SON DƏQİQƏ
XalqXeber.Az » Hadisə » Azad Rəhimovun yaxın qohumu piyadanı vuraraq öldürdü

Azad Rəhimovun yaxın qohumu piyadanı vuraraq öldürdü

Tarix:

28-09-2018, 09:30

/ 1 980 dəfə oxundu.
Azad Rəhimovun yaxın qohumu piyadanı vuraraq öldürdü

Mediada dərc edilmiş məlumatlara görə hadisə dünən axşam saatlarında Xəzər rayonunun Qala qəsəbəsi ərazisində baş verib.

Belə ki, Bakı şəhər sakini Zaur Məlikaslanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İmran Ağayevi vurub və o aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sosial şəbəkələrdə yayılmış məlumatlara görə, piyadanı vuran Zaur Məlikaslanov Gənclər və İdman naziri Azad Rəhimovun yaxın qohumudur, eyni zamanda Azad Rəhimovun oğlunun rəhbəri olduğu Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yüksək vəzifə tutur.

Hadisə ilə bağlı Xəzər rayon Polis idarəsi tərəfindən araşdırma aparılır./postbaku.net/

Şərhlər

XƏBƏR LENTİ