yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Binəqədi icra hakimiyyətindən Eldar Əzizova şikayət... - Sakinləri dinləyən yoxdur

Binəqədi icra hakimiyyətindən Eldar Əzizova şikayət... - Sakinləri dinləyən yoxdur
12-10-2018, 09:58 117 dəfə baxılıb

Bakı şəhəri 7-ci mikrarayon, F.Məlikov məhəlləsi, ev 1 Q ünvanında yerləşən binanın sakinləri Bakı Şəhər İcra Hakimiyyətinin başçı əvəzi Eldar Əzizov müraciət edib.

Cebhe.info-ya təqdim edilən müraciətdə sakinlərin lift problemi əksini tapıb. Sakinlər bildirib ki, liftlərin xərci demək olar ki, onlar tərəfindən ödənilsə də, problem bitmir:

“Hətta bəzi hallarda Bakı Lift İdarəsinin məsuliyətsiz davranışına rast gəldiyimiz üçün lifti kənarda öz hesabımıza təmir etdirmişik. Təkcə bu il ərzində lift 10 dəfəyə yaxın qırılıb, 2 dəfə rotor hissəsini dəyişmişik. İki dəfə Bakı Lift İdarəsi bu məsələdə bizə yardımcı olub. Amma 10 ayda10 dəfə və hər dəfəsində də azı 20 gün liftin işləməməsi bina sakinlərini tamamilə bezdirib. Dəfələrlə Binəqədi icra nümayəndəsinə,Binəqədi rayon İcra Hakimiyyətinin cağrı mərkəzinə, Bakı Lift İdarəsinə şikayət ünvanlamışıq. Ölkə prezidentinə müraciətimizdən sonra idarə lifti təmir edilsə də, ancaq 4 ay işlədi”.

Bina sakinləri bildirib ki, hazırda lift yenə işləmir və idarəyə müraciət cavabsız qalıb:

“Bakı Lift-Təmir İstehsalat Birliyinin rəhbərliyi isə susur. Rəis Taryel Qasımov dəfələrlə etdiyimiz zənglərə cavab verməyib, onu yerində tapmaq mümkün olmayıb. Binəqədi rayon İcra Hakimiyyəti sakinlərin müraciətlərini nəzərə alımır. Buna görə də biz sakinlər birbaşa sizə müraciət etməyə məcbur qalmışıq. Xahiş edirik ki, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovu əməllərinə görə işdən azad etdiyiniz kimi, özlərini “mini oliqarx” satayanlara da əncam çəkəsiniz. Bəlkə ondan sonra bizim binanın da lift problemi həllinu tapa”.

Sakinlərin sözlərinə görə, binada hətta Qarabağ qaziləri də yaşayır:

“Neçə illərdir ki, lift problemi bütün sakinləri ciddi narahat edir. Liftin istismar müddəti başa çatsa da, dəyişdirilməyib. İndiyə kimi bir dəfə olsun əsaslı təmir olunmayıb. İndi yenə bir həftədir lift işləmir, müraciətlərə baxan yoxdur. Hörmətli Eldar Əzizov, bu məsələnin həllində sizdən yardım istəyirik”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