SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nərimanovda növbəti “Abad həyət” istifadəyə verildi

Nərimanovda növbəti “Abad həyət” istifadəyə verildi

Tarix:

8-10-2018, 14:40

/ 1 337 dəfə oxundu.
Nərimanovda növbəti “Abad həyət” istifadəyə verildi

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüs və dəstəyi ilə “Abad Həyət” layihəsi çərçivəsində Nərimanov rayonunda, Ə.Əbdürrəhimov küçəsi 120a, 124, 126 və Akademik H.Əliyev küçəsi 113, 115 ünvanlarında yerləşən məhəllələrdə işlər yekunlaşıb.

xalqxeber.az-ın məlumatına görə, bu ərazilərdə yerləşən binaların dam örtükləri, zirzəmiləri, fasadları təmir edilib, binaların giriş qapıları, blokların pəncərələri yenilənib. Həyətdə xeyli sayda ağac əkilərək geniş yaşıllaşdırma işləri aparılıb. Həmçinin sakinlər üçün oturacaqlar, öhbətgahlar, uşaq oyun meydançaları, əyləncə avadanlıqları quraşdırılıb.

Layihə çərçivəsində rayon ərazisindəki digər həyətlərdə də xeyli işlər görülüb, yaşıllıqlar bərpa edilib, həyətlərdə abadlaşdırma işləri aparılıb.

Heydər Əliyev prospekti 80/1 və 80/2 ünvanlarında Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən növbəti “Abad Həyət”də işlərin icrası sürətlə davam edir, yekunlaşmaq üzrədir və tezliklə sakinlərin istifadəsinə veriləcək.
Nərimanovda növbəti “Abad həyət” istifadəyə verildi
Nərimanovda növbəti “Abad həyət” istifadəyə verildi
Nərimanovda növbəti “Abad həyət” istifadəyə verildi
Nərimanovda növbəti “Abad həyət” istifadəyə verildi

Şərhlər

XƏBƏR LENTİ