SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Yeni Yasamal” MTK-nın daha bir dələduzluğu üzə çıxdı- FOTOLAR

“Yeni Yasamal” MTK-nın daha bir dələduzluğu üzə çıxdı- FOTOLAR

Tarix:

4-03-2017, 13:06

/ 3 868 dəfə oxundu.
“Yeni Yasamal” MTK-nın daha bir dələduzluğu üzə çıxdı- FOTOLAR

Azərbaycanda mənzil tikintisi sahəsində dələduzliq hallarının qarşısı tədricən alınsa da, həmin şirkətlərin mənzil alqı-satqısı sahəsindəki dələduzluq edənlərin sayı gündən-günə artır. Şirkətlərin əhalini aldatması, dələduzluq etməsi artıq ənənə halını alıb. Bu tip dələduz şirkətlər sanki öz aralarında nə qədər insanı kim çox aldadacaq, öz kapitalını itirənləri çox xəstəliyə salacaq kimi bir yarışmaya giriblər. Həmin şirkətlərin rəhbərləri öz nüfuzlarını artırmaq, cəmiyyətdə etibar qazanmaq kimi düşüncələrdən çox uzaqdırlar.
Onlar insanları aldatmaqla, cinayət törətməklə varidat sahibi olmaq istəyirlər. Bu cür dələdüzların qurbanına çevrilənlərdən biri də, Binəqədi rayonu, Ə. Naxçıvani küçəsi 24, mənzil 116, ünvanında yaşayan, təqaüdçü Yunis İsmayıl oğlu Məmmədovdur.
yasamal
Müraciət edən Y.Məmmədov qeyd edib ki, təxminən 2016-cı il noyabrın 26-da internet vasitəsilə “Yeniəmlak.az” ev-alqı satqı saytında “Yeni Yasamal” MTK-ya məxsus Y.Yasamal yaşayış massivi M. Xiyabani küçəçisində 32000 AZN-ə 59 kv metrlik birotaqlı yeni tikili mənzilin Sabir adlı maklerin səhifəsində satiş elanını görüb.
Həmin tarixdə evə baxmaq məqsədi ilə Y.Məmmədov makler Sabirlə mobil telefon vasitəsilə əlaqə saxlayıb:
“Makler Sabir həmin mənzilə baxmaq üçün məni və qızımı “Yeni Yasamal” MTK-ya məxsus binanın komendantı Əzizağanın yanına yolladı. Biz həmin ünvanın həyətində təqribən 55-60 yaşlarında, kök, ortaboy görkəmli Əzizağa adlı şəxslə görüşdük. O,artıq makler Sabirlə əlaqə saxlamışdı. Bizim mənzilə baxmağa gəlməyimizdən xəbərdar idi. Əzizağa bizə həmin mənzilin satıldıgını söylədi. Mən dərhal makler Sabirə zəng edib, həmin mənzilin satıldığını söylədim. Makler Sabir təəcübləndi ki, necə yəni ev satılıb? Bildirdim ki, bəli, satılıb. O, bizə Nicat Neman oğlunun telefon nömrəsini verib onunla əlaqə saxlamaq üçün telefon nömrəsini verdi. Bildirdi ki, satılmaqda olan başqa mənzillər də var.
yasamal-1
Mən Nicat Neyman oğlu ilə telefon vasitəsi ilə əlaqə saxladım. Nicat özünü həmin binanın nəzarətçisi və binanın sahibi C.Alışovun yaxını kimi təqdim etdi. Dedi ki bu binada münasib qiymətə başqa bir mənzil satılır. Beləliklə, o bizə eyni binanın 2-ci bokunda 2-ci mərtəbədə 66 kv metrlik 126 saylı mənzilə baxmağı bizə təklif etdi. Hələ üstəlik bildirdi ki, mənzilin sahibi dəyərindən 2 qat aşağı qiymətə əlim yandı da satır. Mənlizə baxıb, bəyəndik. Lakin mənzilin pəncərəsi bərbad vəziyyətdəydi. Üstəlik giriş qapısı da yox idi. Bununla bağlı Nicata iradımı da bildirdim. O isə bildirdi ki, şirkətin qoyduğu qapılar bərbad olduğu üçün özünüz qoymalı olacaqsiniz. Sonra isə mənə yenidən zəng edərək bildirdi ki, evi bəyəndinizsə, orada heç kimlə əlaqə saxlamayın. Mən sizi birbaşa mənzilin sahibi Mehtiyev Mehti Aydın oğlu ilə tanış edəcəm.
