SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Qüdrət Şükürovun qardaşı da işdən çıxarıldı - GƏLİŞMƏ

Qüdrət Şükürovun qardaşı da işdən çıxarıldı - GƏLİŞMƏ

Tarix:

4-10-2018, 12:54

/ 1 766 dəfə oxundu.
Qüdrət Şükürovun qardaşı da işdən çıxarıldı - GƏLİŞMƏ

Qızına 400 minlik toy edən Qüdrət Şükürovun qardaşı da işdən çıxarıldı.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin işdən çıxarılan baş direktoru Qüdrət Şükürovun qardaşı Namiq Şükürov da vəzifəsindən azad edilib.

Bu barədə GoldNews.Az-ın redaksiyasına daxil olan məlumatda deyilir.

Bildirilir ki, Lifttəmir İstehsalat Birliyinin Temp Dövlət Müəssisəsinin Baş mühəndisi Şükürov Namiq Balaməmməd oğlu işdən çıxarılıb.

Temp Dövlət Müəssisəsindən GoldNews.Az-a bildirilib ki, hazırda N.Şükürov işdə deyil.

Qeyd edək ki, N.Şükürov “Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürovun qardaşıdır.

Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısının müavini, BŞİH başçısı səlahiyyətlərini icra edən Eldar Əzizovun imzaladığı müvafiq əmrə əsasən “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.

Məlumat üçün bildirək ki, Q.Şükürovun adı mətbuatda qalmaqallı hadisələrdə yadda qalıb. Sonuncu dəfə o, qızına 400 minlik toy etməklə gündəmə gəlmişdi.

Şərhlər

XƏBƏR LENTİ