta media vəsiqələri və sair dəlillər aşkar edilərək götürülüb.

Zöhrab Ağayev və Günel Cümşüdovanın barəsində Cinayət 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