SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazirlik və Tarif Şurası “Binə” çörək zavodunu cəzalandıra bilər- süni artım

Nazirlik və Tarif Şurası “Binə” çörək zavodunu cəzalandıra bilər- süni artım

Tarix:

30-09-2018, 22:11

/ 1 894 dəfə oxundu.
Nazirlik və Tarif Şurası “Binə” çörək zavodunu cəzalandıra bilər- süni artım

Bu günlərdə dosye.org xəbər yayıb ki, Qaraçuxurda yerləşən “Binə” çörək zavodu prezidentə qarşı iqtisadi sabotaja keçib

Söhbət qiymət artımından gedir.

Belə ki, zavod çörəyin çəkisini azaldıb, qiymətini 49 qəpiyə qaldırıb. Hazırda Bakıxanov çörək zavodu 50 qəpikdir, “Binə” isə 45 qəpik idi. Amma zavod əhalinin gündəlik dolanışığını nəzərə almayıb.

Əhalinin sosial vəziyyətini nəzərə almadan, Tarif Şurasının qərarı olmadan, qanunsuz şəkildə çörəyin qiymətini qaldıran “Binə” zavodu qanun tanımır, rəsmi qərarları saymır.

Ona görə İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti "Binə" çörək zavodunu cəzalandıra bilər.

Çünki süni qiymət artımı yolverilməzdir. Nazirlik də, prezident də bəyan edib ki, inhisarçılar, süni qiymət artımına yol verən işbazlar cəzalandırılacaq.

"Binə" çörək zavodu isə ictimaiyyətə elan etmədən, rəsmi olaraq Tarif Şurasına müraciəti olmadan qiymət artımına gedib, heç bir iqtisadi səbəbini izah etməyib.

Bu da son vaxtlarda istehlakçıların bu çörəyə olan tələbatının azalmasına gətirib çıxarıb. Təkcə buna görə deyil, keyfiyyətə olan inam sarsılıb.

Mediada yayılmış məlumata görə, bir müddət əvvəl “Binə” çörək zavodunda istehsal edilən çörəyin içərisindən naməlum əşya tapılib. Bakı sakini A.Həsənova evdə çörək doğrandığı vaxt içindən təsbit edə bilmədiyi əşya çıxıb.

Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov küçəsində yaşayan Nicat Vəlizadənin aldığı “Binə” çörək zavodunun istehsalı olan çörəyin içindən isə qurd çıxması səs-küy yaratmışdı. Qurddan başqa çörəyin içərisində uzun iplər də olub.

Zavodun çörəyini daşıyan şəxslərin əksəriyyəti sürücülük vəsiqəsi olmayanlardır və məktəb yaxınlığında yerləşən zavoddan ildırım sürəti ilə çıxır, qəza riski yaradır, məktəblilərin həyatını təhlükəyə atırlar.

Sürücülük vəsiqəsi olmayan adam zavodun məhsullarını daşıdığı zaman qəzaya səbəb olub, Qala-Türkan yolundakı dairədə – yanacaqdoldurma məntəqəsinin qarşısında “VAZ-2107” markalı, 10 XF 917 dövlət nömrə nişanlı və Zavoda məxsus “Ford” markalı, 90 HJ 927 dövlət nömrə nişanlı avtomobillər toqquşub.

Nəticədə 2 nəfər hadisə yerində ölüb, 4 nəfər müxtəlif bədən xəsarətləri alıb. Amma maraqlıdır ki, zavod rəhbərliyi hər hansı məsuliyyətə cəlb olunmamışdı.

Görəsən, bu müəssisəni kim himayə edir? Onu da deyək ki, "Binə" zavodu Rusiyanın "Sberbank"ının loqosunu oğurlayıb.

Qarşı tərəfi dinləməyə hazırıq.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