SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » UNİBANKDA DAHA BİR ÖZBAŞINALIQ- ŞİKAYƏT/FOTOFAKT

UNİBANKDA DAHA BİR ÖZBAŞINALIQ- ŞİKAYƏT/FOTOFAKT

Tarix:

4-03-2017, 00:40

/ 2 163 dəfə oxundu.
UNİBANKDA DAHA BİR ÖZBAŞINALIQ- ŞİKAYƏT/FOTOFAKT

Unibankın daha bir özbaşnalığı barədə redaksiyamıza şikayət ünvanlanıb. Xatırladaq ki, müştərilərinə qarşı səlib yürüşünə keçən Bankın adı heç də yaxşılığa səslənmir.Hədə-qorxular,təhqir...
Şikayətçi Cəbrayılova Xatirə Mirsəttar qızı redaksiyamıza bunları danışdı:
"2014-cü il 18 dekabr tarixində Unibank Kommersiya Bankından 1363.54 dollar kredit götürdük.Ödənişləri müqaviləddə göstərilən gündən əvvəl ödəməyə çalışdıq.Manatın birinci devalvasiyasından sonra ödəyəcəyimiz məbləğın artdığını, bundan sonra 1.05 manatla ödəyəcəyimizi bildirdilər.Gözümüz telekanalllarda rəsmi qurumların bu problemin kökündən həll olunacağına, götürülən kreditlərin əvvəlki qaydada ödəyəcəyimizi düşündük.Amma yanıldıq, kreditlərin ödənilməsi Bankların öhdəçiliyinə buraxıldı.Bizdə Unibanka müraciət etdik,amma nəticə olmadı.1.05 tariflə kreditimizin davamını ödəməyə başladıq.Hansı ki, bu vaxta qədər bir dəfə olsun aylıq ödənişin gecikdirməmişik.
İkinci devalvasiya isə bizim üçün təmiz bıçağın sümüyə dirənişi oldu.Belə ki, götürdüyümüz krediti hansısa ölkəyə istirahətə,yada digər istirahər xarakterli xərcləməmişik.Yoldaşımın xəstəliyi üçün təcili pul lazım oldu,bizdə əlacsız qalıb bu məbləği götürəsi olduq.
0.78 tarifindən 1.05-ə qalxanda nə qədər ailə büdcəmizə təsir etmiş olmuşdusa, ikinci dəfə dolların manata müqayisədə qalxmağı bizi endirdi. Hazırda elə yoxuşa düşmüşük ki, dərdimizi deməyə-nə pulumuz var ki, həkimə deyək, nə də ki, Unibankın yaratmış olduğu problemi deməyə, döyməyə qapı var?!...
Unibanka müraciət edib, heç olmasa ikinci dəfə qalxanda-1.05 tariflə ödəməyimizi xahiş elədik.Hansı ki, xahiş edəcək, minnətçi düşəcək tərəf elə Banklar idi.Onlarda 1.05 tariflə ödəməyimizi bildirdilər.Baxmayaraq ki, artıq məbləğ ödəsəkdə, özümüzü qalib bilirdik.Sevindik ki, onsuzda kredit az qalıb, ödəyək bundan sonra başımıza gələn bəlalardan Banklara deyil, qohum-əqrabaya sığınarıq.Ən azından Unibank kimi borcumuza görə ailəizi hədələməz, təhqiramiz sözlər işlədilməz.
İndi biz neyləyək?
Yoldaşım xəstə, götürdüyümüz pulu müalicəsinə xərclədik, indi də hər gün bankdan gələn zənglər hüzurumuzu əməllicə pozub.Sizə təqdim etdiyim sənədlərdə aydın açıq görəcəksiniz ki, müqavilənin şərtlərini Unibank kobud şəkildə pozub.Aylıq ödənişlərin tarixinə baxsaz görəssiz ki, vaxtından əvvəl ödəmişik.
Məsələnin maraqlı tərəfi isə borcumuzu ödədikdən sonra-hansı ki, mən özüm bank rəsmiləri ilə əlaqə saxladım və borcumuzun bitdiyini bildirdim.Bankdan adıma baxıb kreditin qurtardığını bildirdilər.Bir müddət keçdikdən sonra isə mənə zəng olundu və borumuzun olduğunu dedilər.Razılaşdığımız 1.05 tariilə deyil, ikinci devalvasiyadan sonra üzən məzənnənin tarifinə uğyun borc qalığı olduğunu bildirdilər.
Mənim hüquqlarımı Unibank tərəfi aşağıdakı ardıcıllıqla pozmuşdur:
1) Müqavilə şərtlərində görsərildiyi qaydaları bank tərəfindən ləğv olunması,
2) İkinci dəfə müqavilə bağlamağımız və bu dəfə də öz istəklərinə müqavilənin şərtlərini pozmaları,
3) Aylıq ödənişlərimi ödəyimiz halda, və bank rəsmi ilə danışığımızdada borcumun olmadığını demələrinə rəğmən, yenidən borclu olduğumu demələri,
4) 60-dan çox yaşım var, anası-nənəsi yaşında olan qadına yalançı demələri
5) Hər gün ailəmizi narahat etmələri və bunların kimə, nəyə güvəndiyi də bilinmir,adamı elə təhdid edirlərki... Zəng edib ailəmizin digər üzvlərini hədələyir, təhqir edirlər
Şikayətçi Cəbrayılova Xatirə Mirsəttar qızının təqdim etdikləri sənədləri təqdim edirik:
UNİBANKDA DAHA BİR ÖZBAŞINALIQ- ŞİKAYƏT/FOTOFAKT
UNİBANKDA DAHA BİR ÖZBAŞINALIQ- ŞİKAYƏT/FOTOFAKT
UNİBANKDA DAHA BİR ÖZBAŞINALIQ- ŞİKAYƏT/FOTOFAKT
UNİBANKDA DAHA BİR ÖZBAŞINALIQ- ŞİKAYƏT/FOTOFAKT
UNİBANKDA DAHA BİR ÖZBAŞINALIQ- ŞİKAYƏT/FOTOFAKT
UNİBANKDA DAHA BİR ÖZBAŞINALIQ- ŞİKAYƏT/FOTOFAKT
UNİBANKDA DAHA BİR ÖZBAŞINALIQ- ŞİKAYƏT/FOTOFAKT
UNİBANKDA DAHA BİR ÖZBAŞINALIQ- ŞİKAYƏT/FOTOFAKT

Şərhlər

XƏBƏR LENTİ