yasamal-2
O, Hacıdır. Cox dürüst və gözəl insandır. Sadəcə, Hacı Mehtiyə pul lazım olduğundan evini dəyər-dəyməzə satır. Nicat onu da əlavə etdi ki, evi alası olsanız, mənə də şirinlik verərsiniz. Hələ üstəlik, bizə Mehtiyev Mehti Aydın oğlu ilə əlaqə saxlamaq üçün telefon nömrəsini də verdi. Mən və qızım ev sahibi Mehti ilə zəngləşib 4 cü mikrorayonda “Qızıl Tac” Şadlıq Sarayinin yanında, onun evinin önündə görüşdük. Mehti Aydın oğlu Mehtiyev bizə həmin mənzilin ona aid olduğuna dair müqavilə və şirkətə borcu olmadığına dair maliyyə arayışı təqdim etdi. Şəxsiyyət vəsiqəsi də üzərindəydi.elə oradaca dedi ki, evi 42 000 AZN-ə almışam.
yasamal-3
Xaricə yaşamağa köçürəm. (Birinci dəfə bizə evi yalandan satma səbəbi, uydurduğu nağıl bu olmuşdu). Vaxtım cox azdır. Bu səbəbdən evimi dəyərindən çox aşağı qiymətə 28 000 AZN-ə satmağa məcburam. Biz Mehtiyə evin qapısının niyə olmamasını soruşduq. Cavab verdi ki,ev yiyəsiz qalıb ona ğörə. Nicata tapşıraram qoyar. Biz isə 15 000 ABŞ dollarını Mehtinin sözü ilə 27 000 AZN-ə çevirərək, ona gətirdik. Bildirdim ki, min bir əzab-əziyyətlə, sağlamlığım bahasına kasıbçılıqla 30 ildən artıq yığdığım pulu, dörd balamın və həyat yoldaşımın boğazından kəsərək, borc xərclə ancaq toplamışam.
Mehti razılaşdı. Guya bizə “mərhəmətlik” göstərən “Hacı” Mehti dedi ki, evin sənədləşməsi və digər maklerlərə veriləcək pul da mənlikdi amma evi dəqiq alacaqsınızsa, mən evi satışdan dayandırım. Biz razılaşdıq. Onu da xüsusi ilə qeyd etdim ki, ödəyəcəyimiz pulu bəlkə sizə dollarla verək. Lakin o, pulu manatla istədi. Sonra da xahiş etdi ki, öncədən ona 2 ya 3 000 AZN sənədləri rəsmiləşdirmək üçün verim. Dedi ki, alqı-satqı Biləcəridəki “Yeni Yasamal” MTK-nın Baş ofisində olacaq. Narahat olmayın”.
yasamal-mehti
Y.Məmmədovun sözlərinə görə,.2016-ci il noyabrın 26-da təxminən səhər saat 11-12:00 radələrində o və qonşusu M. Mehtiyevlə ilk dəfə görüşdükləri yerdə görüşməyə gediblər:
“Qonşum öz avtomobilində oturaraq məni gözlədi. Mehti ilə 4 cü mikrorayona “Qızıl Tac” Şadlıq Sarayının yanında, onun evinin önündəki dayanacaqda görüşərək 2 000 AZN-ni Mehtiyevin oğluna verdim. Mehtiyev bildirdi ki, artıq mən şirkətdə imtina ərizəsi yazmışam. Sabah satışı həyata keçirə bilərik. Təbii ki, satış şirkətin ofisində olacaq. Onu da əlavə etdi ki, ofis Yeni Yasamal yaşayış massivi Xiyabani küçəsində – düz mənim aldığım evin həyətində yerləşir. 2016-cı il noyabrən 29-da saat 15.00 radələrində həmin ünvanın qarşısında görüşərik. Mən, qızım və yoldaşım həmin ünvanda Nicat Neman oğlu və M.Mehtiyevlə görüşdük.
