SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qarabağ qazisindən Gömrük Komitəsinə - “Adam olun, kişi olun, insan olun!”

Qarabağ qazisindən Gömrük Komitəsinə - “Adam olun, kişi olun, insan olun!”

Tarix:

3-10-2018, 14:31

/ 1 522 dəfə oxundu.
Qarabağ qazisindən Gömrük Komitəsinə - “Adam olun, kişi olun, insan olun!”

Rey Kərimoğlu: “Əlil vətəndaşının xaricdən özünə alıb gətirdiyi əlil arabasından kömrük rüsumu tutulmasına imza atanların...”

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük generalı Səfər Mehdiyev yenə “gül vurub”. Gömrük generalı DGK sədri təyin edildikdən sonra bu sektorda ciddi islahatlar apardığını, neqativ halların aradan qaldırıldığını iddia etsə də əksinə, müşahidələrimiz vəziyyətin daha da pisləşdiyindən xəbər verir.

Gömrük keçid məntəqələrindən gələn şikayətlərin ardı-arası kəsilmir. Əvvəllər şikayət subyektləri kiçik sahibkarlar idisə, indi sıravi insanların-qadınların, yaşlıların, əlillərin və uşaqların incidilməsi barədə siqnalların ardı-arası kəsilmir.

Son vaxtlar mediada yayılmış xəbərlədən görünür ki, Səfər Mehdiyevin təyinatından sonra gömrük məmurları Qarabağ müharibəsində sağlamlıqlarını itirmiş qazilərə belə rəhm etmirlər. Lakin bu iddia və ittihamlara DGK tərəfindən bir dəfə də olsun əsaslandırılmış və tutarlı cavab verilməyib.
Yeri gəlmişkən, qeyd edək ki, Səfər Mehdiyev jurnalistlər üçün çeşidli səpkili və “janrlı” layihələr həyata keçirərək guya özünü mediaya diqqət yetirən məmur kimi göstərmək istəsə də xəbər saytlarında barəsində gedən informasiyalara etinasız yanaşması onun niyyətinin qeyri-səmimiliyindən xəbər verir.
Sosial şəbəkələrdə gömrük məmurlarının rüsvayçı hərəkətlərinə dair daha bir məlumat paylaşılıb. Bu dəfə həyəcan təbilinin Qarabağ Əlilləri Təşkilatının sözçüsü, tanınmış jurnalist, qaziler.az saytının baş redaktoru, Qarabağ qazisi Rey Kərimoğlu çalıb. Rey Kərimoğlu bildirir ki, əlil vətəndaşdan tələb olunur ki, xaricdən özü üçün alıb gətirdiyi əlil arabasına görə rüsum ödənsin:

“Əlil vətəndaşının xaricdən özünə alıb gətridyi əlil arabasından kömrük rüsumu tutulmasına imza atanların, bu qanuna səs verən deputatların ölü və dirilərinin əmvatını səhər tezdən hamılıqla yad edək! Adam olun, kişi olun, insan olun!”, deyə tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlu yazır.

Qeyd edək ki, tanınmış jurnalistin postunun altından çoxlu sayda Qarabağ qazisi Səfər Mehdiyevə öz etirazlarını bildiriblər.

Bir daha xatırladaq ki, bu, gömrük məmurlarının əlillərə qarşı birinci kobud hərəkəti deyil. Təsəvvür edin ki, müharibə şəraitində olan bir ölkədə Qarabağ əlilinə qarşı belə bir hərəkətə yol verilərsə, sabah lazım gəldikdə, torpaqlarımızı erməni qəsbkarlarından azad etməyə kim gedər?

General Səfər Mehdiyevin məmurları Azərbaycan insanını dövlətdən, vətəndən, torpaqdan və nəhayət, iqtidardan soyutmaqla kimə xidmət edirlər?

MilliYol.az
Qarabağ qazisindən Gömrük Komitəsinə - “Adam olun, kişi olun, insan olun!”
Qarabağ qazisindən Gömrük Komitəsinə - “Adam olun, kişi olun, insan olun!”

Şərhlər

XƏBƏR LENTİ