SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Salyanda yol tikintisinə 4,2 milyon manat ayırılıb - SƏRƏNCAM

Salyanda yol tikintisinə 4,2 milyon manat ayırılıb - SƏRƏNCAM

Tarix:

2-10-2018, 18:13

/ 1 254 dəfə oxundu.
Salyanda yol tikintisinə 4,2 milyon manat ayırılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Salyan rayonunun Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla on bir min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Şərhlər

XƏBƏR LENTİ