SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Həkimlə hakimin İŞBİRLİYİ

Həkimlə hakimin İŞBİRLİYİ

Tarix:

9-10-2018, 10:46

/ 2 089 dəfə oxundu.
Həkimlə hakimin İŞBİRLİYİ

Rubrika.Az saytına müraciət edən Cəmil Ələkbərov üzləşdiyi dələduzluq faktından şikayətçidir. Uzun müddətdir ki, bir neçə nəfər tərəfindən aldadılmasına, dələduzluq faktının təkzibolunmaz dəlillərlə sübuta yetirilməsinə baxmayaraq məhkəmələrin işi birtərəfli qaydada apardığını, dələduzları müdafiə etdiyini bildirən şikayətçi ölkə başçısından kömək istəyir.
“Bakı Medikal Plaza Klinikasının sabiq baş həkim müavini işləyən Qasımov Feyzulla Apo oğlu və qanunsuz hüquq xidmətləri göstərən, özünü hüquqşünas kimi təqdim edən, əvvəllər də dələduzluğa görə həbs olunan, hal-hazırda Bakı Baş Polis İdarəsində barəsində dələduzluq maddəsi ilə istintaq gedən, oğlu Rafael Qasımov məni və atamı yüksək vəzifəyə vakansiya olan yerlərə işə düzəltmək adıyla 50000 dollar pulu iş otağında məndən almışdır. Feyzulla Qasımov“əlim hər yerə çatır, Səhiyyə naziri ilə bağda tez-tez görüşürəm, oğlum Rafael hüquqşünas işləyir, sənədləşmə işlərində bizə kömək edəcək. Onun özünü də bu yaxınlarda icra başçısı qoyacaqlar, əmrin gözləyirik” deyərək bizi aldatmış, əvvəlcədən planlaşdırılmış ssenari üzrə pulumuzu almışdır. Atam Hüseyn Ələkbərova dəfələrlə Səhiyyə Nazirliyindən özünü Gülmirzə Poladov kimi təqdim edən şəxs zəng vuraraq Feyzullanın xahişi əsasında bu işlə məşğul olduğunu, nazirin də məsələdən xəbərdar olduğunu və bu yaxınlarda bizi qəbul edəcəyini bildirdi. F. Hüseynov dəfələrlə bizi nazirin qəbulu adıyla Səhiyyə Nazirliyinə göndərib, saatlarla ordagözləməli olmuşuq, sonra zəng vurub ki, nazirin qonağı var ,qəbul qaldı başqa vaxta. Gülmirzə Poladovun zənglərindən sonra Feyzullaya tam inanıb pulu ona vermişəm. Pulu Feyzullaya verdikdən dərhal sonra Gülmirzə Poladovun zəngləri kəsildi.Atamla nazirliyə getdik, G.Poladovun otağına yaxınlaşıb hər dəfə bizə zəng olunan nömrəyə zəng vuranda telefonda cavab verənin əsl G.Poladov olmadığını başa düşdük. Çünki əsl G.Poladov otağında öz müavini ilə söhbət edirdi. Biz aldadıldığımızı anladıq. Məlum oldu ki, bizə G.Poladov adıyla zəng vuran Feyzullanın hüquqşünas oğlu Rafael Qasımovdur. İfşa olduqlarını görən dələduz ata-bala yalvarmağa, pulu qaytarmaq üçün vaxt istəməyə başladılar.”
Məqsədlərinə nail olmaq üçün Qasımovlar hətta Mehriban xanım Əliyevanın adından belə istifadə etməkdən çəkinməyiblər. “Feyzulla məni Natiq adlı şəxslə öz iş otağında tanış etdi, bildirdi ki Natiq Mehriban xanım Əliyevanın, nəvələrinin şəxsi cangüdəni, ailənin etibarlı adamıdır. Naxçıvan MR, Daxili İşlər Nazirliyi generalı Telman Əliyevin bacısı oğludur, mən Telman Əliyevi müalicə etmişəm. Onlarla çox yaxınam.
Feyzulla dəfələrlə deyirdi ki, biz Azərbaycana silah gətiririk, G.Poladov bizdən silah istəyib, tamojnuda ləngiyir, onun hədiyyəsi çatmayıb ona görə o da bizim işi ləngidir. Natiq adlı şəxs hətta mənə silah göstərərək Feyzullanin ondan xahiş etdiyini demişdi. Feyzulladan pulumuzu tələb etdikdə isə pulun H.Eliyev Fonduna köçürdüyünü bildirdi. Sonradan məlum oldu ki, bizə Mehriban Əliyevanın şəxsi cangüdəni kimi təqdim edilən Natiq adlı şəxs, Feyzullanin və oğlu Rafaelin dostudur. Əvvəllər dələduzluga görə həbsdə yatıb. Heydər Əliyev Fondunun əməkdaşi kimin təqdim olunan Cavanşir muəllim isə taksi sürücüsü işləyir.”
