SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yanacaqdoldurma məntəqələrində sürücüləri belə aldadırlar- VİDEO

Yanacaqdoldurma məntəqələrində sürücüləri belə aldadırlar- VİDEO

Tarix:

4-03-2017, 09:43

/ 2 513 dəfə oxundu.
Yanacaqdoldurma məntəqələrində sürücüləri belə aldadırlar- VİDEO

Yanacaqdolurma məntəqələrindən daxil olan şikayətlərin sayı gündən-günə artır. Ən çox şikayət isə yanacağın göstəriləndən az vurulması ilə bağlıdır.

Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin əməkdaşı ən çox nöqsanlar olan yanacaqdoldurma məntəqələrinin hansı ərazilərdə olduğunu da açıqlayıb.

Qurumdan bildirilər ki, yanacaqdoldurma məntəqələri ilə bağlı narazılıqlar, şikayətlər səngimir. Bu şikayətlər əsasən benzinin sayğacda göstəriləndən az vurulması ilə bağlı olur.

Komitənin mətbuat katibi Fazil Talıblının sözlərinə görə, belə yanacaqdoldurmə məntəqələrində yoxlama apara bilmirlər. Səbəb sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il ərzində dayandırılmasıdır.

Yəni belə çıxır ki, yanacaqdoldurma məntəqəsi işlədən sahibkarlar ölçmələrin vəhdəti haqqında qanunu kobud qaydada pozurlar. Qanuna əsasən, hər yanacaqdoldurma məntəqəsi istifadə etdiyi ölçmə cihazlarını akkreditasiya olunmuş laboratoriyalarda yoxlatmalı və onların cihazlarının ölçmələrinin dəqiqliyi etalonla tutuşdurulduqdan sonra təsdiq olunma sənədini əldə edib istismar etməlidirlər. amma sahibkarlar bir çox hallarda bunu etmirlər.

Hətta elə elə yanacaqdolurma məntəqələri var ki, onların sahibləri, yanacağa əlavə qatqılar etmək üçün çənin möhrünü qırılar. Belə fakt təxminən iki il əvvəl aşkar edilib Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həmin sahibkarla bağlı Baş Prokurorluğa müraciət də edib.

Yanacağın keyfiyyəti ilə bağlı məsələyə, toxunan Fazil Talıblı bildirdi ki, ölkəmizdə yancaq istehsalı bir zavodda həyata keçirilir və o zavodun istehsal etdiyi yanacağın keyfiyyəti komitənin laboratoriyasında mütəmadi olaraq arşdırılır.

Qeyd edək ki, yanacağın kefiyyətinin aşağı olması və sayğacda göstəriləndən az vurulması faktları daha çox bölgələrdə və magistral yolların kənarlarında olan məntəqələrdən istifadə edən sürücülərdən daxil olur.

Şərhlər

XƏBƏR LENTİ