SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabah 32 dərəcə isti olacaq

Sabah 32 dərəcə isti olacaq

Tarix:

2-10-2018, 13:16

/ 1 178 dəfə oxundu.
Sabah 32 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb.

Bakıda və Abşeron yarımadasında oktyabrın 03-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-19, gündüz 25-29, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında

Oktyabrın 03-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz Böyük və Kiçik Qafqazın bəzi yerlərində yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoz

Oktyabrın 03-04-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Şərhlər

XƏBƏR LENTİ