SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Elxan Allahverdiyev Binəqədiyə gəldikdən sonra sahibkarlara əlavə haqlar qoyulur? - İddia

Elxan Allahverdiyev Binəqədiyə gəldikdən sonra sahibkarlara əlavə haqlar qoyulur? - İddia

Tarix:

4-10-2018, 13:18

/ 1 279 dəfə oxundu.
Elxan Allahverdiyev Binəqədiyə gəldikdən sonra sahibkarlara əlavə haqlar qoyulur? - İddia

Binəqədinin başçısı dəyişildikdən sonra rayon ərazisindəki səhiyyə və təhsil işçilərindən ay ərzində haqq alınmasında da dəyişiklik yoxdur və İH-dən təhsil və səhiyyə obyektlərindən haqq toplanılması davam etməkdədir...

Bu barədə veteninfo.az-a Binəqədi rayon İH-dəki mənbələrə əsasən məlumat yayıb. Sayt yazır ki, Binəqədi rayon İH-nin yeni başçısı Elxan Allahverdiyev Xaləddin İsgəndərovu əvəz etdikdə, bir çoxları düşünürdü ki, Binəqədi rayonunda yeni abu-hava,idarəçilik sistemində mövcud olan çatışmamazlıqlar, tikinti ilə bağlı rüsvayçı halların aradan qaldırılmsında, vətəndaşların qəbulu ilə bağlı eybəcliklərdə, səhiyyə və təhsil işçilərindən qanunsuz yığılan vəsaitlər və s.məsələlər köklü şəkildə dəyişəcək. Amma görünür, yeni başçı da sələfinin yolunu davam etdirməyi üstün tutur.

Rayon İH-dən redaksiyaya daxil olan məlumatda vurğulanır ki, rayon ərazisində tikinti ilə bağlı problemlər qalmaqla bərabər, yeni başçı tərəfindən vətəndaşların bu istiqamətdə illərdi qarşılaşdıqları problemlərin aradan qaldırılmasına belə çalışılmır. Əksinə Elxan Allahverdiyev gəldikdən sonra vətəndaşlara əlavə haqlar qoyulur. İH-də rayon əhalisinin qəbulu ümumiyyətlə elə bir vəziyyətə gətirilib ki, insanlar Xaləddin İsgəndərovun atasına rəhmət oxumağa başlayıblar.

Görünür yeni başçsı fövqaladə hallar sistemindən gəldiyindən yerli idarəçilik təcrbəsinə elə də bələd deyil və bu da onun vətəndaşalarla münasibətlərin qurulmasında cidid problemlər yaradır.
İH-dən daxil olan məlumada o da iddia edilir ki, rayon ərazisindəki səhiyyə və təhsil işçilərindən ay ərzində haqq alınmasında da dəyişiklik yoxdur və İH-dən təhsil və səhiyyə obyektlərindən haqq toplanılması davam etməkdədir.

Məlumata görə, Binəqədi rayon ərazisindəki iş adamları da yeni icra başçısından narazıdırlar və yeni başçı Xaləddin İsgəndərovdan da betər iş adamların incitməkdə davam edir.

Daxil olan məlumatda iddia olunanların nə qədər həqiqət olduğun deyə bilməsək də, amma Xaləddin İsgəndərov Binəqədi rayonun başçısı vəzifəsindən kənarlaşdırılanda əhalinin sevinci, yeni başçıdan gözləntilər deyəsən puç olmağa başlayır.

Veteninfo.az

Şərhlər

XƏBƏR LENTİ