Bizi həmin ünvana qonşum və oğlum Fuad gətirmişdilər. Nicatla biz növbəti dəfə mənzilə baxmağa qalxdıq. Nicat canfəşanliq edərək deyirdi ki, gələcəkdə mənzildə nə dəyişiklik etmək istəsəniz mən sizə köməklik edəcəm. Bundan sonra isə məndən yenidən elavə işlər üçün- evin işıq və suyunun çəkilməsi üçün şirinlik olaraq 200 AZN istədi. Mənsə ona 150 AZN verdim. Həmin ünvanın yaxınlığında “Gürcü” kafesi vardı. Ofis bağlı oldugundan və “Yeni Yasamal” MTK-nın sədrinin müavini Habil Fətəliyev orada olmadığından, “Gürcü” kafesində onu gözləməyə dəvət etdi. Təxminən 2 saat orada gözlədikdən sonra Hacı Mehti bizi şirkətin Biləcəridəki baş ofisinə dəvət etdi”.
O, deyir ki, həmin vaxt özünü səhətimlə əlaqəli çox pis hiss etdiyimdən həkimə getməli olub. Hacı Mehti isə onları tələsdirərək bildirib ki, vaxtım çox azdır, xahiş edirəm, satışı bu gün reallaşdıraq :
“Yoldaşım və qızım məcbur olub mənsiz “Hacı” Mehtinin maşınında şirkətin Biləcəridəki baş ofisinə getdilər. Baş ofis Biləcəridə “Cənnət bağı” ilə yanaşı hündür mərtəbəli yeni tikili binanın 9-cu mərtəbəsində yerləşirdi. Bunu isə biz aldandıqdan sonra öyrəndik. Yenidən “Hacı” Mehti Habil Fətəliyevlə telefonla əlaqəsi saxladı. Telefon danışığından sonra “Hacı” Mehti qara rəngli “HUNDAİ” markalı maşınını “Cənnət bağı” restoranına sürüb, bildirb ki, şirkətin “Yeni Yasamal” MTK-nın sədrinin müavini Habil Fətəliyev bizi orada gözləyir. Yoldaşım və qızım etirazlarını bildiriblər. Bəyəm şirkət buradadir?
“Hacı” Mehti cavabında “sizin üçün nə fərqi var? Yeni Yasamal MTK –nin səlahiyyətli nümayəndəsi Fətəliyev Habil burdadır” deyib. 15 nömrəli şüşəli köşkdə oturublar. Fətəliyev qızımın şəxsiyyət vəsiqəsini alaraq, müqavilə və maliyyə arayışını oradaca doldurub. Müqavələni qizima təqdim etdikdən sonra “Cənnət bağı” restoranından ayrılıblar. 25 000 AZN-ni maşında “Hacı” Mehti sayaraq, qızımdan alıb. “Hacı” Mehti pulu götürüb maşından düşərək Habilə şirinlik vermək üçün köşgə gedib. Şirinliyi verib qayıdarkən maşında bildirib ki, it oğlu Habilə əlavə olaraq 1 000 AZN verdim.
