yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Samux Dövlət Ovçuluq Təsərrüfatı yoxsa şəxsi biznes?

Samux Dövlət Ovçuluq Təsərrüfatı yoxsa şəxsi biznes?
10-10-2018, 16:33 178 dəfə baxılıb

Samux Dövlət Ovçuluq Təsərrüfatında nələrin baş verməsini aydınlaşdırmaq üçün adıgedən təsərrüfata məxsus əraziyə yollandıq. İlk öncə qoruğun girəcəyində dağıdılmış lövhə ilə rastlaşdıq. Lövhədə qoruq ərasizində ov etmək qadağan olunduğu yazılıb. Ancaq lövhə elə bir bərbad vəziyyətdədir ki, gərək düşüb yaxından oxuyasan, oyuya bilsən oda.

XİA.az xəbər verir ki, qoruq ərazisi şəxsi adamın olduğunu xatırladır. İlk öncə qeyd etmək istəyirəm ki, buranı yaxşı tanıyan olmasa burda qoruq olmasından xəbəri belə olmaz. Qoruq ərazisində böyük bir hissəsini şəxsi yəni özləri üçün istifadə edirlər. Belə ki, xırda kollar çıxarlıb və böyük hektarlarla əkin sahəsi yaradılıb. Həmin əkin sahəsində isə günəbaxan əkilir. Hətda bostançılıqlada məşğul olunur. Digər tərəflərində isə sürülərlə mal-qoyun saxlanılır.

Əldə etdiyimiz məlumata əsəsən Samux Dövlət Ovçuluq Təsərrüfatının rəhbəri Natiq Kazımov burada günəbaxan yetişdirməklə məşğuldur. Digər bir xəbərə əsasən isə N.Kamımovun yaxın qohumu həmin ərazidə bostan əkməklə məşğul olur. Əslində isə bu qanuna ziddir. Bu azmış kimi kürün digər sahilində Samux Dövlət Ovçuluq Təsərrüfatına məxsus ərazilərdə də minlərlə qoyun saxlanılır. Hətda meşəni mal-qoyun bərbad vəziyyətə salıb. Meşə kənarlarında isə mal-qoyunu saxlamaq üçün çadırlar tikilib. Bunlarında qotuq ərazisində olmasına qanunla icazə verilmir. Onda belə bir sual meydana gəlir - Görəsən burda mal-qoyun saxlayanlar kminlə razılaşmalı olurlar? Görünən dağa nə bələdçi.

Bura elə bir sahibsiz ərazi deyil ki, çatan oraları zəbt eləsin və özlərinin bildikləri kimi istifadə etsinlər. Hər bir qarış torpaq dövlətə məxsusdur. Elə buna görədə dövlətə məxsus idarə əməkdaşları bununla bağlı araşdırma aparmalı, qanunsuz işlərlə məşğul olan hər bir vətəndaşa cərimə tətbiq edilməli və dərhal ərazindən çıxarılmalıdır. Ancaq bu qeyd etdiklərim heç hansı baş verimir, çobanlar bu ərazidə dekabr ayının əvvəlinə kimi mal-qoyunlarını otaracaqlarını söyləyirlər. Buda meşələrə ziyan vurmaqdan başqa bir şey deyil.

Burda olan çöl quşları, çöl heyvanları isə məcburən başqa ərazilərə köç edirlər. Buna səbəb ev heyvanlarının ərazidə çox olmasıdır.

Adıgedən məsələ ilə bağlı Samux Dövlət Ovçuluq Təsərrüfatının rəhbəri Natiq Kazımovla telefon əlaqəsi saxladıq. O, həmin ərazinin ona məxsus olmadığını, Şəmkir Meşələrin bərpası və Mühafizəsi Müəssisəsinə məxsus olduğunu bildirdi. Qeyd etdi ki, həmin əraziyə Meşələrin bərpası və Mühafizəsi Müəssisəsi nəzarət edir. Şəmkir rayon Meşələrin bərpası və Mühafizəsi Müəssisənin direktoru İqbal müəllimlə də əlaqə saxladıq. O, isə birmənalı olaraq qeyd etdi ki, orada onların ərazisində heç bir mal-qoyun saxlanılması mümkün deyil və buna bir başa özü nəzarət edir. Burdan isə belə görünür ki, iki qurum bu qanunaszluğu bir-birinin üstünə atır.

Ancaq qeyd etməliyəm ki, həmin ərazinin girişində Samux Dövlət Ovçuluq Təsərrüfatının ov etmək qadağandır lövhəsi var və bu lövhənin Şəmkir rayon Meşələrin bərpası və Mühafizəsi Müəssisəsinə heç bir aidiyyatı yoxdur. Necə deyərlər bunu araşdırmaq qalır Ekalogiya və Təbii Sərvətlər Nazirliyinə. Adıgedən faktla bağlı aidiyyatı orqanları xəbərdar etmək bizdən, təbir görmək isə nazirlik əməkdaşlarından.

Məsələ ilıə bağlı nazirliyə müraciyət etmişik, mövzuya yenidən qayıdacağıq, adışəkilən şəxslərində mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

P.S.
Samux Dövlət Ovçuluq Təsərrüfatına məxsus binasında baş verən yanğın zamanı dövlətə nə qədər ziyan dəyib? Bu barədə növbəti yazılarımızda məlumat verəcəyik.

Qoruq ərazisində videogörüntüləri təqdim edirik.

Samux Dövlət Ovçuluq Təsərrüfatı yoxsa şəxsi biznes?
Samux Dövlət Ovçuluq Təsərrüfatı yoxsa şəxsi biznes?
Samux Dövlət Ovçuluq Təsərrüfatı yoxsa şəxsi biznes?
Samux Dövlət Ovçuluq Təsərrüfatı yoxsa şəxsi biznes?
Samux Dövlət Ovçuluq Təsərrüfatı yoxsa şəxsi biznes?
Samux Dövlət Ovçuluq Təsərrüfatı yoxsa şəxsi biznes?


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

18-10-2018


17-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