SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Gənc qızı cərrahiyyə masasında öldürənlərə hökm oxundu

Gənc qızı cərrahiyyə masasında öldürənlərə hökm oxundu

Tarix:

8-10-2018, 18:35

/ 1 831 dəfə oxundu.
Gənc qızı cərrahiyyə masasında öldürənlərə hökm oxundu

2015-ci ilin mart ayında “StarMed” klinikasında qeyri-müəyyən şəraitdə əməliyyat vaxtı yeniyetmə 18 yaşlı qız Leyla Mürsəlova dünyasını dəyişib

Bununla bağlı Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb

Daha sonra əməliyyatı aparmış cərrah Sənan Mehdiyev, anestezioloq Emin Quluzadə və inikanın direktoru Cəbrayıl Sultanov cinayət işinə cəlb edilib. Onların barəsində Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Həmin şəxslərin barəsində polisin nəzarətinə verilmə və ev dustaqlığı qətimkan tədbiri seçilib.

Şərhlər

XƏBƏR LENTİ