Aldadıldıqlarına tamamilə əmin olan şikayətçilər hüquq-mühafizə orqanlarına müraciət edirlər.
“Şikayətim əsasında Xətai RPİ-də cinayət işi başlansa da cinayətkarlar azadlıqda gəzdi, necə deyərlər "kəndxudanı gör kəndi çap" prinsipi ilə öz dələduz əməllərinə davam edirdilər. Heç bir tədbir görülmədiyi üçünBakı şəhər prokuroru İlqar Abbasova müraciət etdim, 2 dəfə özunun, müavinlərinin qəbulunda oldum. İş Xətai RPİ-dən alınıb Bakı şəhəri Baş Polis İdarəsinə verildi. Müstəntiq Rauf Məmmədov işə yenidən baxaraq cinayəti tam sübuta yetirdi və dələduz Feyzulla Qasımov həbs olundu.
Bundan sonra " cinayətkar dəstənin" daha bir üzvü ortaya çıxdı. Feyzullanın kürəkəni, BDU-nun hüquq fakültəsinin sabiq dekan müavini, professor Məhəmməd İmanlı prosesə qoşuldu. O daha təhlükəli bir cinayətkardır, əvvəllər Korrupsiya idarəsitərəfindən evində cinayət başında həbs edilib, külli miqdarda pul müsadirə olunub.
Məhəmməd İmanlı Bakı şəhəri Baş Polis İdarəsinə gələrək müstəntiqin yanında cinayəti etiraf etdiyini və dəymiş 50 000 dollar ziyandan 20000 AZN ödəmək istədiyini, qalan pulu isə 1 aya ödəyəcəklərinə dair yazılı intizam verdi. Nəticədə mən Feyzulla Qasımovun ev dustaqlığına buraxılmasına etiraz etmədim və o ev dustaqlığına çıxdı.
Lakin F. Qasımov ev dustaqlığına çıxan kimi pulu ödəməkdən qəti imtina etdi, Məhəmməd İmanlı bildirdi ki, Feyzullanı türmədən çıxarmaq üçün belə etdik, sənə veriləsi pul yoxdur. Get bildiyini elə.”
Beləcə növbəti dəfə aldadılan şikayətçi yenidən məhkəmələrə üz tutmalı olub. “Beləcə dələduzlar məni növbəti dəfə aldadaraq aradan çıxmağı bacardılar. Məhəmməd İmanlı çəkinmədən deyirdi ki, hüququ mən yazmışam, mənə heç kim bata bilməz.
Həkim Feyzulla, hüquqşünas oğlu Rafael Qasimov və kürəkəni professor Məhəmməd İmanlı. Hər üçü dələduzluğa görə həbs olunub, hakim qarşısına çıxarılıb, həbsxanada yatıblar. Bu ailənin necə təhlükəli olduğunu düşünmək yəqin ki çətin deyil.
Məhəmməd İmanlı və Rafael Qasımov işin Ağır Cinayətlər Məhkəməsinə getməməsi üçünmənə ödəməli olduqları 57552 AZN pul əvəzinə 30000 AZN ve mülki qaydada borc müqaviləsi təklif etdilər. Mənə qarşı növbəti tələni hazırladılar.
Razı olmayacağım təqdirdə bu 30000 AZN - i hansı hakimin qarşısına qoysalar Feyzullani təmizə çıxaracağını, onların sözüylə desək " açıb buraxacagini" dedilər.
Lakin mən razı olmadım, bildirdim ki, nece borc müqaviləsi ola bilər ki,burada borc məsələsi yoxdur. Məhəmməd İmanlı növbəti dəfə məni aldadaraq cinayət işini mülki işə çevirmək istədi.
Ağır Cinayətlər Məhkəməsində işə hakim Cavid Hüseynovun sədrliyi ilə baxıldı. Məhkəmə artıq yekunlaşıb, hökm oxunmaq ərəfəsindədir Lakin, məhkəmə qəsdən uzadılır. Dələduz Feyzulla məhkəmədə özünü sanki evindəki kimi sərbəst aparır, mənə replikalar atır, hakim isə bunlara göz yumur, Feyzullanı əzizləyir. Məhkəmənin birtərəfli aparılması isə hamıya aşkar görünür.”
