SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ailəmizə hansı kolbasanı almalı? - "Min bərəkət, halal nemət"dən dəhşətli faktlar/video...

Ailəmizə hansı kolbasanı almalı? - "Min bərəkət, halal nemət"dən dəhşətli faktlar/video...

Tarix:

28-09-2018, 21:34

/ 1 760 dəfə oxundu.
Ailəmizə hansı kolbasanı almalı? - "Min bərəkət, halal nemət"dən dəhşətli faktlar/video...

Azərbaycanda kolbasa-sosiska məhsullarının istehsalında çeşid müxtəlifliyi keyfiyyətsizliyə gətirib çıxarıb. İstehlakçılar üçün hər zaman hansı firmanın məhsulunu almaq aktual sualdır.

Bu aktuallığın izinə düşərək "Səhliyalı" firmasından başlamışıq. Araşdırmaq istəmişik ki, hansı şirkətin kolbasa məhsulları etibarlıdır.

Axı insanlar həm ailələrinə, həm övladlarına bu məhsullardan alırlar. O halda keyfiyyətə zəmanət verən firmalar doğurdanmı təmiz işləyirlər?

Bunu dəqiqləşdirmək üçün heç bir cihaz və ya laboratoriyamız yoxdur. Ona görə günümüzün texnoloji inkişafı olan internetdən məlumat əldə etməyə çalışırıq.

İnternet resurslarında isə əksər kolbasa şirkətlərinin aldarını yazanda qorxunc informasiyalar, orqanizmə zərərli maddələrin qatıldığı haqda xəbərlər görürük.

Bəs nə etməli, ailəmizə hansı şirkətin kolbasasını almalı? Üstəlik, həm müstəqil, həm iqtidar mediasında, həm səhihliyinə arxayın olduğumuz xəbər portallarında bu məlumatlar var.

Misal üçün, axar.az kimi dəqiqləşdirilməmiş xəbər yaymayan portal "Səhliyalı" firmasını ifşa edib. Sayt yazır ki, “1000 bərəkət, halal nemət" markasının sahibi “Səhliyalı” şirkətinin digər məhsulunun içərisindən qurd çıxması barədə də məlumat yaddaşlardan silinməyib.

Firmanın "Sacüstü sosiskaları" məhsulunu alan istehlakçı feysbuk sosial şəbəkəsində bu məlumatı paylaşmışdı. Şirkət bunu inkar etsə də, araşdırma aparacağını bildirmişdi. Həmin araşdırmanın nəticəsi isə məlum olmadı.

Reklamını halal məhsul istehsalı üzərində quran, halal etiketini adında daşıyan şirkətin məhsullarında həm halallıq, həm də keyfiyyət baxımından şübhə yaradacaq dərəcədə çox şikayətlər olub.

Hər dəfə də “bu bizim məhsul ola bilməz” deməklə vəziyyətdən çıxıblar. Ancaq köhnə xəbərlər unudulduğu vaxtda yeni bir qalmaqalla yenidən medianın gündəminə çevriliblər. “Səhliyalı” şirkətinin ən çox diqqət çəkən məhsulu isə “1000 bərəkət, halal nemət”dir ki, onun da əsas özəlliyi adındakı “halal” sözüdür.

Əhalisinin 90 faizdən çoxu müsəlman olan ölkəmizdə halallıq məsələsinin nə qədər vacib olmasından danışmağa ehtiyac görmürük.

Amma gəl gör ki, bu addan istifadə edən şirkətlərin də sayı az deyil. Adını “halal” qoyan bu şirkətlər məhsulu haradan gətirdiklərindən tutmuş, kolbasanın tərkibindəki inqridentlərə qədər bir çox şeyi gizli saxlayırlar.

Cahan.info xəbər verir ki, “Səhliyalı” şirkətinin saytında isə kolbasa və sosiskaların hazırlanmasında istifadə edilən heyvanlar kəsilərkən bu qaydaların hansına əməl edilməsi barədə heç bir məlumat tapa bilmədik.

Sadəcə tələb olunun mal ətinin müəssisənin daxilindəki sexdə kəsildiyi, gigiyenik qaydalara əməl edildiyi yazılıb. Şirkətdən zənglərimizə cavab verilmədiyindən (günlərlə əlaqə saxlasaq da) çarəsiz qalıb üz tutduq şirkətə halallıq sertifikatını verən şirkətə.