yasamal-nicat
Sonra isə o, qızımdan özünə aid olan müqaviləni alıb cirıb. Təsadüfən qızım o müqaviləni telefona çəkmişdi. Qızım “Hacı” Mehtidən soruşub ki, mənim müqaviləm 29.11.2016-cı il tarixdə yazıldıgı halda nəyə görə müqaviləyə 19.12.2010-cu il tarix yazdırmısız? Siz nə səbəbdən müqaviləni 6 il önçəki tarixə yazdınız? Mehti isə cavab verib ki, o şirkətin öz işidir, narahatçılığa səbəb yoxdur. Guya harasa az faiz ödəsinlər deyə, belə edir. Qızım soruşub ki, siz 27 000 AZN aldığınız halda nə səbəbdən müqavələyə 24 000 AZN yazmısız? Cavabında “Hacı” Mehti çox əsəbləşərək: “Mən başa düşmədim sizə ev lazımdır, yoxsa, sənəd? Mən it oğlu itə, yəni Habilə evin rəsmiləşdirməsi üçün az pul verim deyə. O əclaf çox gözəl bilir, mən bu evi neçəyə almışam və neçəyə satıram. Bu qədər zərərlə satdıgım halda məndən faiz istəməyə utanmır. Mənim malım Qusar yolunda gömrükdə qalıb. Axşam yola çıxmalı olacam. Mallarımı gömrükdən çıxartmalı olacam. Mən nə hayda, bunlar nə hayda”- deyib”.
Y.Məmmədov qeyd edib ki, bir neçə gün əvvəl Mehti evi satanda isə pula ehtiyacının səbəbini tamamilə başqa cür demişdi. Bundan sonra qızı və yoldaşı metronun “İnşaatçılar” stansiyasında M.Mehtiyevin maşınından eniblər. şikayətçə deyir ki, mənzili alandan 1 ay sonra qızı tanış-bilişlərdən həmin bina haqqında xoşagəlməz söz-söhbət eşidib. Ona deyiblər ki, bu binayla bağlı dələduzluq halları var:
“Sosial şəbəkələr vaitəsilə “Yeni Yasamal” MTK-nın fəaliyyəti barəsində Kütləvi İnformasiya Vasitələrinin və ictimaiyyətin rəylərini öyrənməyə çalışdım. “Yeni Yasamal” MTK-nın ictimaiyyətdən gizli qalan dələduzluqlarını, cinayət əməllərini, vətəndaşların narahatçılığını “Azadlıq Radiosu”nun, “Meydan” TV-nin, “Azadlıq” qəzetinin və “Gununsesi.info” saytının obyektiv araşdırması və işıqlandırması nəticəsində mən dürüst və acı həqiqəti öyrəndim.
Dərhal qızım “Hacı” Mehtiyə telefonla zəng edərək, onların haqqında dələduzluq kimi xoşagəlməz halların olmasının eşitdiyini və çox narahat olduğunu bildirib. “Hacı” Mehti mədəni surətdə soyuqqanlılıqla onu sakitləşdirərək, deyib ki, sizin eşitdiyiniz hallar keçmiş zamanda olub. Həmin insanlar artıq cəzalandırılıb. Hətta xüsusilə qeyd edib ki, narazı və aldanan vətəndaşlar ölkə başçısı tərəfindən mənzillə təmin edilərək, kompensasiya alıblar.
Hətta, guya əsəbləşərək “Siz nə danişırsız xanım, indiki dövrdə elə şey etmək olar? Camaat min bir əziyyətlə pul qazanır. O boyda haram pulu yemək olar? Mən belə şeyləri birinci dəfədir sizdən eşidirəm. Bu ev mənim – Mehtiyev Mehti Aydın oğlunun olub. Mən də sizə satmışam, vəssalam. Qapınızı qoyub təmirə başlayın. Başınızın altına balış qoyub tam rahat yatın. İnşaallah, martda havalar istilənəndə yavaş-yavaş təmirə başlayarsınız” deyib.
Hər etimala qarşı bir daha xəbərin doğruluğunu Nicat Neman oğlu ilə dəqiqləşdirmək üçün telefon əlaqəsi yaratdım və Nicatda Mehtiyevin dediklərini eyni ilə sözbəsöz təsdiqlədi. Bundan sonra bir az toxdadıq”.