Şikayətçi bildirir ki,bu cinayət işiylə bağlı 15 nəfər şahid qismində dindirilib. Hamısı Feyzullanı ifşa edirlər. Səs yazıları belə təqdim olunub, ekspertiza rəyindən keçib. Feyzulla tərəfindən isə bir nəfər də olsun belə şahid yoxdur. Şikayətçi qeyd edir ki, qarşı tərtəf onu təhdid etməkdən belə çəkinmir : “Rafael Qasimov un sözü burda yerinə düşür. O, mənə deyir ki, Cəmil 30000 manat pulu götürüb bizdən əl çək, Məhəmməd İmanlı professordu, hüquq məhkəmə işçiləri hamısı onun tələbələri, dostlarıdır. Bu pulları hansı hakimin "qabağına atsa" atamı buraxacaq.
Bəli, deyəsən burada Məhəmməd İmanlının sözünü tuturlar, görünür o hakimin "qabağına dediyini atıb". Əks təqdirdə biz zərərçəkmiş tərəf kimi dəfələrlə vəsatət verdik ki, ev dustaqlığı ləğv olunmalıdır. Çünki Feyzulla verdiyi 20000 AZN pulu ödəniş kimi yox, məhz ev dustaqlığına çıxmaq üçün məni növbəti dəfə aldatmaq üçün verib. Bunu məhkəmə zamanı hakimin sualına cavab verərkən deyir- Cinayəti boynuma almıram, 20000 pulu mən qaytarmadim, kürəkənim Məhəmməd verib, özü də çox nahaq yerə verib.”
Şikayətçi cənab Prezident İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edərək yardım istəyir: “Məhkəmələr birtərəfli qaydada dələduzları müdafiə edirlər. Cinayət işi təkzibolunmaz faktlarla sübuta yetirilsə də sanki gözəgörünməz bir güc dələduzları himayə edir. Məgər qanunlar bir neçə nəfərin iradəsindən zəifdirmi? Tələb edirəm ki, ev dustaqlığı ləğv edilməli, Feyzulla Qasımov dərhal həbs olunmalıdır. Mənədəyən ən ziyan tam ödənməlidir. Cinayət əməlinə hüquqi qiymət verilməsi üçün iş nəzarətə götürülməlidir.
Məhəmməd İmanlı çəkinmədən deyir ki, hakim bizim adamdır, işi sifarişlə ona verdirdim. Hakimin yaxın adamı Bakı şəhəri Baş Polis idarəsində işləyir, O da bizə kömək etdi. Atasına bizi tapşırdı.
Cinayətkarlara gəlir mənbəyi kimin baxan "dırnaq arası " hakimlər cəzalandırılmalıdır. Ötən 10 ilin statistikasına baxdıqda dələduzluq cinayətləri 3 dəfə artıb. Səbəbin isə dələduzlara cəza kəsən hakimlərdə axtarmaq lazımdır. Deməli, dələduzlara lazımi cəza verilmir, sərbəst buraxılır, növbəti cinayətin baş verməsinə zəmin yaratmış olurlar.
Tələb edirəm ki, mütəşəkkil dəstənin üzvləri dərhal həbs olunsunlar.
1. Qasımov Feyzulla Apo oğlu. Nədənsə iş otağınin qarşısında Apo yox Ələkbər oğlu yazılmışdır. Atasının adını belə dəyişməklə masqalanmaga çalışıb. “Bakı Medikal Plaza” Klinikasının sabiq baş həkim müavini.
2. Qasımov Rafael Feyzulla oğlu. " Fetoçudur". Əvvəllər dələduzluğa görə həbs olunub. Hal-hazırda Bakı şəhər Baş Polis idarəsində istintaq gedir. Qanunsuz hüquq xidmətləri göstərir. Azərbaycan bayrağı meydanında, Təhsil nazirliyində işləyib. Əməllərinə görə qovulub.
2. Kürəkəni Məhəmməd İmanlı.. BDU-nunhüquq fakültəsinin sabiq dekan müavini. Professor. Dələduzluğa görə Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindənevində cinayət başında həbs olunub.
4. Məmmədov Natiq-residivist, dələduz. Hal-hazırda axtarışdadır.
İnanıram ki, cinayətkarlar tezliklə öz layiqli cəzalarına çatacaq, başqalarının da onların əməllərindən ziyan çəkməməsi üçün qanunların bütün sərtliyi tətbiq olunacaqdır. Dövlətimizin, hüquq-mühafizə orqanlarının imicinə ləkə vuraraq dəstə üzvlərini himayə edənlər də öz layiqli cəzalarını alacaqlar. “

