SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Amay Abdullanın sevgilisinin cəzası ağırlaşdırılır – Qadın türməsində insident

Amay Abdullanın sevgilisinin cəzası ağırlaşdırılır – Qadın türməsində insident

Tarix:

12-10-2018, 16:39

/ 2 145 dəfə oxundu.
Amay Abdullanın sevgilisinin cəzası ağırlaşdırılır – Qadın türməsində insident

“Amay Abdulla” ləqəbi ilə tanınan iş adamı Abdulla Abdullayevin sevgilisi Aygün Akimovanın cəzası ağırlaşdırılır.

Penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Aygün Akimova anası Dilarə Akimova ilə birlikdə qanunu pozub.

Bununla bağlı Penitensiar xidmətin əməliyyat aparatının əməkdaşları tərəfindən 4 saylı cəzaçəkmə müəssisəsinə əməliyyat keçirilib, nəticədə müəssisəyə qadağan olunmuş maddənin keçirilməsi cəhdin qarşısı alınıb.
Aygün Akimovanın yanına qısamüddətli görüşə gələn anası Dilarə Akimova tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı “Nabeghlavi” adlı plastik su qabında kustar üsulla hazırlanmış spirtli maye aşkar edilib.

Məlumata görə, Aygün Akimova Cinayət Məcəlləsinin 178.3.2; 310 və 66.3-cü maddələri ilə məhkum olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Aygün Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti və vəzifəli şəxs kimi təqdim edərək, onlara 1 milyon manat dəyərində dələduzluq edib.

Xatırladaq ki, Aygün Akimova AMAY ticarət mərkəzinin sahibi Abdulla Abdulalyevin sevgilisi kimi cinayət işində adı hallanıb.

İş üzrə şahid qismində ifadə verən Abdulla Abdullayev Aygün Akimova ilə evli olmadığını, ancaq onun uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi adının yazıldığını deyib.

Şərhlər

XƏBƏR LENTİ