Hətta, bundan sonra Y.Məmmədov mənizlə dəmir qapı da sifariş edib. 2017-ci yanvarın 15-də qapını qoymaq üçün həmin ünvana yollanandaisə binanın komendantı Əzizağa bazar günü və rəhbərliyin orada olmadığını bəhanə edərək, qapını mənizlə aparmağa icazə vermir. Deyir ki, həftəiçi gəlib qoyarsız. Lakin bu hal bir neçə dəfə təkrarlnır. Yanvarın 18-də ev sahibi kimi yenidən ustalarla qapını qoymağa gedir. Lakin bu dəfə də maeə ilə üzləşir: “Bu dəfə də icazə verilmədi. Dedilər ki, gözləyin rəhbərlik məhkəmədən gəlsin icazə versin, sonra qoyarsız qapınızı. 2 saatdan sonra rəhbərlik dedikləri Cahangir Alışovun müavini Habil Fətəliyev gəldi. Qeyd edim ki, 2015-ci ildə Meydan TV-nin apardığı bütün çəkilişlərdə açıq-aydın görünür ki, Habil Fətəliyevburada vəkil vəzifəsini icra edir. H. Fətəliyev gəldikdən təxminən 30 dəqiqə sonra Əzizağa mənə yaxınlaşıb dedi ki, 200 AZN ver, gözümü “yumum”, get qapını qoy. Artıq əsəbləşib, tam hövsələdən çıxdım. Orada özünü C.Alışovun qardaşı oğlu kimi təqdim edən Elşad adlı şəxs yaxınlaşıb bildirdi ki, 200 AZN yaxşı qiymətdir. Razılaş, qapını qoydur. Dedim ki, axı nəyə görə, sizə 200 AZN verməliyəm? Görməli olduğunuz işi görürəm, öz mənzilimdir, özüm bilərəm nə edirəm. Onda Habil dediki, gözləyin sədrdən icazə alaq. Yenidən 2 saat gözlədikdən sonra Habil mənə cavab verdi ki, sədr icazə vermir.
Ertəsi günü oğlum Fuad və qonşumuz Emillə yenidən həmin binaya getdik. Orada oğlumla Emil Habillə mədəni formada söhbət etdilər. Elşad yaxınlaşıb təklif etdi ki, ağsaqqal, 1500 manat ver, müqaviləyə təmirə buraxılmaq ücün əlavə möhür vurdurum. Yəni rəsmi icazə. Sonradan mən Elşad, Habil, oğlum Fuad, qonşum Emil binanın yanındakı ofisə keçdik. Qəti etirazımı bildirdim ki, mən bu firildaq evi istəmirəm. Artıq mənə və hamıya sizin dələduz əməlləriniz məlumdur! Qəti bildirdim ki, mənim 27 000 AZN-ni qaytarın, evinizi istəmirəm! MTK-nin sədr müavini H. Fətəliyev çox arxayınca dedi ki, narahat olmayın, bizim müqaviləmizdə də göstərilib ki, əgər mənzilə alıcısının etirazı varsa, yaxud mənzildən imtina edirsə, onda bir ay müddətində həmin məbləg tam qaytarılır. Habil mənə qətiyyətlə söz verdi ki, biz rəhbərlik olaraq, 1 aydan da tez yəni ki, fevral ayının əvvəllərində pulunuzun tam məbləğini problemsiz geri ödəyəcəyik. Qətiyyən narahat olmayın. Habil xüsusilə qeyd etdi ki, ağsaqqal, sənə 24 000 AZN pul qaytaracayıq. Qalan 3 000 AZN-i M.Mehtiyevdən alarsınız. Ona inanıb evə gəldim. Olanları ailə üzvlərimə də çatdırdım.
Sonradan Mehti ilə əlaqə saxlayıb, Habilin dediklərini çatdırdım ki, 24 000 AZN-i bizə MTK ödəyəcək, 3 000 AZN-i isə sən ödəməlisən M.Mehtiyev bildirdi ki, pulun hamısını Habilə vermişəm, get, ondan al. Dedim ki, axı pulu sənə vermişəm, onda heç Habili tanımırdım da. Mehti dedi ki, məni bir daha narahat etmə, özünüzdə gördünüz ki, pulu gözünüzün önündə Habilə vermişəm”.
