SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prezident ev verdi, sənədini vermirlər

Prezident ev verdi, sənədini vermirlər

Tarix:

6-10-2018, 14:27

/ 1 514 dəfə oxundu.
Prezident ev verdi, sənədini vermirlər

Məmur laqeydliyindən, biganəliyindən həmişə danışılsa da,yazılsa da, bir çox məmurlarımız, hətta yüksək çinli məmurlar bu xislətlərindən əl çəkmək niyyətində deyillər. Ölkədə demək olar ki, hər addımda vətəndaşlarımız məmurların biganəliyindən, laqeydliyindən əziyyət çəkirlər. Hətta Qarabağ əlilləri, şəhid ailələri belə məmur laqeydliyinin əziyyətini çəkməkdədirlər. Halbuki, cənab prezident dəfələrlə buyurub ki, məmurlar xalqın xidmətçiləridirlər. Amma xidmətçilər yerlərində olmadıqları üçün xalqa deyil, məhz özlərinin varlanmasına xidmət edirlər ki, bu da narazı kütlənin artmasına gətirib çıxarır. Əslində, həmin məmurların məqsədi dolayısı ilə narazı kütləni ölkə başçısından narazı salmaqdır ki, buna da göz yummaq olmaz.

“Prezidentin siyasətinə yerlərdə bəzi rüşvətxor, harınlamış məmurlar tərəfindən əməl olunmur”

Məmur laqeydliyindən əziyyət çəkən vətəndaşlardan biri, birinci qrup Qarabağ əlili Vüqar Xəlilov “Hürriyyət”ə bildirdi ki, Sumqayıt şəhəri, 12-ci mikrorayonun Çerkassi küçəsində yaşayır: “Burada 96 mənzilli 12 mərtəbəli bir bina əlil və şəhid ailələrinə verilib. Bizim binamıza gələn su xətti bir neçə gün olar partlayıb. Dəfələlərlə partlayıb, su idarəsindən çüy vurub, gediblər. İndi bu dəfə partlasa da, çüy vurmağa qoymadıq. Çünki turbalar dəyişilməlidir. Bu bina cənab prezidentin bizlərə olan qayğısıdır. Respublikada hamı bilir ki, cənab prezident əlilərə, şəhid ailələrinə daim qayğı göstərib. Lakin onun siyasətinə yerlərdə bəzi rüşvətxor, harınlamış məmurlar tərəfindən əməl olunmur. Elə bil ki, bilə-bilə prezidentə, dövlətə qarşı hörmətsizlik edirlər. Prezident bunları təyin edib ki, camaata xidmət etsinlər. Amma bu vəzifələr elə bil bunlara atasından qalıb. Yəni qısası, laqeydlikdir, şikayətimizə baxan yoxdur. Turbanı svarka ilə düzəltdilər. Bina 3 blokludur, bir blokun altından suyu çəkdilər, iki blokun altında isə su qalıb. “Feysbuk”da paylaşdığım videoda görünür, su qalan blokların altında kabellər var, ora su düşsə, bütün binanın kabel, işıq sistemi məhv olacaq. Dəfələrlə icra hakmiyyətinə zəng etmişik, orada olmuşuq. Problemi Sumqayıt Su Kanal İdarəsi bilir. Sumqayıt şəhəri bir nasosun əlində aciz qalıb. Aşağının suyunu çəkmək üçün bir nasos tapa bilmirlər. Sizdən xahiş edirik, istəyirik bu problemi işıqlandırasınız. Qoy, görsünlər ki, harınlamış məmurlar bizləri necə incidirlər, tapşırılan işlərlə məşğul olmurlar”.

“Yerlərdə vəzifə tutan insanlar yerlərində deyillər”

V. Xəlilov qeyd etdi ki, “feysbuk”da paylaşdığı videoya Sumqayıt İcra Hakimiyyətindən kimsə baxıb: “Sumqayıt Su Kanal İdarəsinin müdiri və Mənzil Kommunal İdarəsinin müdiri ilə neçə gündür danışıram, laqeyd yanaşırdılar. Binanın vəziyyəti “feysbuk”da yayımlanandan sonra müavinlərdən kimsə gəlib baxıb, adamlarını göndəriblər. Həmin adamlar özümüzlə birləşib, birtəhər nasosu bir neçə saatdan sonra xoda salmışıq, bir az təmizləyiblər. Amma nə dərəcədə problemi həll edəcəklər, sonra biləcəyik. Bizim problemimiz çıxanda kiminsə ayağına getməməliyik. Yerlərdə vəzifə tutan insanlar yerlərində deyillər. Biz laqeydliklə rastlaşırıq. Bu problem süni yaradılmış bir şeydir. Yəni laqeydlik, biganəlik var”.

““Azəristiliktəchizat” bir kub isti suya görə 1 manat 92 qəpik pul istəyir”

“Tək bu, problem deyil, başqa problemlərimiz çıxanda da laqeydliklə rastlaşırıq. Cənab prezident 2012-ci ilin 24 dekabrında ad günündə bizim binanın açılışını edib. Onda bizim isti suyun pulu hər kuba görə 40-50 qəpik idi. Amma “Azəristiliktəchizat” isti suyun qiymətini 500% qaldırdı. İndi “Azəristiliktəchizat” bir kub isti suya görə 1 manat 92 qəpik pul istəyir. Belə bir hallarla rastlaşırıq, lakin yerlərdə sözümüzü eşidən yoxdur. Bu məsələ ilə bağlı bir neçə ay əvvəl “Azəristiliktəchizat”ın sədri Yaşar Həsənovun yanına getdik ki ay Yaşar müəllim, biz pulu necə ödəyək? Heç bir yerdə 500% qiymət qalxmır, axı. Heç olmasa 100% qaldırın. Yaşar müəllim dedi ki, Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi bizə səlahiyyət verib: “Biz də daxili sərəncamla qiyməti qaldırırıq. Bu hələ son deyil. Bizə isti syun mayası 3 manatdan baha başa gəlir. Biz bundan sonra da qiyməti qaldıracağıq”. Olmayan bir şeylə rastlaşırıq. Mən pensioner adam o pulu necə ödəyim?”,-deyə Qarabağ əlili sual etdi.

“Gəlini qeydiyyata salmağa qoymurlar”

V. Xəlilov onun da nəzərə çatdırdı ki, prezident tərəfindən onlara verilən evlərin sənədini vermirlər: “Ancaq cənab prezident evi verəndə deyib ki, sizə təmirli, rahat veririk, ömrünüzün axırına kimi yaşayın. Bununla bağlı dəfələrlə müraciət etmişik, ancaq sənəd vermirlər. Deyir, yox, “bu dövlət evidir, yaşamaq istəyirsən, get yaşa”. Əvvəl evləri verəndə çıxarış verirdilər, evdə 4 adam varsa, 4 adamın qeydiyyatı olur. Oğlum tutaq ki, böyüyüb evləndiriəm, gəlini qeydiyyata salmağa qoymurlar. Deyirlər, sənəddə 4 nəfərin adıdır. Belə şeylərlə rastlaşırıq. Bəlkə də bu məsələrdən prezidentin xəbəri yoxdur. Yerlərdə süründürməçilik yaradırlar, bizi incidirlər”.

\\hurriyyet.org\\

Şərhlər

XƏBƏR LENTİ