SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Qorxmaz Hüseynov “Metlab”şirkətinə 3 milyon borcu vermir, səfirlik qarışıb

Qorxmaz Hüseynov “Metlab”şirkətinə 3 milyon borcu vermir, səfirlik qarışıb

Tarix:

28-09-2018, 21:37

/ 1 696 dəfə oxundu.
Qorxmaz Hüseynov “Metlab”şirkətinə 3 milyon borcu vermir, səfirlik qarışıb

“Azərsu”ASC gördüyü işin müqabilində “Metlab” türk şirkətinə 3 milyon manatı vermir

Cahan.info xəbər verir ki, bu məlumatı Zəki Mirağayev feysbukda paylaşıb.

Onun sözlərinə görə, bunun nəticəsində, həmin şirkət pulunu ala bilmədiyindən Azərbaycanı tərk edib. Məhkəməyə də müraciət etməyiblər.

İddialara görə Türkiyə-Azərbaycan əlaqələrinə zərər gəlməsin deyə geri çəkiliblər. Yuxarı səviyyələrdə - səfirlik və s. işi həll etməyə çalışıblar, amma alınmayıb. Yəni, səfirlik problemi düzəldə bilməyib.

“Azərsu” isə səbəb göstərib ki, Maliyyə Nazirliyi vəsait ayırmalıdır. Bu şirkət Bakıda smart sayğacları quraşdıran şirkət idi. Bir ilə yaxın olar ki, Bakını tərk edib.

Onun şərhinə Cəmil Məmmədli foto fakt paylaşıb. Deməli, fotodan görünür ki, Xaçmazda türk şirkətinin adı olan smart kartlar küçələrə səpələnib. Bunu kimin etdiyi bilinmir.

Pulunu ala bilməyən təkcə bu şirkətdirmi? Əlbəttəki yox. Bir çox şirkətlərin belə bir təhlükə yaşama şansı var.Nəyə görə işləri kənardan gələn xarici şirkətlərə verirlər? Bəyəm Azərbaycanda savadlı mühəndis, iş görməyi bacaran işçi yoxdur?

Qeyd edək ki, Xaçmazın Qımıl kənd camaatı çox qəribə və əcaib bir mənzərə ilə qarşılaşıb. Sanki kimsə möhkəm əsəbləşib ya da içkili halda olub, əlindəki “Azərsu” abonentlərinə aid smart kartları küçəyə töküb.

AzEuroNews.com-un verdiyi məlumata görə, bunu kimin etdiyi bilinmir. Lakin küçəyə atılan su kartlarının fotoları sosial şəbəkədə yayılıb.

Kəndin ortasına abonentlərin smart kartlarının tökülməsinin səbəbi aydın deyil. Müəmmalı şəkildə yerə səpələnən kartların kimlərdən yığıldığı və yaxud oğurlandığı bilinmir.

Xaçmaz Su-Kanal idarəsi rəisi Teyyub Sultanovun məsələyə nə şərh verəcəyi maraqla gözlənilir. Bəzi iddialar səslənir ki, bu hərəkət onun tərəfindən edilib. Bu kartların üzərində fotodan da görünür ki, “Metlab” yazılıb.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bizimyol.info-ya bildirib ki, sosial şəbəkədə paylaşılan həmin smart-kartların “Azərsu”ya və Xaçmazın su idarəsinin rəisinə aiddiyatı yoxdur:

“MetLab” smart-kartları Türkiyə istehsalıdır. Bizə isə Gəncədə istehsal olunan “Abşeron” smart sayğaclarını alırıq. Onu da deyim ki, Xaçmazda 70 ədəd sayğac quraşdırılıb.

Yəni şəkildə görünən kartların sayı qədər Xaçmazda sayğac yoxdur. O kartların “Azərsu”ya və Xaçmazın su idarəsinin rəisinə aiddiyyatı yoxdur”.

Fakt isə ondan ibarətdir ki, həm bu kartlar “Azərsu” abonentləri tərəfindən istifadə edilib, həm də qurmun şirkətə 3 milyon borcu var.

Şərhlər

XƏBƏR LENTİ