SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq

Tarix:

29-09-2018, 13:30

/ 1 423 dəfə oxundu.
Sabah hava yağmursuz olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Abşeron yarımadasında gecə 15-18°, gündüz 22-26° isti, Bakıda gecə 16-18°, gündüz 23-25° isti təşkil edəcək.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 60-70%, gündüz 45-50% olacaq.

Rayonlarda əsasən yağmursuz olacaq, lakin Lənkəran-Astara zonasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 20-25° isti, dağlarda gecə 6-11°, gündüz 14-19° isti təşkil edəcək.

Şərhlər

XƏBƏR LENTİ