SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “DAHA KİMLƏRİN AİLƏSİ LONDONDA MƏSKUNLAŞIB”? –“Vurulmuş Hacıyevadan başlayıblar”

“DAHA KİMLƏRİN AİLƏSİ LONDONDA MƏSKUNLAŞIB”? –“Vurulmuş Hacıyevadan başlayıblar”

Tarix:

11-10-2018, 13:08

/ 1 723 dəfə oxundu.
“DAHA KİMLƏRİN AİLƏSİ LONDONDA MƏSKUNLAŞIB”? –“Vurulmuş Hacıyevadan başlayıblar”

Xəbər verildiyi kimi, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda on milyonlarla dollarlıq xərcləmələrinə görə Böyük Britaniya hökumətinin diqqətini çəkib. Britaniya Ali Məhkəməsi araşdırmaların mərkəzinə düşən Z.Hacıyevadan sərvətinin mənbəyini izah etməyi tələb edib. Əgər o bunu edə bilməsə, öz əmlakını itirmək riski ilə qarşı-qarşıyadır.

Yenixeber.org: Azərbaycan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Böyük Britaniya hökumətinin bu araşdırmasına maraqlı şərh verib. Partiya sədrinin “Facebook”da paylaşdığı şərhini təqdim edirik:

eli-eliyev

“Beynəlxalq Bankdan 20 milyarda yaxın vəsaitin oğurlanmasında əsas iştirakçılardan biri olan Cahangir Hacıyevin arvadı Zamira HacıyevaLondonda günə xərclədiyi təxminən 5000 funt-sterlinqin hesabatını vermək məcburiyyətindədir. Bu, zamanında Hacı Məmmədovun oğurladığı qadındır. Dünya mətbuatının ilk səhifələrini zəbt etmiş olayın detalları maraqlıdır:

- ölkəni talayanlardan kimlərin ailə üzvləri Londonda məskunlaşıb;
– görəsən, oğru məmurlardan daha kimlərin ailə üzvləri gündə belə məbləğ xərcləyir, o miqyasda əmlaka malikdir;
– Britaniya Krallığı kimə nömrə gəlir? Nəyə görə cinayəti sübuta yetirilmiş birisinin arvadından başlayıblar.

Bütün dünya bilir ki, London dünyanın “büdcə” oğrularının sakit limanıdır. Yalnız Rusiyanın 57 Forbes multi milyonçusu qoca krallığın paytaxt sakinidir. Keçmiş sosialist dövlətləri, xüsusilə SSRİ fırıldaqçılarının əksəriyyəti Kraliçanın təbəəliyini qəbul edib. Düşünülmüş şəkildə qanunvericilik tərtib etmiş dumanlı Albion siyasətçiləri bu yolla quldurları himayə edərək, qocaman imperiyada sığınacaq yaratmaqla çirkli kapitalı iqtisadiyyatlarına cəlb edirlər. Anqlo-saksların sözüdür ki, “Pulun qoxusu olmaz!”. Elə ofşor da onların riyakar sistemidir. Qızıl vizanın da tətbiqi oğruları imperiyaya gətirmək üçündür.

İndi də riyakarcasına “at belində” olanlardan deyil, vurulmuş Hacıyevadan başlayıblar. Bu yolla seçiciyə “hesabat” verirlər ki, guya ilin əvvəlində qəbul etdikləri qanunun icrası ilə məşğuldurlar. Əslində isə, yenə də imperiya maraqlarına uyğun olaraq, oğruları sakitləşdirirlər ki, daşıyıb gətirin, ölkəsində ilişməyənlərlə işimiz yoxdur.

Dövlət maraqları hər şeydən üstündür. Bu qədər sadə. Biz isə sadəlövhcəsinə belə təcrübəli tərəflərdən ədalət, demokratiyaya dəstək və s. umuruq. Olmayacaq dəstək. Özümüz xilas olmalıyıq”.

azpolitika.info

Şərhlər

XƏBƏR LENTİ