SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Azturkwood Mebel” müştəriyə necə kələk gəlir...

“Azturkwood Mebel” müştəriyə necə kələk gəlir...

Tarix:

3-10-2018, 13:27

/ 2 347 dəfə oxundu.
“Azturkwood Mebel” müştəriyə necə kələk gəlir...

“Sifariş verdiyimiz mebelin pulunu ödəsək də, 3 aydır, nə mebeli gətirirlər, nə də ki pulumuzu qaytarırlar”. Bu sözləri paytaxt sakini Səadət Məmmədova “Qafqazinfo”ya şikayətində deyib.

O bildirib ki, iyul ayında “Azturkwood Mebel” MMC şirkətindən kreditlə mebel sifariş verib. İlkin razılığa əsasən məhsulun qiymətinin yarısını - 550 manat ödəyib. Lakin müqaviləyə əsasən 25 iş günü ərzində mebelin gətirilib quraşdırılması nəzərdə tutulsa da, 3 aydır ki, şirkət prosesi yubadır:
“Telefonlarımıza cavab verilmir, ofisə gedirik, bağlı olur.Heç olmasa pulumuzu qaytarsınlar. Polisə müraciət etmişik, onlar da əlaqə saxlaya bilmir. Müqaviləyə əsasən onlar mebeli evə gətirib yerləşdirməli idi. Heç mebelə baxa da bilməmişik. Düşünürük ki, bu hal tək bizim başımıza gəlməyib, başqa qurbanlar da var”.

“Qafqazinfo” məsələylə bağlı şirkətlə əlaqə saxlayıb. Şirkətin direktoru Cəmilə Hüseynova bildirib ki, sifariş olunmuş mebel 25 gün ərzində hazırlanıb. Ancaq qarşı tərəf aylıq 100 manat kredit pulunu ödəmədiyi üçün mebel müştəriyə təqdim olunmur:

“Pulu ödəsinlər, söz verdiyimiz kimi mebeli aparıb quraşdıraq, ancaq bizi evə də buraxmırlar. Ailə polisə müraciət edib, mən də məcbur onları məhkəməyə verəcəm. Neçə vaxtdır pulun qalan hissəsini ala bilmirəm”.

Mebelin hazır şəkillərini bizə təqdim edən C. Hüseynova qapıların evdə quraşdırılacağını bildirib.
“Azturkwood Mebel” müştəriyə necə kələk gəlir...
“Azturkwood Mebel” müştəriyə necə kələk gəlir...

Şərhlər

XƏBƏR LENTİ