SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Prokurorluq və nazirlik Yediyarovun veteran alverini araşdırır

Prokurorluq və nazirlik Yediyarovun veteran alverini araşdırır

Tarix:

3-10-2018, 14:05

/ 1 704 dəfə oxundu.
Prokurorluq və nazirlik Yediyarovun veteran alverini araşdırır

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təqdimatına əsasən Maliyyə Nazirliyinin təftiş briqadası Gədəbəydə araşdırmalarını davam etdirir.

Cumhuriyyet.net-in əldə etdiyi məlumatlara görə, sabiq icra başçısı, korrupsiya cinayətlərinə yol vermiş Ramiz Yediyarovun rayona rəhbərliyi dövrü ciddi şəkildə təftiş olunur.

Gələn son məlumatlara əsasən Ramiz Yediyarov Gədəbəyə rəhbərlik etdiyi dönəmdə gerçəkləşdirilən bütün təftişlərin nəticələri haqda rəylər ləğv olunub.

Bu isə o deməkdir ki, həmin dönəmdə rayonda aparılan bütün tikintilər, görülən işlər üzrə büdcə vəsaitlərinin hara və necə xərclənməsi yenidən təftiş edilir. Rayon sakinləri sabiq başçının qanunsuzluqlarını hiddətlə xatırlayırlar.

Deyirlər ki, Ramiz Yediyarovun təkcə Qarabağ veteranı şərəfli adını alver predmetinə çevirməsi onun həbs olunması üçün əsas ola bilər. Onların sözlərinə görə Ramiz Yediyarov 2015-ci ildə 1000-ə yaxın şəxsdən böyük məbləğlərdə pul yığaraq onlara son nəticədə saxta Qarabağ veteranı statusu verilməsinə nail olub.

Özü külli miqdarda pul qazanıb, haqqı olmayan şəxslər isə büdcədən hər ay pul almağa başlayıblar və bu gün də almaqdadırlar. Gədəbəyə ezam olunmuş təftiş qrupunun Ramiz Yediyarovun dövründə baş verimiş və bu gün də saxta veteranlıq sənədləri ilə müavinət alanlarla bağlı yoxlama aparması böyük və açıq olan cinayətin rəsmiləşdirilməsi baxımından məqsədəmüvafiq olardı.

Qeyd edək ki, Ramiz Yediyarov bu il iyunun 1-də dövlət başçısının imzaladığı sərəncamla vəzifədən azad edilib. Bundan sonra barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırmalara başlanılıb.

Ramiz Yediyarovun rayon maliyyə idarəsinin rəisi Namiq Məmmədovla birgə külli miqdarda dövlət vəsaitini təyinatı üzrə xərcləməyərək büdcəyə ziyan vurmasına əsaslı şübhələr olduğu üçün onun ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məhkəmə qərarı çıxarılıb. Ramiz Yediyarov sabiq vergilər naziri Fazil Məmmədov kadrı hesab olunur.

Onun təqdimatı ilə 2012-ci il aprelin 18-dən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. Ondan əvvəl isə Ramiz Yediyarov vergi orqanlarında çalışıb. Belə ki, 1997-ci ildən dövlət vergi orqanlarında müxtəlif ərazi idarələrinə rəhbərlik edib. Sonradan icra başçısı təyin olunanadək Bakı Şəhər Vergilər Departamentinin rəis müavini olub.

Şərhlər

XƏBƏR LENTİ