AzeSERT HALAL MMC-nin direktoru Elşad Əliyev Publika.az-a açıqlamasında bildirdi ki, “Səhliyalı” məhsullarında, eləcə də“1000 bərəkət, halal nemət" kolbasalarında istifadə olunan xammala, köməkçi materiallardan tutmuş, hazır məhsula qədər bütün prosesə nəzarət edirlər.

Gizlətdikləri qatqılar qalsın bir yana. Satışdakı məhsulların üzərində qeyd etdikləri maddələr bizim üçün kifayət etdi.

Bunlardan biri E 621 - qlütamat maddəsidir. Bu maddə dad gücləndiricidir. İnsanlarda məhsuldan asılılıq, həmçinin normadan çox qəbul zamanı baş ağrısı, ürək bulanması, ishal, tərləmə, sinənin göynəməsi, boyun arxasında yanma və s. yaradır. Tədricən görmə zəifliyinə səbəb olur.

E 250 - natrium nitrit də məhsulun tərkibində olan və “halal”lıq sertifikatının verilməsinə şübhə yaradan maddələrdən biridir. Bu kimyəvi maddə qana keçdiyi təqdirdə xərçəng xəstəliyi yarada bilir.

E 250 maddəsi İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin böyük əksəriyyətində “halal” təsdiq olunmuş qatqı siyahılarında mütləq zərərlər kateqoriyasına aid edilib.

Şirkətə halal sertifikatı verən “AzeSERT HALAL” MMC-nin rəsmisi isə bu maddələrin yalnız dozanı aşdıqda təhlükəli olduğunu və ümumiyyətlə, hər hansı qurum tərəfindən istifadəsinin tam məhdudlaşdırılmadığını deyib. Deməli, təhlükəsi olan maddəni kolbasaya qatırlar, biz də övladlarımıza, ailəmizə yediririk, özümüz də dadına baxırıq.

Bu məlumatlarla iş bitmir. “1000 bərəkət, halal nemət” adı ilə satılan məhsulları istehsal edən «Səhliyalı» şirkəti süd verməyən inəklərin ətindən istifadə edir. Beləcə, hər gün insanlara qoca ətdən hazırlanmış, leş ətlərdən istehsal olunmu kolbasalar sırınır. Hətta bəzi iddialara görə, kardon da istifadə edilir.

Kolbasaların qiymətinin ətdən ucuz olmasına diqqət çəkən bəzi ekspertlər belə məhsulların istehsalında kenquru, zebu, at, eşşək və digər təkdırnaqlı, hətta caynaqlı, leş ətlərdən istifadə olunaraq hazırlanması haqda fikirlər irəli sürür.

Hətta rəsmi “Yeni Azərbaycan” qəzeti də bu şirkətdən yazmışdı. Qəzetin yazdığına görə, «Halal Nemət, Min Bərəkət» ticarət nişanı ilə kolbasalar istehsal edən «Səhliyalı» müəssisəsi saxta məhsullar buraxır.

Belə ki, məhsulların üzərində «Qafqaz Müsəlmanları İdarəsi təminat verir» ifadəsi QMİ-nin açıqlaması ilə ziddiyyət təşkil edir. Çünki QMİ-nin hallallıq zəmanəti verdiyi şirkət məhsullarının sırasında «Səhliyalı»nın adı yoxdur.

Bundan başqa, "Səhliyalı” şirkəti "1000 bərəkət, halal nemət” əmtəə nişanlı kolbasalarınümayiş etdirmək üçün "Reklam haqqında Azərbaycan Respublikasının Qanunu" pozub. İnsan psixikasına mənfi təsir edən reklam çarxı qanun pozuntusu ilə müşahidə olunub.

Söhbət ondan gedir ki, jurnalistlərin qarşısında heyvan kəsimi prosesi açıq şəkildə həyata keçirilib və mediada, sosial şəbəkələrdə yayımlanıb.

Heyvan kəsimi xüsusi avadanlıqla icra olunur və onun başının "bismillah” deyərək necə kəsildiyi görüntülənir. Hətta kadrlar o dərəcədə insana mənfi təsir edir ki, şirkətin nümayəndəsi əvvəlcədən psixikası və ürəyi zəif olanlara baxmamağa xəbərdarlıq edir.

Kəsim anı heyvanın başı xüsusi qurğuya salınır və yalnız qan sıçrayarkən fon verilir. Bu da həm qanun pozuntusu, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən vəhşilik kimi qiymətləndirilib.

Cahan.info

Şərhlər

XƏBƏR LENTİ