SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hacıbala Abutalıbovun qohumu meydan sulayır - Binədə milyonlarla manatlıq ərazini zəbt edib

Hacıbala Abutalıbovun qohumu meydan sulayır - Binədə milyonlarla manatlıq ərazini zəbt edib

Tarix:

6-10-2018, 14:31

/ 1 591 dəfə oxundu.
Hacıbala Abutalıbovun qohumu meydan sulayır - Binədə milyonlarla manatlıq ərazini zəbt edib

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş başçısı Hacıbala Abutalıbovun və yaxın qohumlarının Bakının müxtəlif ərazilərində torpaq sahələri və milyon manatlarla dəyəri olan obyektləri olduğu kimsəyə sirr deyil. Hurriyyet.org-un oxucularına təqdim etdiyi bu videoda göstərilən ərazi isə H.Abutaılova aid olduğu çoxlarına bəlli olmayan torpaq sahələrindədir.

Binə atçılıq qəsəbəsində, Hava Limanının arxasında yerləşən və hündür hasarla əhatəyə alınmış bu ərazinin Hacıbala Abutalıbovla qohumu, keçmiş köməkçisi Cəfərov Vüsal İdris oğluna məxsus olduğu bildirilir.

Sakinlər deyir ki, sözügedən torpaq sahəsi təxminən 6,5 hektardır. Ərazi keçmiş BŞİH rəhbərinin qohumu Vüsal Cəfərov tərəfindən hasarlanıb. Hasar hündür oldğundan içəridə nə tikildiyi sakinlərə aydın deyil. Lakin o məlumdur ki, tikinti işləri BŞİH-in vəsaiti, texnikası və işçi qüvvəsi hesabına aparılıb. Bu iddia ilə çıxış edən sakinlərin sözlərinə görə, V.Cəfərov H.Abutalıbovun ən etibar etdiyi ortaqlarından hesab olunur. Bu baxımdan, birinci ona arxalanaraq xüsusən də Suraxanı rayonunda bir çox torpaq sahələrini qeyri-qanuni yollarla ələ keçirib, hətta qanunsuz olaraq çoxsaylı söküntü işlərinə də göstəriş verib. Hansı ki, bunun nəticəsində onlarla ailə evsiz qalıb.

Videodan da göründüyü kimi, ucu-bucağı görünməyən torpaq sahəsinə bir neçə yerdən qapı qoyulub. Bu isə, ərazinin ya bir neçə hissəyə bölünərək satılacağını, ya da içəridə müxtəlif tikintilər aparıldığını deməyə əsas verir.

Hər halda, mövzu ilə bağlı araşdırmamız davam edəcək. //hurriyyet.org\\

Şərhlər

XƏBƏR LENTİ