SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Aqrar Universitetdə nə baş verir? - İDDİA

Aqrar Universitetdə nə baş verir? - İDDİA

Tarix:

1-10-2018, 11:15

/ 1 467 dəfə oxundu.
Aqrar Universitetdə nə baş verir? - İDDİA

Bir neçə ay öncə məlum Gəncə hadisələrindən sonra şəhərə olan diqqət daha da artırldı. Baş verən hadisələrin ardınca vəziyyəti tam nəzarətə götürən aidiyyatı qurumlar daha dəqiq işləyərək problemi tez bir zamanda aradan qaldırdı. Çox keçmədi ki, uzun illər Gəncə şəhərinin icra başçısı postunu tutan, aylardı Türkiyədə müalicə aldığı bildiriılən Elmar Vəliyev vəzifədən uzaqlaşdırıldı. Onun yerinə Mingəçevirin icra başçısı Niyazı Bayramov təyin olundu.

Təbii ki, N. Bayramov baş verənlərdən sonra şəhərdə daha həssas nöqtələri nəzarətdə saxlamalı və ən xırda problemləri belə incəliyi ilə araşdırmalıdır.

Ümimiyyətlə, Niyazi Bayramovun bütün fəaliyyəti diqqətəlayiq hesab olunur və bu səbəbdən də ölkənin ikinci ən böyük şəhəri olan Gəncəyə rəhbər təyin olunub.

Niyazı Bayramovun Gəncəyə təinatından 1 ay ötdü. Bu ay ərzində icra hakimiyyətindəki mühüm vəzifələrdə kadr dəyişikliyi ilə yadda qalan N.Bayramov yəqin ki, bu islahatları davam etdirəcək.

Kadr dəyişikliyində əvvəllər bu postları tutmuş və səbəbsiz olaraq Elmar Vəliyev tərəfindən vəzifədən uzaqlaşdırılan kadrların yenidən öz kreslolarına qaytarılması islahatının ən uğurlu variantı hesab olunur. Məhz N.Bayramov bu taktikadan istifadə edərək nəzarəti daha çevik ələ almağa çalışır.

Bu arada Gəncədə strateji sayılan təhsil müəssisələri də yəqin ki, diqqədən kənar qalmamalıdır. Bir neçə dövlət və özəl üniversitetlər, kolleclərin yerləşdiyi şəhərdə minlərlə tələbə təhsil alır. Ölkə mətbuatında Gəncədəki ali təhsil ocaqlarında baş verən neqatif hallar barədə dəfələrlə yazılı, indi də elektron ünvanlara bu tip məlumatlar gəlməkdə davam edir. Gəncə Dövlət Universitetinin müəllimlərinin saxla alimlik dərəcəsi almasından tutmuş, imtahanlarda rüşvət alınmasına qədər olan məlumatılara dəfələrlə rast gəlirik.

Redaksiyanın elektron ünvanına demək olar ki, hər gün hər hansısa hadisə ilə bağlı məlumatlar göndərilir. Gəncədəki təhsil müəssisələrində demək olar ki, hər gün nəsə baş verir. Müəllimlər, tələbələlər, hətta professorlar belə nəsə yazır, səslərini ölkə başçısına çatdırılması üçün kömək istəyirlər.

Həmçinin Gəncədə yerləşən və keçmiş başçı Elmar Vəliyevə daha çox yaxın olduğu bildirilən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov fəaliyyəti ilə bağlı hər gün neqativ məlumatlar göndərilir. Məlumatlardan aşkar şəkildə qeyd olunur ki, rektor İ.Cəfərov təhsil ocağına nəzarəti itirib, tələbələrin dərsə davamiyyəti olduqca aşagadır, dərs səviyyəsi aşağıdır və sairə.

Kənd Təsərrüfatı Nazirliyinin balansında fəaliyyət göstərən ADAU əslində ölkədə gələcəyin kənd təsərrüfatına tövhə verə biləcək kadrlar hazırlamalıdır. Ölkəmizin bu kimi kadrlara ehtiyacı olduğu bir dövrdə bu şansı əldən vermək, savadsız kadr yetişdirmək sözün həqiqi mənasında düşmənçilikdir.

Yəqin ki, aidiyyatı qurumlar Gəncədə sözügedən təhsil sahəsinin nəzarətə götürülməsinə, tələbələrlə universitet rəhbərliyi arasında olan münasibətin normallaşmasına daha çox imkan yaratmalıdırlar.
Bizimxeber.Az

Şərhlər

XƏBƏR LENTİ