Aldadıldığını görən Y.Məmmədov M.Mehtiyevə bildirib ki, başqa yol qoymadığınız üçün hüquq-mühafizə orqanlaına şikayət edəcək. M.Mehtiyev isə istehza ilə cavab verir ki, get nə istəyirsən et. Carəsiz qalan Y.Məmmədov Habilə zəng edib baş verənləri demək istəsə də, sözügədən şəxs telefonlarını açmır. Yalnız bu zaman anlayır ki, dələduzlarla üzləşib:
“Artıq əmin oldum ki, peşəkar dələduzlara rast gəlmişəm. Çünki, 2016-ci il noyabr ayının sonunda ev alqı-satqısı baş tutanda bu mütəşəkkil, səriştəli, cinayətkar qrup (Sabir, Nicat, Əzizağa, Mehti, Habil, Elşad) bizi mədəni, sakit, mülayim qarşılamışdı. Biz onların dələduz faktlarını aşkar etdikdən sonra sifətləri dəyişdi. Sonra isə öz günahlarını bir-birinin üstünə ataraq, hətta bir-birlərini yanımızda təhqir də edirdilər. daha sonra isə hədə-qorxuya, hərbə-zorbaya keçdilər. İdman cüssəli adamları üstümüzə salaraq, məni öldürməklə hədəliyir, söyüdülər. Bu oyuna bizi salan “Hacı” Mehti, şirkətin sədr müavini Habil Fətəliyev, Elşad və bu mafiyanın digər dələduz əlaltıları nə bu problemi həll etdilər, nə də verdikləri sözü tutdular. Qərara gəldim ki, birbaşa Yeni Yasamal MTK-nın sədri C. Alışovla əlaqə yaradıb, onunla görüşüm.
25.01.2017 ci il tarixində təxminən günorta saatlarında şirkətin Biləcəridəki baş ofisini çox çətinliklə tapdım. Ofis bizi aldadıb pul aldığı “Cənnət bağı”nın yaxinlığında hündür yeni tikili binanın 9-cu mərtəbəsində yerləşirdi. Qapını döydük. Orta yaşlı bir nəfər çaşqınlıqla qapını açdı və bizi içəri buraxmaq istəmədi. Məcburi qapının ağzında dayandıq. Özünü C.Alışovun yaxın dostu kimi təqdim edən Elçin adlı şəxs yaxınlaşaraq içəri dəvət etdi, otağına apardı. Orada qısa söhbət əsnasında mən, yoldaşım, oğlum və qonşumun yanında konkret “Hacı” Mehti, Habil Fətəliyev, Elşad, komendant Əzizağa və Nicatın etdikləri dələduzluğu bildirdim. Söhbət bitməmiş Habillə Elşad təngənəfəs otağa daxil olaraq, salam vermədən təəcüblə soruşdular ki, bu ofisi hardan tapmısınız? Kim sizə buranın ünvanını verib? Təsəvvür edin ki, bunlar pul qaytarmaq əvəzinə quldur yuvasını necə tapmağımızdan çox narahat oldular. Cavabımda bildirdim ki, elə sizin bu çirkin oyunun şəriki “Hacı” Mehti verib. Əlavə etdim ki, hətta pul qaytarmaq ərəfəsində, Mehti Habilin ünvanına “it oğlu it” ifadəsini də işlədib. Orada Elçin adlı şəxs Habilin və Elşadın sözünü kəsərək, qətiyyətlə söz verdi ki, narahat olmayın, bu məsələni şəxsən dostum C.Alışova deyəcəm və sizin pulunuz 100 faiz geri qaytarılacaq, qətiyyən, narahat olmayın. Hətta Elçin mənim mobil nömrəmi götürüb mütləq bu axşam telefon əlaqəsi saxlayacağını da vurğuladı. Dedi ki, bu iş müsbət tərəfə həll olunacaq..
