SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “AtaSığorta” zərəçəkənin pulunu ödəmir

“AtaSığorta” zərəçəkənin pulunu ödəmir

Tarix:

3-10-2018, 16:02

/ 1 643 dəfə oxundu.
“AtaSığorta” zərəçəkənin pulunu ödəmir

“AtaSığorta” şirkəti avtomobilə dəymiş ziyana görə icbari sığorta haqqını ödəmək istəmir”.
Bu sözləri hadisədə zərərçəkənin nümayəndəsi, həm də qəza halları üzrə ekspert-hüquqşünas İlkin İbrahimov EkoNews-a açıqlamasında bildirib. O bildirib ki, hadisə 07.05.2017-cı il tarixində Hacıqabul-Horadiz yolunda baş verib. İcbari sığortası “AtaSığort”dan olan VAZ-21099 markalı 30-BF-792 dövlət qeydiyyat nömrə avtomobil icbari sığortası “Standart Sığorta”dan olan “Mercedes” 01-BR-882 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Ekspert-hüquqşünas İlkin İbrahimovun sözlərinə görə, qəzayla bağlı polis arayış təqdim edib və o arayışdan məlum olur ki, hər iki avtomobilin sürücüsü qəza zamanı günahkardır.
Bu zaman isə sığorta qaydalarına əsasən, günahkar maşının sığortası qarşı maşına dəymiş ziyanın 50 faizi həcmində sığorta kompensasiyası verməlidir.
İlkin İbrahimov hesab edir ki, “AtaSığorta” şirkəti əsassız olaraq kompensasiyadan imtina edir: “Mercedes” markalı avtomobilin sığortaçısı “Standart Sığorta” şirkəti qarşı maşın olan VAZ-21099 markalı avtomobili qiymətləndirmiş və sığorta kompensasiyası ödəmişdir. Lakin VAZ-21099-un sığortaçısı “AtaSığorta” isə qarşı maşın olan “Mercedes” markalı avtomobil üçün əsassız imtina vermişdir. Kompensasiyanı ödəmək istəmir”.
Bununla bağlı üst qurum hesab olunan Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunub, onlar isə “AtaSığorta” şirkətinin haqlı olduğunu bildirib.
“AtaSığorta” zərəçəkənin pulunu ödəmir
“AtaSığorta” zərəçəkənin pulunu ödəmir
“AtaSığorta” zərəçəkənin pulunu ödəmir

Şərhlər

XƏBƏR LENTİ