SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » VERGİLƏR NAZİRLİYİ SAHİBKARLARI ÖLKƏDƏN QAÇMAĞA VADAR EDİR

VERGİLƏR NAZİRLİYİ SAHİBKARLARI ÖLKƏDƏN QAÇMAĞA VADAR EDİR

Tarix:

10-10-2018, 15:20

/ 2 283 dəfə oxundu.
VERGİLƏR NAZİRLİYİ SAHİBKARLARI ÖLKƏDƏN QAÇMAĞA VADAR EDİR

SAHİBKAR VERGİLƏR NAZİRLİYİ VƏ GÖMRÜK
KOMİTƏSİ ƏMƏKDAŞLARININ QURDUQLARI “TƏLƏYƏ DÜŞÜB”—VIDEOFAKT


VİCDANLI VERGİ ÖDƏYİCİLƏRİ İNCİDİLİR — ONLARDAN DÖVRİYYƏDƏN 6 FAİZ VERGİ ŞƏRTİNƏ BOYUN ƏYMƏK TƏLƏB OLUNUR

Azərbaycanda XVII-XVIII əsrlərdə xan-bəy dövründə vergiyığanlar həm dövlətə, həm də öz ciblərinə işləyirmişlər. O vaxt əlavə yığılan qeyri-rəsmi vergiyə “ŞILTAQAT” deyirmişlər. Deryaz.az xəbər portalının redaksiyasına müraciət edən ali təhsilli iqtisadçı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qocamanov Ayaz İlyas oğlunun şikayətləndiyi vergi siyasəti isə, “ŞILTAQAT”dan da betər addımdır. İş adamı bildirir ki, təmsilçisi olduğumMMC-lər — «AZQLOBAL-2016» MMC, «HELMES—AA» MMC, «M—X» MMC, «FİOLET—FA» MMC, «GROSS—ST» MMCidxalbiznesi üzrə fəaliyyətgöstərirlər. Qanunifəaliyyətgöstəribrüsumları vaxtlı-vaxtında ödəsəkdə, birneçə gün əvvəlTürkiyədəngətirdiyimmalları «Meyvəli» terminalındagömrük əməkdaşları saxladılar. Qarşı tərəfdənatılanaddımınsəbəbinisoruşduqda “göstəriş VergilərNazirliyinin İdxal-İxrac İdarəsininrəismüaviniRəşidHəsənovdangəlib” deyə cavabverirlər. Bir qədər çəkçevirdən sonra onlarmənə VergilərNazirliyinə müraciətetməyimiməsləhətgördülər.Nazirlikdə isə cavabverdilərki, «səninkameralborcunvar, onagörə də mallarınsaxlanılıb». Olmayanborclabağlı rəhbərliketdiyim şirkətlərdənbiridə — «HELMES — AA» MMC-də az öncə eyni ədalətsizliklə üzləşmişdi. Buna görə də kameral vergini düzgün hesablamağı bacarmayan Vergilər Nazirliyinin Bakı Lokal Vergi İdarəsini, hələ bir müddət bundan əvvəl Bakı İnzibati-İqtisad Məhkəməsinə vermişdim və haqlı olduğu üçün məhkəmədə də qalib gələ bildim. Məndə bununla bağlı məhkəmə qətnaməsi var. Hazırda «AZQLOBAL — 2016″ MMC-nin xətti ilə gətirdiyim mallar da saxlandığından, bununla da bağlı məhkəməyə müraciət etmişəm. İnanıram ki, haqlı olduğum üçün bu məhkəmədə də qalib gələcəyəm. Onu da bildirim ki, zəhmətimin müqabilində ölkəmizə gətirdiyim malları heç bir əsas olmadan, özbaşınalıqla, reketçilik yolu ilə saxlayırlar. Mənim minbir haqsızlıqla üzləşməyimin bəzi səbəbləri var. Yəni, onlar şifahi formada dövriyyədən 6 faiz vergi ödəmə şərtlərinə boyun əyməyimi tələb edirlər. Halbuki mövcud vergi qanunvericiliyinə görə, ticarətlə məşğul olan sahibkarın qarşısına heç bir halda belə tələb qoyula bilməz. Biz ölkədə məhsul bolluğunun, ucuzluğun yaranmasına, ödədiyimiz vergilərlə dövlətimizin büdcəsinin artırılmasına çalışırıq. Bu cür addımların qarşılığında da, olmazın özbaşınalıqlarla üz-üzə qalırıq. Amma, bəzi sahibkarlar var ki, onlar qeyri-qanuni, hətta yarımleqal fəaliyyət göstərsələr də, heç bir anbarı, heç bir kassası olmasa belə, heç zaman süni əngəllərlə üz-üzə qalmırlar. Düşünürəm ki, haqsız rəqabət, kimlərinsə öz rəqiblərini bazardan çıxarmaq sifarişi, məhz belə bir qeyri-rəsmi göstərişlərin verilməsi ilə nəticələnir”.

