SON DƏQİQƏ
XalqXeber.Az » Sağlamlıq » Bu qidalar xolesterolu stabilləşdirir — SİYAHI

Bu qidalar xolesterolu stabilləşdirir — SİYAHI

Tarix:

11-10-2018, 17:08

/ 1 801 dəfə oxundu.
Bu qidalar xolesterolu stabilləşdirir — SİYAHI

Xolesterolu stabilləşdirmək üçün qidalanmaya fikir vermək lazımdır.
İspanaq və bəzi yaşıl yarpaqlı tərəvəzlər, yağlı balıq, şokolad və avokado bu işdə sizə kömək olar.

Düzgün qidalanmamaq xolesterolun səviyyəsinin artmasına səbəb olur. Xolesterolu stabilləşdirmək üçün qəbul edilən qidalara diqqət etmək və xolesterolun səviyyəsini aşağı salmaq mümkündür. Ümumi olaraq xolesterolun simptomu yoxdur və gizli şəkildə üzə çıxır. Bu isə ürək problemləri ilə nəticələnir.

Xolesterol səviyyəsinin yüksək olmasının ümumi xüsusiyyətləri hərəkətsiz həyat tərzi, sağlam qidalanmamaq, stres və çəki problemidir.
Xolesterolu aşağı salmaq üçün bu qidalar sizə kömək edər:

İspanaq

İspanaq və bəzi yaşıl yarpaqlı tərəvəzlərin tərkibində olan lutein piqmenti xolesterol və trigliseridləri azaldır. İspanağın tərkibində eyni zamanda E vitamini də var və bu vitamin anti oksidant sayılır.

Badımcan

Badımcan liflə çox zəngindir. Tərkibində yağ və xolesterolun miqdarı az olduğu üçün arıqlamaq istəyənlər və köklük problemi olan insanlar üçün yaxşı qidadır. Lif eyni zamanda qrelin ifrazının da qarşısını alır. Bu hormon bizə acdığımızı bildirir. Badımcan iştahı azaldır, həddən artıq yemək qəbul istəyini azaldır. Bu isə kökəlməyin qarşısını alır.

Qarağat

Qarağatın faydalarını saymaqla bitməz. Qarağat eyni zamanda damarların tıxanmasına səbəb olan xolesterolun miqdarını azaldır.

Qara şokolad

Qara şokoladın tərkibində kakao polifenolları çoxdur. Kakao polifenolu HDL (müsbət xolesterol) xolesterolunun miqdarını artırır. Şokoladın tərkibində olan yağ turşuları mənfi xolesterol olan LDL-in molekullarının strukturunu dəyişərək ziyanının azalmasına səbəb olur.

Alma, üzüm, çiyələk

Bu meyvələrin tərkibində LDL (mənfi xolesterol) xolesterolunun miqdarını azaldan pektin maddəsi var.

Avokado
Avokado zərərli xolesterolun miqdarını azaldır, sağlam xolesterolun miqdarını artırır və tərkibində ürəyə faydalı olan doymamış yağ turşuları var. Avokadonun tərkibində yağ miqdarı bir az çox olduğu üçün həddən artıq qəbul etmək məsləhət görülmür.

Yulaf

Yulafın tərkibi liflə zəngindir. Gündə bir kasa yulafı səhər yeməyində qəbul etmək xolesterolu stabilləşdirir.

Yağlı balıqlar

Həftədə 2-3 dəfə yağlı balıq yemək zərərli xolesterolu azaldır. Loma Linda universitetində aparılan tədqiqata görə, doymuş yağları omeqa-3 ilə dəyişdirmək müsbət xolesterolu 4 faiz artırır.

Şərhlər

XƏBƏR LENTİ