Azərbaycanda hüquqi sistemin təkmilləşdirilməsi üçün son illər əsaslı islahatlar aparılıb. Lakin, təəssüflər olsun ki, hələ də ədalət prinsiplərindən uzaq olan, öz şəxsi maraqlarını üstün tutan şəxslər hüquq-mühafizə orqanlarında qalmaqdadır. Məhz belələrinin himayədarlığı ilə F. Qasımov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə bu gün azadlıqdadır, öz əməllərini sərbəst şəkildə davam etdirirlər. Qeyd edək ki, belə çirkin hallardan biri də digər zərərçəkənin Maşallah Bayramovun oğlunu Prezident Aparatına işə düzəltmək adl ilə 34.000 ABŞ dolları pul almışlar. Həmin dəstə Bakı Baş Polis İdarəsində mözvu ilə bağlı istintaq gedir. Lakin şikayətçilərin bildirdiyinə görə, onlara məlum olmayan səbəbdən “istintaq işi” uzadılır. Əgər tez bir zamanda onların əməllərinə son qoyulmazsa hələ çox insanlar dələduzluğun qurbanı olacaqlar. Unutmayaq ki, cinayətkar dəstənin üzvləri qədər onları himayə edənlər də məsuliyyət daşıyırlar.
Qeyd etdiyim kimi dələduz dəstənin üzvləri öz əməllərini həyata keçirmək üçün yüksək vəzifəli şəxslərin, hətta Heydər Əliyev Fondunun adından belə istifadə edirlər. Bu onların nə qədər qorxunc bir qüvvə olduğunu, heç nədən çəkinmədiyini göstərir. Dövlət qurumlarının, Heydər Əliyev Fondunun adına ləkə vuran qruplaşmanın üzvləri tezliklə öz layiqli cəzalarını almalıdırlar!“

Şərhlər

XƏBƏR LENTİ