Biz yenə də sadəlövh uşaq kimi, bu səriştəli, peşəkar dələduzlara asanlıqla inandıq. Ancaq buna baxmayaraq, indiyənədək də, problemimizi həll etməyiblər. Əksinə, onlar bu günədək də müxtəlif bəhanələrlə dələdduzluq etməkdə davam edirlər. Hətta, müxtəlif metodlarla əl ataraq, pulumuzu verməkdən yayınırlar”.
Y.Məmmədov deyir ki, bunlardan bezərək, çarəsiz qalıb 102 Çağrı Xidmətinə və Korrupsiyaya qarşı Mübarizə İdarəsinə (161) zəng edərək şikayət edib:
“Bildirdim ki, bu mütəşəkkil banda dələduzluq yolu ilə 30 ildən artıq müddətdə ailə üzvlərimin illər boyu topladığı 27 000 AZN-i mənimsəyiblər. Xahiş etdim ki, bu dələduzlar cəzalandırılsın və mənə dəymiş ziyan onlar tərəfindən ödənsin. Çünki, bu quldur dəstəsinin heç kimdən çəkindiyi, qorxduğu yer yoxdur. Mənə məlum olmayan səbəblərdən bu quldur dəstəsi illər boyu cinayətlər törədərək, indiyədək nə cəzalanıblar, nə də ki, bu çirkin, dələduz əməllərindən əl çəkiblər.
Əksinə, kasıb təbəqədən pulları dələduzliq yoluyla mənimsəyib, dövlət vergisindən yayınıb, dövlətə də külli mirdarda ziyan vurublar. Bu kimi hallar təxribat xarakteri daşıyır, bu dələduzlar öz cinayət əməlləri ilə bilərəkdən hər yerdə rüşvət verərək, öz cinayətlərini ört-basdır edərək bizi dövlətdən bilə-bilə narazı salırlar. Belələri cəzalandırılmalıdır ki, digər quldurlara da dərs olsun ki, Azərbaycan Respublikasında qanunlar işləyir və hər kəs qanun qarşısında bərabər hüqüqludur! . .. ..
Əminəm ki, şikayət ərizəm Sizə təqdim olunduqdan sonra, bu səriştəli, təcrübəli, peşəkar dələduzlar dərhal lazımınca cəzalanacaq. Xahiş edirəm, bu dələduz, mütəşəkkil banda üzvlərinin ölkədən çıxışına dərhal qadağa qoyulsun. Bizim qeyri-rəsmi məlumatımıza görə bu banda üzvləri, bizə məlum olmayan metodlarla ölkədən təcili qaçmaq istəyirlər. Çünki, bizim kimi aldanılmış yüzlərlə insanların külli miqdarda vəsaiti hesabına xaricdə yaşamaları bunlar üçün çox asandır.
Öncədən Sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm, ümid edirəm ki, məktubum Sizə catandan sonra bu məsələni işıqlandıraraq hüquq-mühafizə orqanlarından bu bandaya təpki verilməsinə yardımçı olacaqsınız.
Müraciət etdiyim bütün media nümayədələrə bir daha xahiş edirəm ki, mənim və ailəmin düşdüyü bu faciəvi vəziyyətə biganə qalmayaraq, səthi yanaşmayaraq, bizim bu işimizə obyektiv və operativ baxılmasına yaxından köməklik edəsiniz”.

Gununsesi.info

“Yeni Yasamal” MTK-nın daha bir dələduzluğu üzə çıxdı- FOTOLAR
“Yeni Yasamal” MTK-nın daha bir dələduzluğu üzə çıxdı- FOTOLAR
“Yeni Yasamal” MTK-nın daha bir dələduzluğu üzə çıxdı- FOTOLAR
“Yeni Yasamal” MTK-nın daha bir dələduzluğu üzə çıxdı- FOTOLAR
“Yeni Yasamal” MTK-nın daha bir dələduzluğu üzə çıxdı- FOTOLAR
“Yeni Yasamal” MTK-nın daha bir dələduzluğu üzə çıxdı- FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