Sahibkar Ayaz Qocamanov bizimlə söhbətində onu da qeyd etdi ki, “üz-üzə qaldığım haqsızlıqlarla bağlı 6 avqust 2018-ci il tarixdə ölkə rəhbərinə, vergilər nazirinə teleqramlar vurmuşam. Əslində kameral vergi tətbiq olunarkən, vergi ödəyicisinin vergi borcu olması haqqında ona məxsus mobil telefonunun mesaj qutusuna bildiriş gəlməlidir. Əgər kiminsə narazılığı olarsa, o halda həmin şəxs məhkəməyə müraciət edə bilər. İndiki halda isə mənə heç bir mesaj-filan gəlməyib. Onlar açıq-aşkar şəkildə qoluzorluluq, çapolçuluq edərək mallarımızı əlimizdən alıblar. Bu gün tək mən yox, hətta idxal ticarəti ilə məşğul olan başqa iş adamları da oxşar aqibətlə üz-üzə qalırlar. Vergilər Nazirliyi hər dəfə Habil adlı şəxsi Bakı Lokal Vergi İdarəsinə auditor göndərirlər. Çünki, bu şəxs sahibkarların boynuna kefi istədiyi qədər vergi borcu yükləyə bilir. O, bunu əsaslandırmaq üçün hansısa addımını atmağa da cəhd etmir. Sadəcə yazır və sanki belə olmalıymış kimi işini də bitmiş hesab edir. Mən və mənim kimi bir çox vicdanlı vergi ödəyiciləri əsassız tələblər üzündən, yuxarı ticarət əlavələri səbəbindən artıq təngə gəlmişik. Əziyyətimiz özümüzə qalır, haqqımızı-hüququmuzu bərpa etmək üçün, çox zaman vaxt və enerji itgisi ilə üz-üzə qalmalı oluruq. Bizə öz Vətənimizdə, öz dövlətimizdə işləməyə, qanuni əsaslarla fəaliyyət göstərməyə imkan vermirlər. Əlacımız yalnız ona qalıb ki, şahın qanun olduğu ölkəyə deyil, qanunların şah olduğu ölkələrə üz tutaq. Əgər vəziyyət belə bir formada davam edərsə, o halda şəxsən mən ailə üzvlərimlə birlikdə Azərbaycan vətəndaşlığından imtina edəcəyik. Bu gün Azərbaycanda həyata keçirilən vergi siyasəti sahibkarlıq fəaliyyətini təşviq edir. Nümunəvi vergi ödəyicilərinin fəaliyyətləri stimullaşdırılır. Bunu şəxsən Vergilər naziri cənab Mikayıl Cabbarov çıxışlarında qeyd edib. Ümidvaram ki, mənim və digər vicdanlı vergi ödəyicilərinin incidilməsinə son qoyulacaq”.

Məsələnin daha düşündürücü tərəfi ondan ibarətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ayaz Qocamanov üz-üzə qaldığı haqsızlıqlarla bağlı hələ bir müddət bundan öncə, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinə müraciət etməli olur. Adı çəkilən şəxs bizimlə söhbətində qeyd etdi ki, “keçirilən məhkəmə proseslərindən sonra mənim xeyrimə qərardad çıxarılsa da, hələ də qarşı tərəf özbaşınalıqlarını davam etdirməkdədir. Qərardadda qeyd olunub ki, “borclunun borcu sübuta yetirilənə kimi icraat dayandırılmalıdır”. Onu da bildirim ki, mənim heç bir vergi borcum yoxdur. Çıxarılmış məhkəmə qərardadının varlığına baxmayaraq, bu gün qarşı tərəfin əndazəni aşması və “ağa nəzərəm, belə gəzərəm” yanaşmalarını ortaya qoymaları, artıq başqa mətləblərin varlığından xəbər verir.

Daha ətraflı növbəti açıqlamalarımızda.

Problemlərin varlığını diqqətdə saxlayacağıq.

Deryaz.az

Şərhlər

XƏBƏR LENTİ